RZA ŞAHVƏLƏD (1909-1984) "Şərqin səsi", Tiflis 27 февраля 2018 Rza ŞAHVƏLƏD - 100Görkəmli yazıçı-jurnalist və ictimai xadim Rza Nəbi oğlu Şahvələd - 1909-cu ildə Tiflisdə dünyaya göz açıb. Bakıda iki illik seminariyanı bitirdikdən sonra Tiflisdə pedaqoji fəaliyyətə başlayıb.1929-cu ildən 1935-ci ilədək məktəb müdiri, 1935-ci ildən 1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb.Sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü illərdə Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib.Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakəya köçən R.Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib.Görkəmli jurnalist və ədib Rza Şahvələd hekayələri və pyesləri ilə oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, 1940-cı illərdə Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb.Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.Rza Şahvələd 1984-cü ildə Bakıda vəfat edib.Allah rəhmət eləsin!.. Ruhu şad olsun!.."Şərqin səsi" qəzeti, 15.10.2009.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.