MÜBARİZ HÜSEYN QARABULAQ (1960)

MÜBARİZ HÜSEYN QARABULAQ (1960) TƏBRİK EDİRİK!..

Bu gün istedadlı qələm dostumuz,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
tanınmış şair Mübariz Hüseynin
doğum günüdür.
Daha doğrusu, yubileyidir.
Anadan olmasının 60 illik yubileyi!..


Mübariz Hüseyn oğlu Məmmədov -1960-cı il iyulun 22-də qədim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gürcüstan Respublikasının indiki Dmanisi rayonunun Aşağı Qarabulaq kəndində anadan olub.
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirib.
Qaz-neft-mədən fakültəsinin qaz, neft yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb (1979-1988).
O, neft mədənlərində operator (1988-1989), neftçıxarma ustası (1989-1995), dərin dəniz özüllü quyular rəisinin müavini (1995-1997), “28 May” Neftqazçıxarma idarəsində növbə rəisi (1997-2004) vəzifələrində işləyib.
2004-cü ildən isə “BP” şirkətində çalışır.

Mübariz Hüseyn istedadlı qələm sahibidir, sözün əsl mənasında, poeziya vurğunudur.
Artıq özünü çoxdan təsdiq etmiş nəğməkar şairlərimizdəndir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
İlk şe’rləri “Azad Azərbaycan”, “Azərbaycan gəncləri”, “Neft kadrları uğrunda”, “Azərbaycan dünyası”, “Şərqin səsi”, “Ziya”, “Təhsil”, “Neft daşları”, “Vışka” qəzetlərində, “Mədəni-maarif”, “Ulduz” jurnallarında, “Çilovdan gələn səslər” almanaxında və digər mətbuat orqanlarında çap olunmuşdur...
Şeirləri Bakı şəhərindəki 131 saylı və digər orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalarda tez-tez səslənir...
Elə ilk şeirlərindən oxucuların qəlbinə yol tapan şairin ilk şeirlər kitabı - “Ömür yolu” 1998-ci ildə işıq üzü görüb.
Müəllifin ikinci kitabı - “Dünyanın hökmü” - 2001-ci ildə, üçüncü kitabı - “Əzablı sevgi yolu” və dördüncü kitabı - “Salam, Sınıq Körpü, hanı Borçalı?” 2010-cu ildə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarina verilmişdir. (Hər üç kitabın naşiri və redaktoru - Müşfiq Çobanlıdır).

Mübariz Hüseynin “Dünyanın hökmü” (“Borçalı” NPM, 2001) kitabına Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov “Əmək də poeziyadır” sərlövhəli ön söz yazmışdır.

Biz də istedadlı qələm dostumuz, çox hörmətli Mübariz Hüseyni yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır
və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
ZiM.Az



ATA

Ya körpə, ya hakim övlad, gözündə
Bəşərdə ən böyük varlıqdı, ATA.
Gedib, görünməsə O, Yer üzündə,
Dünyanı kiçildən darlıqdı, ATA.

Övladla heç zaman açmadan üzün,
Pərdəni, izzəti gözlədər, ATA.
Ana şirin dillə istətsə özün,
Sevgini içində gizlədər, ATA.

Nisgil hücum çəksə çətin ki, gülə
Edib sinəsini, dərd yeri, ATA.
Gözündə görünsə qəmdən bir gilə,
Sızladar bəlkə də göyləri, ATA.

İnsana səmadan verilibsə can
Deyilmi, hər kısin de, cismi, ATA?
Sirrdi ki, torpağa qoyulan zaman,
Çəkilir adıyla tək ismi, ATA.

Eylədimi, sinəsindən dağlanan?
Bu dünyayla oynadığın nərddimi?
Çıxış yolu xanaları, bağlanan
Ümid üzüb, üzə duran dərddimi?

Atsa əgər, necə gəldi hər dəfə,
Dərk etdinmi, ona gözəl zər verir?
Əl atdığın, gedib çatmır hədəfə
İntizarın, cana soyuq tər verir.

Başlanılan asan gələr, hər kəsə
Düşünər ki, qələbəsi yaxındı.
Tərəddüdlər daim istər yol kəsə
Sonda görər düşdüyü sərt axındı.

Bəxt oynunda erkən düşər oda, can,
Bir məğlubla çox qaraltma qanı, Sən!
Məyus olma bəlkə səndə udacan
Oynadığın rəqibini tanı, Sən!


UŞAQLIQDAN XATİRƏLƏR

Götürərdi üstümüzdın qınağı,
Sıldırıma dırmaşmağın sınağı.
Dolaşardıq yamacları, oymağı
Görən yenə, o adətlər qalıbmı?
Yoxsa, hamı ev uşağı olubmu?

Buludlardan min şəkillər seçərdik
Ovuc ilə bulaqdan su içərdik
Daşqın çayı güc, bəlayla keçərdik
Koroğlunun qalasını görməyə.
Orda bitən dadlı meyvə dərməyə.

Su üstündə daş üzdürüb atardıq
Gül - çiçəkli çəmənlikdə yataqdıq,
Qaça - qaça Əyriqara çatardıq
Yorulmağı bilməz idik o yerdə.
Təngnəfəslik öyrəndim mən şəhərdə.

Qonşu bağın yaxşı - yaman meyvəsi,
Oğurluğa vadar edib hər kəsi.
Yeməyə yox, onu dərmək həvəsi
Axşam çağı bizi məcbur edərdi.
Səhər gəzilərdi, bağı kim dərdi.

İlaxırda dəstə dəstə olardıq,
Novruz günü qapıları çalardıq,
Hər yaş dövrü yaşamdan həzz alardıq
Bilməz idik xoş xatirə olacaq.
Uşaqlıqdan bizə onlar qalacaq.

Sürüşərdik, qaçışardıq təpədən
Yuvarlanıb yıxılardı səhv edən
Quş tutmağa bağlayardıq ipə dən
İllər sükutunda yaddaş dinərmiş.
Hər dəcəllik təbəssümə dönərmiş.


DAŞDAN KEÇİR İŞİM NİYƏ, AY ALLAH?

Canım oldu taleyimdən küsəli,
Ömür keçir günü - gündən qüssəli.
Yalvarışlar yenə olur təsəlli
Dayandıqca üzü göyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Ha çalışdım, işlərim olsun rəvan,
Əziyyətlər tərk etmədi bircə an.
Neyləməli? Nə çıxış var, nə güman.
Əzab istər qəddim əyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Səxavətim anılmadı yaxşıya,
Etibar yox insanlıqda naşıya.
Güman olan kəsi gördüm daş, qaya
Boyun əydim gəda - bəyə ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Xəyali qüvvəyə əl açmaq üçün,
Yatar oldum, yuxum da olmadı, çin.
Düşündükcə dərdimi için - için.
Sızlamaqdan döndüm neyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?

Taleyüklü qəm, yadın nə vecinə,
Bəxt açılsa əvvəli nə, geci nə?
Üzüldükcə hər şeydən əl, gücünə
İnanıram, qadir deyə, ay Allah!
Daşdan keçir işim niyə, ay Allah?
Gəl, özün dur mənə yiyə, ay Allah!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

Mübariz Hüseyn Borçalı (1960): RÜBAİLƏR

RÜBAİLƏR
MÜBARİZ HÜSEYN BORÇALI:

MÜBARİZ HÜSEYN BORÇALI: "ZİRVƏLƏR"

Poeziya, Müsabiqə, Başkeçid
TƏBRİK EDİRİK!..

TƏBRİK EDİRİK!..

Başkeçid, Təbriklər
İMZASINDAN  TANINAN  ŞAİR

İMZASINDAN TANINAN ŞAİR

Müşfiq Borçalı, Ramiz Abdullayev
YENİ KİTAB:

YENİ KİTAB: "Dostlara dost töhfəsi"

"Şərqin səsi", Arxiv
Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Vəkil OVÇUYEVin “Şərəfli ömür” adlı şeirlər kitabı işıqüzü görüb

Yeni nəşrlər, "Şərqin səsi", Darvaz, Müsabiqə
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Ad Günün Mübarək, HƏMİD ORMANLI!..

Ad Günün Mübarək, HƏMİD ORMANLI!..

Başkeçid, Təbriklər
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR...

Poeziya, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
İsaxan  İlyazoğlu  (1960)

İsaxan İlyazoğlu (1960)

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Şair-tərcüməçi AĞASƏFAnın yubileyi qeyd olunub

Regionlar, Təbriklər
İbrahim İlyaslı - 60

İbrahim İlyaslı - 60

AzTU, AzTU-nun MƏZUNLARI, Müsabiqə
Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Gürcüstan əsilli ziyalılar adından ZİYA ABBASOVun vəfatı ilə əlaqədar BAŞSA ...

Borçalı, Darvaz, Nekroloqlar
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
GİLƏ ƏLİQIZI:

GİLƏ ƏLİQIZI: "Haraya baxıram səni görürəm..."

Poeziya, Müsabiqə
Şairin yeni kitabı çıxıb

Şairin yeni kitabı çıxıb

Yeni nəşrlər
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ŞİRİNXANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ŞİRİNXANIM!..

Təbriklər
Təbrik edirik, Şərif-TURANım!

Təbrik edirik, Şərif-TURANım!

Borçalı, Qaraçöp, Təbriklər
Rəy yazın: