QASIM ABBASƏLİ (1944)

QASIM ABBASƏLİ (1944)
Qasım Abbasəli 1944-cü ildə qədim Borçalında - indiki Gürcüstanın Marneuli rayonundakı Quşçu kəndində anadan olub. BDU-nın jurnalistika fakültəsini bitirib. Marneulidə çıxan «Kvemo Kartli» qəze­tinin əmək­daşıdır. «Qeyrət» Xalq hə­rəkatının və «Qey­rət» qəzetinin əsa­sını qoyanlardan biri­ idi. Şeirləri «Çeşmə», «Dan ulduzu», «Ağır elli Borçalı», «Azərbaycan», «Dağlar dərdə düş­sə…» ədəbi məcmuələrində, müxtəlif qəzet və jurnallarda çap olunub, radio və televiziya verilişlərində səslənib. Şeirlərinin əksəriyyəti xalq yaradı­cılığı ruhunda yazılmış, vətən, tor­paq, yurd, el-oba məhəb­bətinə həsr olunmuşdur.
«Torpağım mənim», «Ləlvə­rin», «Dünya, səni yenəsiyəm», «Ötən çağa nə baxırsan», «Bu sevda başımı qatacaq mənim», «Atdan, süsə­nim, atdan», «burda hər həyətdə bir tonqal yanır», «Dağlar, mənə həyan olun», «Dünya­nın işi belədir», «Qıpqaç oğlu» və s. kimi bir-birindən qiymətli sənət əsərlərinin müəllifi olan Qasım Abbasəli "Atdan, süsənim atdan..." (1983) şeirində yazmışdır:

«Atlandırma» atlandırır,
Atdan, süsənim atdan.
Gör harada axşamladım,
Şaddan, Süsənim şaddan,
Atdan, süsənim atdan.

Bu köçün yönü haradı,
Dünya gözümdə qaradı.
Saçını kimlər daradı
Oddan, Süsənim oddan,
Atdan, süsənim atdan.

Bu yazı beləmi yazıldı,
Bu pozu beləmi pozuldu,
Bu yozu beləmi yozuldu,
Şaddan, Süsənim şaddan,
Atdan, süsənim atdan.

Karvanın yönü o yana,
Yanaram bu dərdə ay ana.
Gözlədim Taleyim oyana…
Atdan, süsənim atdan.
Atdan, süsənim atdan.

Bu dünyanın yolu dörddü,
Atdan, süsənim atdan.
Hara getsən yenə dərddi,
Şaddan, Süsənim qaddan,
Atdan, süsənim atdan.

Şair «Ağır bir gün olar…» sərlövhəli şeirində necə də gözəl deyir:

Bir gün olar, çuxurundan
Sükut çəkilər-çəkilər.
Maviləşər göy üzümüz,
Bulud çəkilər-çəkilər.

Cücərər kökü qeyrətin,
Başlar ağ günü millətin,
Bu kabusun, bu zillətin,
Bağrı sökülər-sökülər.

Mizrab vurar Cunun telə,
Səda düşər neçə elə,
Qoç dəlilər Çənlibelə
Axar, tökülər-tökülər.

Burda qeyli-qalı görər,
Keykavusu, Zalı görər,
Ucalar tonqalı görər,
Yağı əkilər-əkilər.

"Allah murazınıza çatdırsın, şair qardaşım!.. Sizə uğurlar di­lə­yirik!.." -

Bu sözləri mən hələ 1994-ci ildə Bakıda çap olunmuş "Çağdaş Borçalı Ədəbi Məktəbi" adlı
kitabımda yazmışdım...
Təəssüflər olsun ki, bir az sonra dəyərli ziyalımız, istedadlı şair-jurnalist Qasım Abbasəli
avtomobil qəzasında dünyasını dəyişmiş, onun yazılmamış neçə-neçə şeiri, tamamlanmamış
neçə-neçə əsəri, arzusu... yarımçıq qalmışdır.
Qasım Abbasəliyə Allahdan rəhmət diləyir və aşağıda onun öz ifasında
bir neçə şeirini dəyərli izləyicilərimizə təqdim edirik.

Xatırladırıq ki, həmin səs yazısını vaxtılə Gürcüstan radiosunun
Azərbaycan dilində səslənən verilişi üçün tanınmış tədqiqatçı-jurnalist Mirzə Maşov
yazmış
və indiyədək öz şəxsi arxivində qoruyub saxlamışdır.


Müşfiq BORÇALI,
ZiM.Az





ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Şair Bəhram Mehdinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı
YETİM MAHMUD (1941-2003)

YETİM MAHMUD (1941-2003)

Tv, Borçalı, Müşfiq Borçalı

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TƏBRİK EDİRİK, DƏYƏRLİ USTADIMIZ, ÇOX HÖRMƏTLİ PROFESSOR ŞURƏDDİN MƏMMƏDLİ! ...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Təbriklər, Müşfiq Borçalı, Turan
Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun

Ələddin Həsənlinin ifasında mahnılar və Zəlimxan Yaqubun "Saz" poeması

Tv, Folklor, Poeziya, Tiflis, Borçalı, Bolus
Qasım müəllim, ad gününüz mübarək olsun!..

Qasım müəllim, ad gününüz mübarək olsun!..

Təbriklər
FƏRMAN ƏLİYEV (1962)

FƏRMAN ƏLİYEV (1962)

Qabal, Müşfiq Borçalı
Borçalının sənət butası Səadət Buta

Borçalının sənət butası Səadət Buta

Tv
RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

Zalqa, Müşfiq Borçalı
SƏN TÜRK OĞLU OLAMMAZSAN!

SƏN TÜRK OĞLU OLAMMAZSAN!

Poeziya, Tiflis, "Borçalı" Cəmiyyəti, Turan
Saleh Qasım oğlu Nağıyev (1950)

Saleh Qasım oğlu Nağıyev (1950)

BDU, "XXI əsrin Ziyalıları", Borçalı
BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

BORÇALI ŞAİRİ DƏRYEYNUR (1937-2008)

Tv, Qarayazı, Müşfiq Borçalı
QURBAN ƏZİZLİ VƏFAT EDİB

QURBAN ƏZİZLİ VƏFAT EDİB

Borçalı, Nekroloqlar
RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

RUHUN ŞAD OLSUN, MƏCİD BORÇALI!..

---
Ədliyyə polkovniki NƏBİ NƏBİYEV  (1932)

Ədliyyə polkovniki NƏBİ NƏBİYEV (1932)

"XXI əsrin Ziyalıları", Başkeçid, Bolus
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
GÜLBALA TEYMUR (1955)

GÜLBALA TEYMUR (1955)

Poeziya, Müsabiqə
SUBHAN BAQİ (1947)

SUBHAN BAQİ (1947)

Poeziya, Müsabiqə
Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tanınmış alim-şair Şurəddin Məmmədlinin öz ifasında şeirləri

Tv, Poeziya, Borçalı, Turan
RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

RUHUN ŞAD OLSUN, VALEH MÜƏLLİM!...

TDPİ-nin Azərbaycan bölməsi, Bolus, Darvaz, Arxiv
Rəy yazın: