QƏZƏNFƏR MƏSİMOĞLU (1963) "SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid 21 августа 2021 Qəzənfər Məsim oğlu Qurbanov - 22 noyabr 1963-cü ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonundakı Əngirəvan kəndində dünyaya göz açıb.1980-ci ildə Bakı şəhərindəki 1 N-li fizika-riyaziyyat təmayüllü orta məktəbi, 1986-cı ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. "Kimin yoxsa məhəbbəti", "Əngirəvan kəndinin şəcərələri", "Mən gözəllik aşiqiyəm", "Açıl, sabahım, açıl", " Sevgisiz ömür olmur" kitablarının müəllifidir. Şeirləri "Zirvə" poeziya antologiyasında, "Vətən", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Sazlı-sözlü Başkeçid", "Xarıbülbül" və s. ədəbi məcmuələrdə, almanaxlarda və dövrü mətbuatda mütamadi çap olunmaqdadır. "Dirili Qurbani” və “Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Biz də şair Qəzənfər Məsimoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dərc edirik. ZiM.Az MÜQƏSSİR KÜLƏKDüşünüb-daşınır, sanki canlıdır,Sevinə-sevinə hey əsir külək.Elə bil bir az da həyəcanlıdır,Yarpaqla görüşə tələsir külək.Çatıb sevdiyinə, öpür, oxşayır,Özünü dünyada bəxtəvər sayır.Gəl indii sevəni sevəndən ayır,De, bun ə möcüzə, bun ə sirr, külək?...Səngidi eşqinin gücü, qüdrəti,Qoruya bilmədin saf məhəbbəti.Kainatın əzəl, son nəqarəti,Ay günahkar külək, müqəssir külək?!XƏBƏRÇİSəhərin dumanı çəkilib döşdə,Dağlar, qulağına söz pıçıldayır!Dayanıb yanında doğan günəş də,Dağlar, qulağına söz pıçıldayır!Şehdə əl-üzünü yuyan yamaclar,Dincini köksündə duyan yamaclar,Qolunu çiyninə qovan yamaclar,Dağlar, qulağına söz pıçıldayır!Toxundum nərgizin incə boynuna,Düşdüm bənövşənin olmaz oynuna,Qısqanc qaymaqgülü girib qoynuna,Dağlar, qulağına söz pıçıldayır!Gördüm naz alıblar qızdan, gəlindən,Öpdüm çiçəyindən, öpdüm gülündən,Gəzdiyim cığırlar tutub əlindən,Dağlar, qulağına söz pıçıldayır!Hər nə pıçıldayır, düz pıçıldayır!QAR YAĞIR ŞEİRİMİN ÜSTÜNƏ BƏZƏNBarışmır yazdığım şirin acıyla,Görürəm düz gəlmir köhnəmlə təzəm.Silib düzəldirəm ağardıcıyla,Qar yağır şeirimin üstünə bəzən.Dönübmü ilhamım coşan çağından,Soyuq fikirlərmi könlümdə gəzən?Yanmır duyğularım qaynarlığından,Qar yağır şeirimin üstünə bəzən.Qılınc qaldırıram, ox atıram mən,Dəyir buludların köksünə nizəm.Çəkilmir yerlərdən duman, çiskin, çən,Qar yağır şeirimin üstünə bəzən.Çobanyastığının ləçəklərini,«Sevir», «sevmir» deyib oluram üzən,Gözləyə gözləyə gerçəklərimi,Qar yağır şeirimin üstünə bəzən.DAMCILARÜrəyi doluymuş gör nə zamandı,Göylərin yerlərə sözü damcılar.Topa buludların halı yamandı,Ağlayar həsrətdən özü, damcılar.Bölünüb bəxtinin qarası, ağı,Sarı saçlarıdır ulduzlar tağı,Günəş bir yanağı, ay bir yanağı,Göylərdir dünyanın gözü, damcılar.Kimə ürəyində qalan arzusu,Kimə sevgi dolu şirin yuxusu,Kimə günahını yumaq üçün su,Kimə savabının izi damcılar. BULUDLARYerdə kölgənizdi, göydə əsliniz,Göyərən, bozaran, solan buludlar.Kimdi Kərəminiz, kimdi Əsliniz,Dərdi bölük-bölük olan buludlar?Səma göy dənizdi, gəmi sizsiniz,Sevinci, kədəri, qəmi sizsiniz,Bəlkə mələklərin cəmi sizsiniz?Göylərin qoynuna dolan buludlar.Elə bil yanağa xal düzülübdü,Dindirsən danışmaz, lal düzülübdü,Günəşin başına şal düzülübdü,Günəşi araya alan buludlar.Bağlayıb köksünə qara daş ağlar,Cah hönkürüb ağalar, gah yavaş ağlar,Dolayar belinə əlvan qurşaqlar,Həsrətdən gözləri dolan buludlar.BƏNZƏRSİZ SƏHƏRZöhrə də gözəldi, Dan da gözəldi,Səhərin bənzərsiz çağıdı indi,Könlümdən keçənlər gövhərdi, ləldi,Gələn fikirlərin ağıdı indi.Camalın nur saçar qaranlıqlara,Gecə yatağına çəkilər, itər,Çöllərdə ətirli nərgiz, bənövşə,Qəlbimdə vüsalın çiçəyi bitər.Gözlərin yuxulu gözəl görünür,Yuma əl üzünü, yuxun duyulsun.Qoy gəlim yanına ay qara gözlüm,Əlindən, üzündən öpüm, yuyulsun.MƏN ONU HƏR SƏHƏR SALAMLAYANDASevincdən üzümdə görünməz qəhər,Dilimdə çevrilib bal olar zəhər.Səhər olmağına sevinər səhər,Mən onu hər səhər salamlayanda.Külək sığal çəkər ayaq izimə,Günəş sevinc ilə baxar üzümə,Saçılar şəfəqi dollar gözümə,Mən onu hər səhər salamlayanda.Ruhunda yaşaram, qalmasın naçar,Sevgim könlündəki kilidə açar.«Gül» dediyim gözəl gül kimi açar,Mən onu hər səhər salamlayanda.MƏNİM CANGÜDƏNİM HƏSRƏTİN OLURGözləyir yolunu sözüm, söhbətim,Bənövşə baharı gözləyən kimi.Əyər qamətimi acı həsrətin,Bəhrəli budağı bar əyən kimi.Tez qayıt, yubanma sirrim, sirdaşım,Bilirsən, sənsizlik çox çətin olur.Səni qoruyanın duam, alqışım,Mənim cangüdənim həsrətin olur.KÖNLÜMÜN SƏDƏQƏSİYanır həsrətindən can için-için,Hisslərim çəkilir hər an tarıma.Gözlərim önündə qalmağın üçün,Minnətçi düşmüşəm xəyallarıma.Xəyallar nə qədər insafsız imiş,Birdə görürsən ki, salır çətinə,Könlüm istəyimi sədəqə demiş,Ramazan ayında məhəbbətinə.Ey... Bu məhəbbət də başa bəladı,Düşdün, rəhm eləmir, alır canını.Sinəm ürəyimə bağlı qaladı,Çıxarda bilmirəm həyəcanını.AÇIL, SABAHIM, AÇILYatıb oyanmışam mən,Dan yeri heç sökülmür.Gecənin gözlərindən,Yuxusu da tökülmür,Açıl, sabahım, açıl.Hər yan qaradan qara,Gözəlim göyçəyimsən.Nurun dünyanı yarar,Ağ gülüm, çiçəyimsən,Açıl, sabahım, açıl.İçim öz göynəyində,Barı, xətrimə dəymə.Sən yarın köynəyində,Bağlanmış sirli düymə,Açıl, sabahım, açıl.Toxun sazın telinə,Xoş avazlı aşıqsan.Elə bil sevgilinə,Dolanan sarmaşıqsan,Açıl, sabahım, açıl.Vüsalıma ip ucu,Nağıllar dünyasısan.Həsrətimin sonuncu,Qırxıncı qapısısan,Açıl, sabahım, açıl.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.