TARİX VÜSALLI (1959) MEDİA » "SAZLI-SÖZLÜ BORÇALI" 29 сентября 2018 Tarix Pişan oğlu Fətullayev - 21 aprel 1959-cu ildə Lerik rayonunun Şivlə kəndində dünyaya göz açıb. 1966-cı ildə Lerik rayonundakı Biləvər kənd orta məktəbin 1-ci sinfinə daxil olub, 1976-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.1978-1980-cı illərdə Kamçatka yarımadasında həqiqi hərbi xidmət borcunu yerinə yetirib1982-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) daxil olub, 1987-ci ildə oranı müvəffəqiyyətlə bitirib. Təyinatla Biləsuvar rayonundakı Səmədabad kəndinə ixtisası üzrə müəllim göndərilib. Hal-hazıra kimi həmin məktəbdə müəllim işləməkdə davam edir. Orta məktəb illərindən dövri mətbuatda məqalələri dərc edilir. Sovet dövründə "Azərbaycan pioneri", "Azərbaycan gəncləri" qəzetlərində, eləcə də Lerikin "Bolluq uğrunda" (indiki "Lerik"), Biləsuvarın "Məhsul" qəzetində, müstəqillik dövründə "Müstəqil Respublika", "Azad təfəkkür", "Şərqin səsi", "Region-press", "Məhsul", "Təhsil problemləri" və digər qəzetlərdə publisistik məqalələri və şeirləri çap olunub. “Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisinin üzvüdür.NECƏ SEVİM? Gözəlliyin salıb məni kəməndə,Mən səni, ay gözəl, de, necə sevim?Eşqinlə düşmüşəm sağalmaz dərdə,Mən səni, ay gözəl, de, necə sevim?Almısan özümdən ixtiyarımı,Artırdın anbaan ahu-zarımı.Viran qoydun mənim eşq gülzarımı,Mən səni, ay gözəl, de, necə sevim?Gecəli-gündüzlü mən səni andım,Gözəllər içində vəfalı sandım.Sənsiz olan zaman alovsuz yandım,Mən səni, ay gözəl, de, necə sevim?Buludlar bürüyür o ağ çöhrəni,Qara saçlarıma salmısan dəni.Zalımlıq sarıdan qənisən, qəni,Mən səni, ay gözəl, de, necə sevim?Vüsallı eşqində sadiqdir sənə,Həyat yollarında rəfiqdir sənə,Daş-dəmir deyildir,əqiqdir sənə,Mən səni, ay gözəl, de, necə sevim?SEVƏ BİLMƏRƏM Sən mənim eşqimin ilki, əzəli, Səndən özgəsini sevə bilmərəm. Sən qəlbimdə gözəllərin gözəli, Səndən özgəsini sevə bilmərəm. Sona kimi yerişinlə gəzirsən, Ahu gözlü gözlərinlə süzürsən. Yəqin, səni sevdiyimi sezirsən, Səndən özgəsini sevə bilmərəm. Nazik, incəbelli, şux qamətin var, Saf təmiz eşqimə sədaqətin var. Günəştək sönməyən məhəbbətin var,Səndən özgəsini sevə bilmərəm. Almıram ətrini çiçəkdən belə, Zərifsən, incəsən, ləçəkdən belə, Mənimçün gözəlsən, mələkdən belə,Səndən özgəsini sevə bilmərəm. Vüsallının Tanrı qisməti sənsən, Dilinin şəkəri, şərbəti sənsən. Altun, var-dövləti, sərvəti sənsən, Səndən özgəsini sevə bilmərəm. ƏGƏR SƏN MƏNİM OLSAN Dərddən uzaqlaşaram Əgər sən mənim olsan! Xeyli cavanlaşaram, Əgər sən nim olsan! Eşqim əbədi yaşar, Sevincim aşıb-daşar. Əğyar yanıb alışar, Əgər sən mənim olsan! Səni gültək bəzərəm, Saça ipək düzərəm. Sənlə Dünya gəzərəm, Əgər sən mənim olsan! Xoşbəxt ömür sürərik, Aya qoşa gedərik. Eşqdən çələng hörərik, Əgər sən mənim olsan! Tarix qəmdən ayılar,Sevənlərdən sayılar. Lap dünyaya yayılar, Əgər sən mənim olsan! ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.