AYŞƏ SƏYYAD QIZI (2002) MEDİA » "SAZLI-SÖZLÜ BORÇALI" 29 сентября 2018 Əslən Borçalıdan olan Məmmədova Ayşə Səyyad qızı - 2002-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. Bakı şəhərindəki Ələkbər Əliyev adına 204 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Uşaq yaşından şeirə-saza çox meyillidir. 2011-ci ildə gözəl saz ustası və ifaçısı sazbənd aşıq Qəzənfərdən saz ifalarının sirrərini öyrənib.Müxtəlif tədbirlərdə öz şeirləri və ifası ilə çıxış edir. Şeirləri dövri mətbuatda çap olunur.“Aşıq Pəri”, “Dirili Qurbani”, “S.Ə.Şirvani” və “Sazlı-Sözlü Borçalı” Ədəbi Məclislərinin üzvüdür. DAĞLAR Qoy mizrabı telə vurum,Kərəm olub çağla, dağlar. Al yamacda gül sinəni, Qıymaram ki, dağla, dağlar. Qucağında qonaq qalım, Zirvələri seyrə dalım, Mən dərindən nəfəs alım, Sən yaramı bağla dağlar. Qul həsrəti xan eyləyim, Ürəyimi qan eyləyim, Burda mən üsyan eyləyim, Orda da sən ağla dağlar.OLMAZ Hər çəməndə şehli çiçək, Hər insanda ağıl olmaz. Hər aşıqdan aqil ozan, Hər oğuldan oğul olmaz. Fələk ömrü alsa belə, Qəm havası çalsa belə, Çox olmazlar olsa belə, Həqiqətdən nağıl olmaz. Ayşə, bilmirsənmi məgər, Sındıranı Allah əyər, Bir noğul yüz qəndə dəyər, Yüz qənddən bir noğul olmaz.OLMASAYDI Baş nəyə lazımdır içində ağıl, Qaş nəyə lazımdır göz olmasaydı? Zərrəsi aləmi yandıran alov, Ocaq olardımı köz olmasaydı? Gərək ki anlayaq, gərək ki, duyaq, Bəndə yox, Allahdır insana dayaq, Torpağa bir addım basarmı ayaq, Ortada güc verən diz olmasaydı? Dönüb Züleyxaya baxardımı heç, Pak qəlbi şər odda yaxardımı heç, Şeytanın şərindən çıxardımı heç, Yusifin niyyəti düz olmasaydı? Məhəmməd aləmə sir olardımı, Cismi pak, kəlməsi dür olardımı, Qəlbində Allahı bir olardımı, Yanında şeytanı yüz olmasaydı? Keçəri pul-para, ötəri şöhrət, Bir təmiz vicdandır insana zinət, Ayşəyəm, bir yola kim edər hörmət, Üstündə qiymətli iz olmasaydı?ŞÜKÜR Sevinc dönüb qəhər ola, Yalan bağa bəhər ola, Min acıdan zəhər ola, Doğrunun dadına şükür. Düşsən haqqın ələyinə, Paklıq gələr ürəyinə, Meh gətirən küləyinə, Yandıran oduna şükür. Bərəktdir xırmana dən, Həyat sonsuz ,insan gedən, Qırx mismarı dörd mıx edən, Allahın adına şükür.GETDİBu fani dünyada elə yaşa ki, Desinlər günaha batmadı getdi. Daim yada salıb uca Allahı, Yaxşını yamana qatmadı getdi. Ürək sındırmadı, könül qırmadı, Yalan danışmadı, ara vurmadı, Hörmətə sığındı üzə durmadı, Qeyrəti sərvətə satmadı getdi. Bir canlı varmı ki, Ayşə ölməsin, Sağ əlin verdiyin sol əl bilməsin, Üzlərə söylədi sözün, kəlməsin, Söz atıb meydandan qaçmadı getdi.MƏNİBir dəfə dilinlə yaralamısan,Nə fayda yüz ovut sözünlə məni.Mən duydum büsbütün varlığım ilə,Sən görə bilmədin gözünlə məni.Gün gəlib eşqimlə ürəyin dinsə,Dönmərəm varlığın qibləyə dönsə,Odunla qəlbimi isitmədinsə ,Yandırma sən Allah közünlə məniŞahdırsa qürurum zirvədən enməz,Dön desən Ayşəyə inadı dönməz,Mən andım sevinclə, ay qədirbilməz,İndi də sən axtar hüznlə məni.VARBu dünya insanı necə sıxmasın,Çəkilməz qüssə var, bitməz acı var.Ürəyi ürəkdən başa düşəcək,Nə bir qardaş yoxdur, nə bir bacı var.Dəhşətə gətirir insanı zaman,Nə yaxşı bilinir, nə də ki, yaman,Ağlayan saz olsa, titrəyən kaman,Həyatda hər dərdin bir əlacı var.Saralıb çiçəyin solduğu kimi,Yaşarıb gözlərin dolduğu kimi,İnsanın zamana olduğu kimi,Zamanın insana ehtiyacı var.Yüz illər dolanıb keçsə aradan,Bir xeyir toxunmaz ağa qaradan,Çəkməyir nəzərin uca Yaradan,Bilir ki, Ayşə tək bir möhtacı var.YENİ ŞEİRLƏR SİLSİLƏSİNDƏN...Nə qorxum olacaq çərxi-fələkdən,Canım el yolunda sadağadırsa.Bəd günlər könlümə payimiş demə,Xoş günlər ömrümə qadağadırsa.Bilinmir əvvəli, bilinmir sonu,Baxarsan dərdini dindirər həyat.Bir yandan ucaldar zirvəyə səni,Bir yandan zirvədən endirər həyat.Ey verib yellərə hədər eyləyən,Vermərəm yolunda qalan ömrümü.Kim deyər yenidən şad eyləyəcək,Bir vaxtlar eyləyən talan ömrümü.Uyma dövlətinə, uyma varına,Bu dünya əzəldən yalan dünyadı.Nə sənlə, nə mənlə, nə başqasıylaÖzüylə baş-başa qalan dünyadı.Həyat vəfasızdır, ömür vəfasız,Çox dalma odur ki xam xəyallara.Döndükcə başına pərvanələri,Necə ki, dalırsa şam xəyallara.Söyləmə əgər ki, tutmayacaqsan,Gün gəlib sözündən dönəcəksənsə.Öyünmə ay Ayşə, ocaq da olsan,Axır ki, səngiyib, sönəcəksənsə.AĞDISAMən niyə çəkinim eldən,obadan,Alnım açıqdısa, üzüm ağdısa?Mən niyə özümə arxasız deyim,Dayağım Allahdı, başım dağdısa?Ürəkdə pak olan etibarım var,Çəməndə çiçəyim, dağda qarım var,Tükənməz sərvətim,bitməz varım var,Atam ayaqdadır, anam sağdısa.Ay Ayşə, həyatda vəfasız çıxma,Bir qəlbi yandırma, bir yuva yıxma,Könül qəm eyləmə, ürək darıxma,Yanın gül-çiçəkdi, yönüm bağdısa.OLMAQŞairin qisməti şeirə, sözə,Bülbülün qisməti gülə yar olmaq.Qartalın nəsibi uca dağlara,Aşığın qisməti telə yar olmaq.Bulaqlar xəlq olub süzülə, axa,Şimşəklər yaranıb kükrəyə, çaxa,Bir yar ki, əhdinə vəfasız çıxa,İnsafmı İlahi belə yar olmaq?Yanarsan həsrətin sazını çalsan,Duyarsan düşünüb xəyala dalsan,Nə var ki, dünyada yara yar olsan,Çətindir ay Ayşə, elə yar olmaq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.