İradə KÖVRƏK (1978): "Sən məni unutdun niyə, ilahi?.." "SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Müsabiqə, Bolus 25 октября 2018 İradə Kövrək (Sarıyeva) - 1978-ci il sentyabrın 15-də Ulu Borçalımızda - indiki Gürcüstanın Bolnisi rayonundakı qədim Dəllər kəndində tanınmış el sənətkarı, saz-söz adamı, aşıq-sazbənd Kövrək Muradın ailəsində dünyaya göz açıb.Bakı Dövlət Universitetini bitirib. Hazırda "Bakı-xəbər" qəzetində çalışır.“Gözlə, gələcəyəm” (“Şəhid-gizir Aydın Abdullayevin yarımçıq ömrünün dastanı”, 2017) adlı kitabın müəllifidir.Şeirləri "Zirvə" poeziya antologiyasında və müxtəlif mətbuat orqanlarında dərc olunub.ZiM.AzPayız çiçəkləri...Bakıda yağış çağı bitdi,Payız çiçəkləri gülümsünür...Günəşə göz vurur sarı ləçəkli bir qızsaralan yarpaqlar küsür..Yağış günündə sarı çiçəklər,Ovcunu yağışa açırdı...Yağış nəgmələri...Damla-damla,işıq-işıq qaçırdı...Payız çiçəkləri, necədir-Payıza sığınıb yaşamaq?Sarı xəzəllərin qoynunda-Könlündə qüssə daşımaq.Bizim nəşriyyatın yanında,Günəşə bənzəyən sarı çiçəklər...Gözlərin yaşlıdır dünənən-Torpağın sevgili yarı çiçəklər.Bakıda yağış çağı bitdi,İndi günəş günü başlanıb.Yağış nəğmələri gedib yuxuya,Oyanar bir gün yenə,Şəhərdə yağış çağı olar-Çiçəklər düşər qorxuya.Payız çiçəkləri üşüyər...Amma indi üşümür-Çünki günəş atındadır... AnamaAy ana, ürəyim yaman ağrıyır...Həkim yox qəlbimin dərdini bilə... Axşamlar düşəndə çox üşüyürəmCanım sığışmayır soyuq mənzilə...Sən Allah üstümə sarı yorğan örtGünəşi deyirəm, günəşi ana...Əli qoynundadır gəlin çinarın,Yamandır tufanın gəlişi ana...Ay ana, ürəyim kədərli bir yerBilmirəm zülməti mən necə yarım?Çox yaman ağrıyır sol tərəf ana...Bu dərdi özümlə hara aparım?Sən Allah üstümə sarı yorğan örtGünəşi deyirəm, günəşi ana...Əli qoynundadır gəlin çinarın,Yamandır tufanın gəlişi ana.* * *Aşıq, vurma sarı simə,Yaram dərindən simləyib.Bilirsən ki, meylim sazdaTellər dərdimə himləyib.Yorulmuşam yollar kimi,Qırılmışam qollar kimi,Hürkəyəm sonalar kimiHicran könlümü şumlayıb.Aşıq, dərdim dərdə bənddi,Dərd sinəmdə sinəbənddi.Gözlərim bir himə bənddi,Gecədən sübhə ağlayıb.* * *Sözünə bənd olmaq olmur,Acıya qənd olmaq olmur,Şəhərə kənd olmaq olmurMən sənə könülmü verim?Ürəyindən xəbərsizəm,Eşq evindəki öksüzəm, Külün qoynundakı közəmMən sənə könülmü verim?Ağ vərəqdə təzə yazı,Sözlər itir, sözlər azır.Küskün gülün, ilk murazı Mən sənə könülmü verim? * * *Barmaqların axtarır adımıBilərəm hər gün. Gündüz qaçırsan,Gecə xəyal edirsənQanadlanıb, uçursan.Küsübsən məndənKönlün könlümdən küsüb. Adıma rast gəlirsən, Pozma, qələmden küsüb.Mən elə həmən qızam, Ulduz-ulduz dağlananMəzarım ovucun olsun,Gözlərimdi bağlanan.* * *Sən mənə baxmağı nədən unutdun?Sən niyə yadına salmadın məni?Çox baxdım göylərə səni görməkçün...Gözümü bürüdü buludun çəni. Sən məni unutdun niyə, ilahi?..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.