Əzizim Əfsanə xanım, Ad günün mübarək!.

Əzizim Əfsanə xanım, Ad günün mübarək!. Ailə nədir? Ailənin mənası həyat birliyi deməkdir.
Ailə sözünün dərinliklərində xoşbəxtlik, sevinc, kədər,
sevgi, bölüşmək, qayğı və bu kimi sözlər durur.
Ailə həyatı qurulduğu zaman atılan hər bir addım
xoşbəxtliklə olmalıdır. Seçilən həyat yoldaşı
xoşbəxt olduğunuz zaman, kədərli olduğunuzda,
güldüyünüzdə, uğurlu addımlar atdığınızda,
sizi sevən, qayğı göstərən şəxs olmalıdır.
Əzizim Əfsanə, həyat yoldaşım.
Bu gün – 9 may kimiləri üçün adi gün ola bilər, amma mənim üçün həyatımda çox dəyərli yerə sahib olan bir xanımın, yəni sənin ad günündür.

Hər şeydən əvvəl ailə yolunda mənimlə birgə addımladığına görə sənə sonsuz təşəkkürümü bildirirəm. Ailə deyəndə ən isti ocaq, qurulan ən böyük, bərk və sarsılmaz ev başa düşülür. İdeal cəmiyyətə gedən yol ideal fərdlərdən keçir və ideal fərdlər ideal ailələrdə yetişir. Bu da ailənin nə dərəcədə əhəmiyyətli olduğunu bildirir. Ailədə insan sığınacaq bir yuva, dəstək görəcəyi bir həyat yoldaşı tapır. Hər müvəffəqiyyətli, uğurlu kişinin arxasında onu dəstəkləyən qadın dayanır. Sənsiz bir dünya təsəvvür edə bilmirəm.
Sən başımın tacı, gözümün nurusan. Ən əsası da övladlarımın anasısan. Dünyanın ən gözəl, dəyərli hədiyyələrini bəxş etmisən mənə. Səmimi qəlbdən təbrik edirəm səni. Səninlə 10 ildirki birlikdəyik. 10 il ərzində çox gözəl günlərimiz olub. Sevgimiz ilk günki kimi təravətlidir. Sən mənim üçün ən gözəl qadın və ideal anasan. Bəzi şeylər sevilir çünki dəyərlidir, bəzi şeylər dəyərlidir çünki onlar sevilir.
Sən hər ikisinə layiqsən. Hərşey ürəyincə olsun. Xoşbəxtlər xoşbəxti olasan. Daim üzün gülsün. Sənə ən əsası can sağlığı, uzun ömür, xoşbəxtlik, mənimlə sevgi, məhəbbət arzu edirəm. Allah səni başımızdan əksik etməsin, övladlarımız və mən səni çox sevirik. Bu ad gününə yeni evə köçməyimizlə səni, ailəmizi və bizi sevənləri sevindirə bildimsə özümü xoşbəxt sayıram. Bir daha, Ad günün mübarək!.


AZƏR


Bu təbrikə “Saldo” qəzetinin bütün yaradıcı heyəti, başda Rəcəb müəllim olmaqla, biz də qoşuluruq!.

"SALDO"



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: