GƏNCLƏRƏ ÖRNƏK HƏYAT YOLU

GƏNCLƏRƏ ÖRNƏK HƏYAT YOLU MÜSAHİBƏ

1. Sima müəllimə, icazənizlə yaxindan taniş olaq, həyat yolunuza səyahət edək.
-İIk 11 illik təhsili Gədəbəy rayonunda almışam. 1966-1967- ci tədris illərində orta məktəbi bitirib Azərbaycan Dövlət Pedoqoji Universtetinin Azərbaycan dili Ədəbiyyatı ixtisasına daxil olmuşam. Baxmayaraq ki, bu ix tisasa həvəsim yox idi. Lakin fizikanı daha çox sevirdim. İbrahim müəllim fizikanı dərindən tədris edirdi. Bəlkədə İbrahim müəllimin təsiridi ki, Fizikaya marağım daha çox olub. Amma Azərbaycan dili Ədəbiyyat müəllimliyini oxudum.Tələbəlik xatirələri mənim üçün çox əzizdir.

2. Sima müəllimə, gənclərdə görmək isdədiyiniz üstünlüklər nələrdir?
- Bu günkü gənclikdə çox şeyi görmək istərdim. Bu günkü gənclikdə iradə zəifliyi var .Bir az çətinliyə düşən kimi çətinlikdən çixmağa yol axtarmırlar , onun içində batırlar. Gənclər məsləhətim budur ki, zülmət bir gecənin qaranlığında olan nöqtə boyda olan,hetta ondanda balaca işığı axtarıb tapmalarını, onun arxasiyca getmələrini arzu edərdim .

3.İndiyə qədər hansı sahələrdə çalışmısız ?
-Mən müəllim kimi fəaliyyətə başlamışam, eyni zamanda da qəzetdə müxbir olmuşam . Sonra Füzuli rayonunda peşə məktəbində işləmişəm. Daha sonra isə raykomda və dövlət qulluğunda işləmişəm. Xızıda Kənd Təsərrüfatı qəzetinin Kənd Təsərrüfatı şöbəsində müdir kimi fəaliyyət göstərmişəm. Bir müddət də orta məktəbdə direktor vəzifəsində çalışmışam. Bir çox qəzətlərlə əməkdaşlıq etmişəm. Bədii yazılarım “Azərbaycan “, “Ədəbiyyat”, ” Məslək “, ”Sumqayıt sosialist “ kimi qəzetlərdə işıq üzü görüb.-

4.Uşaqliqdan özünüzü bu vəzifədə görmək istəmisiniz yoxsa düşüncələriniz daha fərqli idi?
-Müəllim ailəsində böyümüşəm . O dövrdə müəllimə fərqli baxiş var idi. İstəklərim zamanla tamam fərqli istiqamətlərdə olub .Müəyyən bir vaxt həkim olmaq isdəmişəm. Bəzən müstəntiq olmaq arzusunda olmuşam. O vaxtlar Hüquq fakültəsinə daxil olmaq çətin idi. Hətta bir ay müddətində İspan dili tərcüməçisi olmaq qərarina da gəlmişdim.

5. Sima müəllimə, sizcə həyatda daha çox uğur əldə etmək üçün insan nələr etməlidir ?
-Həyatda uğur əldə etmək üçün insan əvvəl o uğuru qazanacağı vəzifə qapısından ki, girir içəri bax o , qapının astanasından oturduğu stola qədər sevməlidir. O, sevgi olmasa uğur yoxdur .

6.Sima müəllimə xaraktercə ciddi görsənir , amma mən elə düşünmürəm. Fikrimcə qəlbi yumşaq bir xanımsız . Bu nədən irəli gəlir ?
- Ciddiliyim işimdən irəli gəlir. Amma şagird vaxtimdan belə görünürdüm. Əslində şən, deyib-gülən məclis adamıyam. Ev xanımı kimi evdarliq qabiliyyəyimdə var. Təkcə mətbəxdə yox həmçinin yorğan-döşək sarımaqla , paltar tikməklədə ev xanımları ilə yarışa bilərəm. İşlədiyim kişi mühiti çox olub. Kişi mühitində özümü qadın kimi təqdim etmeyi özümə sığışdırmamışam.
- Niyə ? Çünki kişi mühitində işdəyirsənsə səni onlar özlərindən fərqli görməməlidirlər. Onda iş qabiliyyəti daha da artır. Bu kişilərdən yox , qadınlardan asli olan amildir.

7.Sima müəllimə, eşitdiyimizə görə poeziyanı çox sevirsiniz. Ola bilərmi ki, sevdiyimiz şeirlərdən öz qələmə aldığınız şeirlərdən varsa bir bənd səsləndirmək istəyərdinizmi ?
- Səməd Vurğunun bir bənd şeirini demək istəyərdim. Çox sevdiyim bir şeirdir.

Vaxtsız əcəl məndən uzaq dayandur.
Qürbət eldə can vermərəm ölümə
Qılıncını məndən uzaq dolandır
Onu bilki qələm aldım əlimə
Qürbət eldə can vermərəm ölümə.

8.Çalışdığınız sahələrdə ən yadda qalan gün sevindirici və ya kədərli bir gün olubmu ?
- 2017-ci ildə iki sinifdən ibarət olan 40 nəfər şagirdin məni Göyçay rayonuna qonaq çağırması en sevindirici günlərimdən biri idi. Həmin uşaqlar yenədə qabağımda uşaq kimi görünürdü.Özümü xoşbəxt hiss elədiyim anlar çox olub . Xatırladığım ən kədərli gün isə inşanı yazmayan bir oğlanı cəzalandırmağım olub. İnşa “Ana qayğısı”- haqqında idi. Mən soruşandaki : -İnşanı nə üçün yazmamısan ?! Oğlanın cavabı isə belə oldu : “Mən duymadığım duyğudan heçnə yaza bilmərəm” . Bu mənim xatırladığım ən kədərli günlərimdən biridir.

9. Vəzifənizdən razısınızmı?
-Çoxlu iş dəyişmişəm.Vəzifənin yaxşısı, pisi olmur.Hansı işdə işdəmişəmsə o işi mənimsəyib işi layiqincə, lazımınca yerinə yetirməyə çalışmışam. Heç vaxt işimdə rəhbərliyimdən narazılıq qəbul etməmişəm.

10.Qəzetimiz haqqında nə düşünürsünüz ?
-Təzə başdiyib .Uğurlar arzu edirəm.Ümumiyyətlə qəzet elə bir şeydir ki, daim yaddaşlarda qalir .Radioda,Televizorda uçub gedir , qəzet isə xəzinə olaraq saxlanılır. Arzu edirəm sizin qəzət də xəzinə olaraq saxlanilsin.

11.Müsahibəmizdən razı qaldınızmı ?
-Sizdən razi qaldim-təbiiki, amma özümdən yox. Çox sağolun diqqətinizə görə.

Murad Xələfov,
"SALDO"

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Keşmə-keşli həyat yolu...

Keşmə-keşli həyat yolu...

"SALDO"
O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

O, DAİMA QƏLBİMİZDƏ YAŞAYARAQ SIRALARIMIZDA HİSS OLUNUR...

Regionlar, Uşaq bağçaları, UNUTSAQ, UNUDULARIQ!....

"Mən peşəmlə fəxr edərək özümü xoşbəxt sanıram..."

"SALDO", Digər ali məktəblər, MEDİA
Peşəsini sevən müəllimə

Peşəsini sevən müəllimə

Məktəblər

"Dekan olmaq böyük məsuliyyət tələb edir..."

"SALDO"
AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

AD GÜNÜNÜZ MÜBARƏK, ZEMFİRA MÜƏLLİMƏ!..

TDPİ-nin Azərbaycan bölməsi, Məktəblər, Bolus, Təbriklər
Dosent Mütəllim Rəhimov:

Dosent Mütəllim Rəhimov: "Müəllimə olan ögey münasibət təhsilimizin səviyy ...

"SALDO"
ŞƏRƏFLİ   PEDAQOQ  ÖMRÜ

ŞƏRƏFLİ PEDAQOQ ÖMRÜ

Regionlar, UNUTSAQ, UNUDULARIQ!....
Zaur Darğallının Uğur hekayəsi

Zaur Darğallının Uğur hekayəsi

Rustavi, Borçalı
Gülşən Behbud:

Gülşən Behbud: "GÖRDÜM Kİ, BU HƏYAT BİR SAP, TALE DƏ KÜT BİR İYNƏDİ..."

"Şərqin səsi", "Elm və Təhsil"
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Keçmiş SSRİ-nin ilk qeyri-rus qadın diplomatı - O, azərbaycanlı idi..

Azərbaycan, Tarix
Növbəti müsahibimiz Millət Vəkili Qənirə xanım Paşayevadır.

Növbəti müsahibimiz Millət Vəkili Qənirə xanım Paşayevadır.

KUMİR, Milli Məclis

"Bayrağımız dünyada daha çox tanınmağa layiqdir" - "Uğur formulu"

Başkeçid, Amerika
ŞƏRƏFLİ HƏYAT YOLU

ŞƏRƏFLİ HƏYAT YOLU

"SALDO"
Yarımçıq qalan mənalı ömür: İSAXAN AŞUROV (1955-2012)

Yarımçıq qalan mənalı ömür: İSAXAN AŞUROV (1955-2012)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
MƏTİN OĞUL

MƏTİN OĞUL

Sumqayıt, Məktəblər
Yüksək amal uğrunda

Yüksək amal uğrunda

Məktəblər, "Elm və Təhsil"
AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

AZƏR HƏKİM, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!..

"SALDO"
Rəy yazın: