Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988) "Gürcüstan", Tiflis, UNUTSAQ, UNUDULARIQ!.... 1 февраля 2019 Teymuraz Məmməd oğlu Cəfərli - 1922-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. Atası Məmməd Cəfərli əslən qədim Borçalı mahalının Sarvan kəndindən idi. Mübariz inqilabçı kimi tanınan Məmməd kişi ulu Borçalımızın ünlü ziyalılarından olub və bir çox rəhbər vəzifələrdə çalışıb. O, əvvəlcə qəza, sonra rayon partiya komitəsinin birinci katibi vəzifəsində şərəflə çalışıb. Amma təəssüflər olsun ki, 1937-ci ilin məlum repressiyası minlərlə dəyərli soydaşımız kimi Məmməd Çəfərlinin ailəsini də "öz ağuşu"na alıb.Teymurazın valideynləri həmin qanlı repressiyanın qurbanı olublar. O, Tiflisdəki qohumlarının himayəsi altında böyüyüb və orta məktəbi Tiflisdə bitirib. T.Cəfərli 1940-cı ildə Tiflis Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 1945-ci ildə həmin ali məktəbi başa vurduqdan sonra müxtəlif mətbuat orqanlarında çalışıb. 1952-ci ildə Tiflis Şəhər Sovetində təlimatçı vəzifəsinə qəbul olunub. Elə həmin vaxtdan etibarən paralel olaraq pedaqoji sahədə də çalışmağa başlayıb. A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda (sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində - indiki İlya Universitetində) "Etika və estetika" kafedrasının müdiri seçilib. 1972-ci ildə "Etik kateqoriyaları, tarixi və ümumi məsələləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsini alıb. İki il sonra professor elmi adına layiq görülüb.Teymuraz Cəfərli 1974-1981-ci illərdə Gürcüstan KP MK-nın təbliğat-təşviqat şöbəsinin müdir müavini vəzifəsində işləyib. Professor T.Cəfərli sonrakı həyatını yenidən mətbuata bağlayıb və o, 1984-cü ildən başlayaraq ömrünün sonuna kimi "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetinin redaktoru olub. Professor T.Cəfərliinin nüfuzlu mətbuat orqanlarında yüzlərlə elmi, elmi-kütləvi məqalələri və 25-ə qədər sanballı və məzmunlu kitabları çap olunub. İstedadlı alim 60-dan artıq beynəlxalq konfransda dəyərli elmi çıxış edib. Teymuraz Məmməd oğlu Cəfərli 1988-ci ildə "Sovet Gürcüstanı" qəzetində çalışarkən vəfat edib və Tiflisdəki tanınmış şəxsiyyətlərin qəbiristanlığında dəfn edilib. ALLAH RƏHMƏT ELƏSİN!...RUHU ŞAD OLSUN!.. * * *İTİRMİŞİK(Qeyrətinə görə məhv ediləntanınmış filosof Teymuraz Cəfərlinin əziz xatirəsinə) Nəydi yarəb, bu odlu qəm,Bu hüznlü, yaslı nəğməmMin nalədən ətirlənib,Dəfinətək sətirlənibQara çökmüş al rənginə,Dönmüş matəm çələnginə.Nəyə güvənək, ah, nəyə,Tale küskün, zəmanə sərt.Nə ölçüyə, nə çəkiyə,Nə hesaba gələr bu dərd.Üz döndərib bizdən haqq da,Zərbələndik dar ayaqda.Ağır oba, el içində,Çəmən, çiçək, gül içindəMərd qüruru itirmişik...Xoş amala yollar açan,Üstümüzə şəfəq saçanGünəş nuru itirmişik...Təmkinləşib təmkinimizGözyaşını siləcəyik.Həqiqətə məbəd olan,Təmiz vicdan, həlim insanYoxluğunun yerini bizBundan sonra biləcəyik.Gözlərindən şəfəq gülən,İşıq seli–dan sökülənNur çeşməsi itirmişik.Elimizi təmsil edən,Ali, yüksək məclislərdənMüdrik səsi itirmişik...Dərdi ağır həqiqətinNaləsini bilə-bilə;Hər kəlməsi bir hikməti,O füsunkar təbiətiİtirmişik. Tapmaq çətin,Yüz axtaraq çıraq ilə.Nəydi yarəb, bu odlu qəm,Bu hüznlü, yaslı nəğməmMin nalədən ətirlənib,Dəfinətək sətirlənibQara çökmüş al rənginə,Dönmüş matəm çələnginə.Əlixan DÜŞGÜN,30.11.1988.ELMAN KƏLƏYEV: "HƏYATIMIN TARİXİ ANLARI: "SOVET GÜRCÜSTANI" QAZETİNİN ƏMƏKDAŞLARI (soldan) ŞAHVƏLƏD AYVAZOV, ELMAN VƏ ALMAZ KƏLƏYEV, TEYMURAZ CƏFƏRLİ, İSLAM ƏLİYEV, HƏMİD VƏLİYEV VƏ TEXNİKİ İŞÇİLƏR--VAQİF HƏSƏNOV, ELMAN XƏLİLOV.ŞƏKİL MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ 1987-ci İLDƏ TBİLİSİNİN VAKE PARKINDA ÇƏKİLMİŞDİR."Əziz Dəlivəlli: "Allah rəhmət eləsin! Məhz Temuraz Çəfərlinin redaktorluğu dövründə mən məsul katibin müavini oldum və o, məni Moskvaya «Советская Россия» qəzetində stajirovkaya göndərdi. Savadlı olmaqla yanaşı xeyirxah insan idi. Öz işçilərinin qayğısına qalar, yardım edər, əlindən gələni əsirgəməzdi."* * *P.S.:GÖRKƏMLİ FİLOSOF-ALİM, GÜRCÜSTANDA YAŞAYIB-YARADAN YEGANƏ AZƏRBAYCANLI FƏLSƏFƏ ELMLƏRİ DOKTORU, PROFESSOR, GÜRCÜSTANIN TANINMIŞ DÖVLƏT VƏ İCTİMAİ-SİYASİ XADİMİ, "SOVET GÜRCÜSTANI" QƏZETİNİN SABİQ BAŞ REDAKTORU TEYMURAZ CƏFƏRLİ KİMİN YADDAŞINDA NECƏ QALIB, DEYƏ BİLMƏRƏM... AMMA O, MƏNİM YADDAŞIMDA OLDUQCA SAVADLI, SƏMİMİ, MEHRİBAN, ƏN ƏSASI İSƏ XEYİRXAH BİR İNSAN KİMİ QALIB... MƏRHUM PROFESSOR T.CƏFƏRLİnin hələ düz 33 il əvvəl - 1986-cı İLDƏ MƏNİM JURNALİSTKA FAKÜLTƏSİNDƏ ALİ TƏHSİL ALMAĞIM ÜÇÜN YAZDIĞI XASİYYƏTNAMƏ-ZƏMANƏT MƏKTUBUNU İNDİ DƏ ƏZİZ BİR XATİRƏ KİMİ QORUYUB SAXLAYIRAM!...UNUTMAMALIYIQ Kİ, O ZAMANLAR TİFLİSDƏ AZƏRBAYCAN DİLİNDƏ NƏŞR OLUNAN YEGANƏ MƏTBUAT ORQANI və HƏM DƏ GÜRCÜSTANIN MƏRKƏZİ QƏZETİ OLAN "SOVET GÜRCÜSTANI" QƏZETİNİN HƏCMİ və REDAKSİYANIN ƏMƏKDAŞLARININ SAYI 1982-ci ildə MƏHZ TEYMURAZ MÜƏLLİMİN REDAKTORLUĞU DÖVRÜNDƏ 2 DƏFƏDƏN ÇOX ARTMIŞDIR... BELƏ Kİ, MƏHZ TEYMURAZ CƏFƏRLİNİN REDAKTOR TƏYİN OLUNANA QƏDƏR KİÇİK FARMATDA ÇAP OLUNAN QƏZET, MƏHZ ONUN REDAKTORLUĞU DÖVRÜNDƏ BÖYÜK FARMATDA HƏM DƏ HƏFTƏDƏ III DƏFƏ NƏŞR OLUNDU...TƏƏSSÜFLƏR OLSUN Kİ, "BƏZİLƏRİ" TEYMURAZ MÜƏLLİMİN BU ƏMƏYİNİ QİYMƏTLƏNDİRMƏK ƏVƏZİNƏ, GUYA ANA DİLİNİ YÜKSƏK SƏVİYYƏDƏ BİLMƏMƏYİNİ BƏHANƏ EDƏRƏK, ONUN REDAKSİYADAN UZAQLAŞMASINA ÇALIŞDILAR...BƏLİ, HEÇ KİM BİR VƏZİFƏDƏ DAİMİ VƏ YA ÖMÜRLÜK QALAN DEYİL!.. O DA GETDİ... HƏM DƏ TƏƏSSÜFLƏR OLSUN Kİ, TEZ GETDİ VƏ HƏMİŞƏLİK GETDİ...AMMA ONUN GEDİŞİ İLƏ O, YOX, MƏHZ BİZLƏR İTİRDİK...BELƏ Kİ, ONUN ÖZÜ İLƏ REDAKSİYAYA GƏTİRDİYİ BÜTÜN ÜSTÜNLÜKLƏR, ELƏ ONUN ÖZÜ İLƏ "GETDİ"... QƏZETİN HƏCMİ KİÇİLDİ, REDAKSİYANIN ƏMƏKDAŞLARI AZALDI, MADDİ-TEXNİKİ BAZASI ZƏİFLƏDİ və s. və i... HƏFDƏ 3 DƏFƏ VƏ 2 ÇAP VƏRƏQİ HƏCMİNDƏ ÇAP OLUNAN QƏZET SONRALAR HƏFTƏDƏ YOX, AYDA 3 DƏFƏ, BƏZƏN İSƏ cəmi 1-cə DƏFƏ, HƏM DƏ KİÇİK FARMATDA - 1 çap vərəqi HƏCMİNDƏ ÇAP OLUNDU... VƏ ELƏ BU GÜNÜN ÖZÜNDƏ DƏ "GÜRCÜSTAN" QƏZETİNİN VƏZİYYƏTİ EYNİLƏ HƏMİNKİ KİMİDİR - HEÇ ÜRƏK AÇAN DEYİL!..P.S.S.:ƏZİZ DOSTLAR!... NƏ OLAR, HEÇ OLMASA İNDİ "GÜRCÜSTAN" QƏZETİNƏ, ONUN BAŞ REDAKTORU, GÜRCÜSTANIN ƏMƏKDAR JURNALİSTİ, ÇOX HÖRMƏTLİ İSLAM ƏLİYEVƏ ÖZ YARDIMIMIZI VƏ DƏSTƏYİMİZİ ƏSİRGƏMƏYƏK!.."GÜRCÜSTAN" QƏZETİNİN MÜNTƏZƏM NƏŞRİ İLƏ MƏNCƏ GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN MƏTBUATA OLAN EHTİYACINI ÖDƏMƏKLƏ YANAŞI, HƏM DƏ O QƏZETİN QURUCULARININ, NEÇƏ İLLƏRDƏN SONRA BÖYÜK ƏZAB-ƏZİYYƏTLƏR BAHASINA O QƏZETİN BƏRPASINA NAİL OLAN BÜTÜN VƏTƏNPƏRVƏR-YURDSEVƏR İNSANLARIN, XÜSUSİLƏ DƏ JURNALİSTLƏRİN VƏ REDAKTORLARIN, O CÜMLƏDƏN - MURTUZ MURADOVUN, QULU QULİYEVİN, TEYMURAZ CƏFƏRLİNİN, SÜLEYMAN SÜLEYMANOVUN və BAŞQALARIN RUHLARINI ŞAD ETMİŞ OLARIQ!...ALLAH KÖMƏYİNİZ OLSUN!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.