"Kəşkül” jurnalının birinci nömrəsi – Tiflis, 31 yanvar 1883- cü il ... və yaxud, tarixçilər, tərtib etdiyiniz dərslikləri bir daha yoxlayın...

Türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olmuşdur.

Ünsizadələr üç qardaş idilər.
Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda “Ünsi” təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman Əfəndi oğlanlarına yaxşı adlar seçmişdir.
Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi.
Hər üçü sağlığında türk dünyasının tanıdığı aydınlar idi.

Səid və Cəlaləddin ömürlərinin son illərini İstanbulda başa vurmuşlar. Yəqin ki, hələ də İstanbulun Şirvanlılar yaşayan məhəlləsində bu nəslin törəmələri yaşayır.
Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra - 1870-ci ildə, iqamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təsənni idarəsinə üzv seçilmişdir. Sonralar, M.F.Axundzadənin yaxın dostlarından biri olan şamaxılı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndən sonra, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunmuşdur.

S.Ünsizadə 1874-cü ildə D.Staroselskinin icazəsi ilə Şamaxı “Məclis məktəbi” yaradıb. Bu məktəb adı pedaqogika tariximizə düşən məktəblərdəndir.
“Məclis məktəbi” yeni tipli təhsil ocaqlarından idi. əlaqəsi olnbir neçə müəllim əsərin müəllifləridir.

Haşiyə. 2014-cü il dekabrın 13-də Şamaxıda "Məclis məktəbi"nin 140 illik yubileyi keşirildi. Burada dərs deyən və bu məktəblə işgüzar əlaqələri olan S.Ünsizadə, C.Ünsizadə, S.Ə.Şirvani, A.Çernyayevski XIX əsrin 80-ci illərində Azərbaycan dilində yazılan oxu kitablarının və dərslikliklərin müəlifləri və rəyçiləri idilər. 1876-cı ildə Səid Ünsizadəni Tiflisə – dövlət əhəmiyyətli bir layihənin hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəyyəti ilə ilgilidir.
S.Ünsizadə ona tapşırılan işin öhdəsindən bacarıqla gəldiyinə görə Tiflisdə daimi işdə qalır.

Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan, hələ Şamaxıdan tanıdığı D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək, Səid Əfəndi Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlcə daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları alıb gətizdirir.
S.Ünsizadə Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin Əfəndini də Tiflisə dəvət edir. S.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. “Ziya” qəzetinin ilk nömrəsi 1879-cu ilin yanvar ayının 16-da Tiflisdə çap edilmişdir.
1879-cu ildə “Ziya”nın ilin əvvəlindəki nömrələrində də, dekabr ayındakı nömrələrində də 1,2,3,4 rəqəmlərindən nömrə göstəricisi kimi istifadə olunmuşdur.

“Ziya”nın blrinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilmişdir.
Qısa bir müddətdə “Ziya” türk dili başa düşülən bütün türk torpqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır.
S.Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə pəncşənbə günü çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizdə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər.

Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal əfəndi 1882-ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə çıxarmaq şərtilə “Kəşkül” adlı məcmuə nəşr etməyə icazə istəyir.

Qafqaz Senzor Komitəsi 1882-ci il oktyabrın 20-də Cəlal Ünsizadəyə “Kəşkül” adında jurnal çıxarmağa icazə verir.
Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883–cü il yanvar ayının 31-də 28 səhifəlik “KƏŞKÜL” jurnalını qardaşı Səid Ünsizadənin “Ziya” adı ilə tanınan mətbəəsində çap etdirdi.

Türk dünyasında yaxşı təbliğ edilən,yaxşı işıqlandırılan, “Ziya” qəzetində böyük təcrübə qazanan və bunu dəfələrlə özü etiraf edən İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin nəşrinə hələ 2 ay 10 gün qalırdı.

(İ.Qaspralının “Tərcüman” qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdır).

Təəssüf ki, bir sıra mətbuat tarixçiləri "Kəşkül"ün ilk nömrələrini qəzet kimi təqdim edirlər.

Bu səhv yanaşma dərsliklərdə də "Kəşkül"ü məhz qəzet kimi kimi işıqlandırılmışdır.
"Kəşkül"ün ilk 11 nömrəsi jurnal şəklində çıxmşdır.

1884-cü ilin mart ayından - 12-ci nömrədən başlayaraq "Kəşkül" qəzet şəklində nəşr edilmişdir.

"Kəşkül"ün sonuncu 123-cü nömrəsi 1891-ci il oktyabr ayında çıxmışdır.

Kəşkül – hind qozu qabığından hazırlanan dərviş çantasıdır.
“Kəşkül” sözü klassik Şərq ədəbiyyatında “ədəbiyyat, şeir toplusu” məzmununu da verir.

M.Həsarinin yazdığına görə Həkim Məhəmməd Heydəcinin əsərlərinin bir qismi "Kəşkül" adlı toplusunda dərc olunmuşdur.
Bu əsər o biri müxtəlif kəşkül, zənbibə çanta kimi, Səfəvi dövrünün məşhur alimi olan Şeyx Bəhainin "Kəşkül" adlı əsərindən təqlid olunmuşdur ". ("Yol" dərgisi, N 5,1991,səh.24)

“Kəşkül”ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilmişdir: hicri- 1200, miladi – 1883. Sonrakı sətirdə jurnalın ədəbiyyat və siyasiyyatdən bəhs edəcəyi yazılmışdır.
Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir.
Sonra aylıq məcmuə olduğu göstərilir.
Daha sonrakı sətirlər belədir: Birinci sənə. Mah -rəbiüləvvəl-1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1(birinci nömrə – N.N.).

Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmış dua ilə başlayır.
“Kəşkül"ün müqəddiməsi” başlıqlı yazının müəllifi Cəlaləddindir.Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir, ”Əkinçi”, Mətbəə və mətbuat” başlıqlı yazının müəllifi göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrəsində axtarmalı olur...
Bu yazıdakı fikirlərin çoxu “Ziya” qəzetində dəfələrlə səslənmişdir. Görünür, ”Ziya”da imzasız çap olunan əsas məqalələrin müəyyən hissəsinin müəllifi Cəlal Ünsizadə olmuşdur. O, təzə mətbu orqanda “Ziya”dakı fikirlərini “Kəşkül”ün oxucuları ilə də bölüşmək fikrinə düşmüş, "Ziya” qəzetlərinə düzgün qiymət vermişdir.

“Kəşkül”ün birinci nömrəsindəki “Mətbəə və mətbuat” başlıqlı məqalənin müəllifi göstərilmir. Oxucu bu yazının davamını jurnalın ikinci nömrəsində tapacağını düşünür. Bu yazıdakı fikirlərin çoxu “Ziya” qəzetindən gəlmədir. Elə bu qeydlərdən belə nəticəyə gəlmək olur ki, ”Kəşkül” Ünsizadə qardaşlarının mətbu fikri daha geniş yaymaq üçün düşünülmüş addımdır.

Ünsizadə qardaşları hansı yolla olursa-olsun nəşriyyat və mətbuat sahəsindəki birinciliyiqoruyub saxlamaq fikrində olmuşlar...
“Kəşkül”dəki felyetonlar da oxucular narahat edən məsələlərə həsr olunmuşdur.

XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı.
Felyetonun qəzet və jurnallardadaimi yeri olurdu. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş döğurmuş,felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdir.
Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı “Aldığımız bir vərəqədir” adlanır.

Jurnalın ilk nömrəsində A.Bakıxanovun “Təhzibül-əxlaq” əsəri haqqında yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.) də özünə yer tapmışdır.

Jurnalda 1877-ci il Dağıstan hadisələri də işıqlandırılmışdır. Jurnaldakı ədəbiyyat bölümünün yazılarrı da oxucuların diqqətini cəlb edir.
”Əmsali- Loğman”dan seçilən yazı “Bir arslan ilə iki Öküz” adlanır. Tərcümənin müəllifi Cəlaldır.
Jurnalın 24-ü səhifəsində dərc olunan “Qurani-Əzim Alişan” şerinin müəllifi (Seyyid) kimi göstərilmişdir.
Mövzusu itirilmiş rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir C.Ə.Şirvaninin heç bir kitabına daxil edilməmişdir. Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri tərcümə sənəkarlığı baxımından maraqlı görünür.

***

Yazıda “Kəşkül” jurnal formatında çıxan 11 nömrəsinin birincisindən söz açdıq. “Kəşkül”ün ilk nömrələri uzun illər idi ki, itmiş hesab olunurdu...
Kəşkül”ünilk 11 nömrəsi jurnal həçmində (formasında) çıxmışdır. Onun bəzi nömrələrinin tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsini ləngitmişdir.



"Kəşkül” jurnalının birinci nömrəsi – Tiflis, 31 yanvar 1883- cü il ... və yaxud,  tarixçilər, tərtib etdiyiniz dərslikləri bir daha yoxlayın... 1884-cü il martın 22-dən “Kəşkül” jurnalı qəzet kimi fəaliyyətini davam etdirmişdir.

1891-ci ilin oktyabr ayında “Kəşkül” öz nəşrini dayandırmışdır.

"Kəşkül" jurnalı bağlandıqdan sonra Cəlal Ünsizadə bir müddət Tiflisdə müəllimlik etmişdir.
Sonralar o, böyük qardaşı Səid Ünsizadənin çağırışı ilə İstanbula köçmüş ,burada dövlət orqanlarında ideololi fəaliyyət göstərmişdir.
Elmi mənbələrdə onun 1928-ci ilədək sağ olduğu göstərilir.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"QURAN"IN AZƏRBAYCAN DİLİNDƏ YAZILMIŞ İLK TƏFSİRLƏRİİNDƏN BİRİNİN MÜƏLLİ ...

Elm, Publisistika
XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri -

XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri - "ƏQAİD v ...

Elmi Məqalələr, Köşə yazılar
Qafqazın ziyası  (

Qafqazın ziyası ("Ziyayi -Qafqasiyyə") haqqında İsmayıl bəy Qaspralının ...

Tiflis

"Ziyayi-Qafqaziyyə" qəzetində milli-mənəvi dəyərlərimizə münasibət

MEDİA
S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

S.Ə.Şirvaninin bir şeirinin bədii və tarixi məqamları

Köşə yazılar
Dünyaya  səpələnmiş Ünsizadələr...

Dünyaya səpələnmiş Ünsizadələr...

Elmi Məqalələr, Tarix
İlk pedaqoji mətbuatımızın bayram gününün təəssüratı   və yaxud  Cəlal Ünsi ...

İlk pedaqoji mətbuatımızın bayram gününün təəssüratı və yaxud Cəlal Ünsi ...

MEDİA, Tiflis, Tarix, UNUTSAQ, UNUDULARIQ!...., Turan
Yazılara  şərh  lazımdırmı?

Yazılara şərh lazımdırmı?

Elmi Məqalələr, Köşə yazılar
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
Müfti Əbdülhəmid Əfəndizadə

Müfti Əbdülhəmid Əfəndizadə

Köşə yazılar
Mirzə Həsən Əfəndi  Əlqədari və Azərbaycan

Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan

Ədəbi əlaqələr, Tiflis, Tarix, Turan
 «Ziya» qəzeti -140

 «Ziya» qəzeti -140

Elmi Məqalələr
Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun rektoru və

Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunun rektoru və "Məktəb məcmuəsi" ...

ADPU, MEDİA, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX

Əlimərdan bəy Topçubaşov haranın məzunudur? - TARİX

Tiflis, Tarix
Ünsizadələr haqqında hələ deyiləsi sözlərim  çoxdur

Ünsizadələr haqqında hələ deyiləsi sözlərim çoxdur

Elmi Məqalələr, Tarix
Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

MEDİA, Müşfiq Borçalı
M.Ə.Sabirin

M.Ə.Sabirin "Məktəbə tərğib" (Mənim bağım, baharım) iqtibası və yaxud ...

Köşə yazılar
“Molla Nəsrəddin”i sevək və sevdirək

“Molla Nəsrəddin”i sevək və sevdirək

Köşə yazılar
AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

AMEA-da “Molla Nəsrəddin” jurnalının 110 illiyi qeyd edilib

"Zirvə"
Azərbaycan dilində çıxan ilk qəzet:

Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı"

Tiflis
Rəy yazın: