Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim

Elida MUXAYEVA: Mənim Ana dilim - mənim kimliyim Dil hər bir millətin özünə xas olan ünsiyyət vasitəsidir. Hər xalqın dili gələcək nəsillərə mirasdır. Bu mirası qoruyub gələcək nəsillərə ötürmək hər bir millətin şərəfli borcudur. Çox təəssüf ki, bu gün öz dilində danışmaqdan imtina edərək öz intelligentliyini sübut etmək üçün başqa dilə müraciət edənlər çoxdur. Yaşadığımız cəmiyyət öz körpəsinə xarici dildə layla deyən analar, valideynlər yetişdirir. Ana dili bizə ana südü, ana laylası ilə beynimizə həkk olunur. Təəssüf ki, analarımız ana laylası ilə körpələrinin beyinlərinə xarici dili həkk edirlər. Dil açan körpənin dili ana, ata əvəzinə “mama”, “papa” ilə açılır. Məktəbə gedən uşaq öz dilində təhsil almaq yerinə hansısa başqa dildə təhsil alır, öz dilindən, ədəbiyyatından, milliliyindən uzaq düşür. Hər valideynin arzusu uşağını rus, ingilis dilli məktəblərə qoymaq, bu dilləri mənimsəməsi ilə gələcəyini təmin etməkdir. Gələcəkdə iş yeri tapmaq, işlə təmin olunmaq üçün bu dilləri bilmək şərtdir. Azərbaycan dilini hansı səviyyədə bilmələri isə önəmsənilmir. Öz ana dilini bilməyən vətəndaş necə “Mən azərbaycanlıyam!” söyləyə bilər ki, azərbaycanlı olduğu halda, Azərbaycan dili ona yaddır. Damarlarında azərbaycanlı qanı axdığı halda, azərbaycançılıqla arasında sədd var.
Küçədə valideyn uşağı ilə rusca danışır, sual verirsən “Ey valideyn, öz dilin olduğu halda niyə rus dilində danışırsan?”, cavabı “Rus məktəbinə gedir, rus dilini mükəmməl örgənməlidir, ona görə də rus dilində mütəmadi ünsiyyət vacibdir”. Nə sözümüz ola bilər bu tip valideynlərə, çünki cəmiyyət onlardan bunu tələb edir.
1956-cı ildən Konstitusiyaya əsasən Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bu gün statistikaya əsasən 45 – 50 milyon şəxs Azərbaycan dilində danışır. Lakin gördüklərim bu statistik göstəricinin üstündən qara bir xətt çəkir. Artıq 3 ildir ki, Azərbaycanda yaşayıram və hər gün öz dilində danışmayan və yaxud danışa bilməyən onlarla əslən Azərbaycanlı olduqları halda ruhən başqalaşmış insanlar görürəm.
Başqa dillərdə danışmağı özlərinə alicənablıq bilirlər. Bu faciə telekanallardan da yan keçmir. Çıxıb verilişdə Azərbaycan dilinə xas olmayan başqa dildə sözlər işlədirlər. Onlar nəzərə almırlar ki, ekran qarşısında rus və yaxud ingilis dilində bir kəlmə bilməyən insanlar – qoca nənələr, babalar da var. Azərbaycanda yaşadığımız halda, biz başqa dildə danışmağa məcbur deyilik. Əksinə burada yaşayan qeyri-millətlərə məcbur öz dilimizi örgətməli və sevdirməliyik. Məşhur gürcü yazarı Cavcavadze söyləyir: “Neçə dil bilirsən, o qədər adamsan”. Lakin bu dəlalət etmir ki, öz dilində danışmaqdan imtina edəsən. Başqa dilləri örgənmək, bilmək bir uğurdur. Düşmənini məhv etmək istəyirsənsə, ilk öncə onun dilini bilməlisən. Düşmənlərimiz olan ermənilərin belə dilini örgənməliyik ki, onlar üzərində qələbə çalaq. Ancaq öz dilimizi atmamaq, yadırğamamaq şərti ilə.
Bəzi Azərbaycan ailələrində rus dilində danışırlar, rus kanallarına baxırlar. Bu ailədə hansı azərbaycançılıqdan söz gedə bilər ki, İranda, Gürcüstanda öz ana dilində təhsil almaq, öz doğma dillərini itirməmək üçün savaşan yüzlərcə, minlərcə insanlar olduğu halda, bu gün yüzlərcə, minlərcə insan bu dildə danışıb, təhsil almaqdan imtina edir.
Hz. Əli buyurmuşdur: “Hər insan öz dilinin altında gizlənib”. Bəs bu gün öz dilində danışmayanlar hansı qeyri-azərbaycan dilinin kölgəsində gizlənib!!!!!
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Təhsil, Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı, Köşə yazılar
İstanbuldan Bakıya uçan rus təyyarəsi

İstanbuldan Bakıya uçan rus təyyarəsi

MEDİA, Köşə yazılar
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
Heydər Əliyev Azərbaycan dili haqqında

Heydər Əliyev Azərbaycan dili haqqında

Prezident
ANA DİLİMİZİN ADI NƏDİR?..

ANA DİLİMİZİN ADI NƏDİR?..

Köşə yazılar
Boyunduruq altinda yetişən gənclik

Boyunduruq altinda yetişən gənclik

Gənclik, Köşə yazılar
Müəllimlərə sertifikatlar təqdim olunub

Müəllimlərə sertifikatlar təqdim olunub

Borçalı
BORÇALININ DƏRDİ...

BORÇALININ DƏRDİ...

Poeziya, Borçalı, Müsabiqə
Pərixanım Mikayılqızı:

Pərixanım Mikayılqızı: "AZƏRBAYCAN MƏDƏNİYYƏTİNDƏ DİL MƏSƏLƏSİ"

"Elm və Təhsil", Köşə yazılar
SAMİRƏ SEYİDOVA:

SAMİRƏ SEYİDOVA: "MƏNİM ANA DİLİM, MƏNİM ÖZ DİLİM!"

Məktəblər, Köşə yazılar
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZIN ANA DİLİ və KADR PROBLEMİ

Tiflis, Qarayazı
Elida MUXAYEVA: Vağzalı qurbanları

Elida MUXAYEVA: Vağzalı qurbanları

MEDİA, Tiflis, Köşə yazılar
Professor ASİF HACIYEV:

Professor ASİF HACIYEV: "Rusdillilik – Azərbaycanın milli həyat tərzinin v ...

BSU, Digər ali məktəblər, Rusiya
Dilimizin gərcək dəyəri

Dilimizin gərcək dəyəri

Naxçıvan, "Elm və Təhsil", Köşə yazılar
Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından 100 il ötür

Digər bölmələr, Tarix
Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir...

Gürcüstan, Qarayazı
Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Mədəni surətdə pambıqla elə baş kəsərlər ki, heç ruhun da inciməz

Gürcüstan, Qarayazı
Məzlumluqdan mübarizliyə doğru

Məzlumluqdan mübarizliyə doğru

Borçalı, Köşə yazılar
Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Y.V. Çəmənzəminlinin «Studentlər» romanı haqqında düşüncələr

Ədəbiyyatşunaslıq
ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi  ...

ATİ Azərbaycan dilli orta məktəblərdə təhsil reformalar mövzusunda dəyirmi ...

Tiflis
Rəy yazın: