Kəsərli söz sahibi - Məmməd İsrafil oğlu Məmmədov (1930-1994)

Kəsərli söz sahibi - Məmməd İsrafil oğlu Məmmədov (1930-1994) İnternet saytlarının, sosial şəbəkənin cə­miyyət həyatına nü­fuz etdiyi, qəzet­çiliyin hətta tezliklə yox olacağını proq­noz edil­diyi indiki dönəmdə Azərbaycan mətbuatının yaşaması üçün fə­da­kar­lığa, vicdanlılığa, təmənnasızlığa hava -su kimi ehtiyacı var. “Əkinçi” qəzeti ilk ad­dımını atan Azərbaycan milli mət­bua­­tı ta­ri­xində elə böyük şəxsiyyətlər var ki, onları fədəkar, tə­mən­na­sız, vicdanlı fəaliyyəti əsas istiqamətləri müəyyənləş­dir­miş, ta­leyükü uğurlara yol açmışdır. Belə in­sanlar təkcə doğum və xa­tirə günlərində deyil, hər zaman xatır­lanırlar. Azər­­baycan mət­buatının böyük nailiyyətlər yolun­da, əzə­mətli zəfər zənglə­rində unudulmaz Məmməd Məm­mə­dovun da özü­nəməxsus ro­lu, ta­rixi xidmətləri vardır.

Məmməd İsrafil oğlu Məmmədov - 1930-cu ildə Borçalının ağır ellərindən olan Faxralı kəndində dünyaya göz açıb. Fax­ra­lıda kol­xoz quruculuğunda fəal iştirak edən, təkcə doğma kən­dində deyil, bütövlükdə Borçalıda dövrünün sayılıb-seçilən ki­şi­lərin­dən biri kimi tanınan, böyük nüfuz və hörmət sahibi olan, elmə, təhsilə yüksək qiymət verən atası İsrafil kişi övladlarının ali təhsil almasına çalışıb və buna nail olub.
Məmməd 1947-ci ildə Faxralı orta məktəbini bitirdikdən son­ra Ba­kıya gələrək Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olub. 1954-cü ildə uni­versiteti fərqlənmə diplomu ilə bitirən M.Məmmədov təyinatla “Sovet kəndi” qəzetinə işə göndərilir. Uzun müddət həmin qə­zetdə müxtəlif vəzifələrdə çalışaraq yüksək peşəkarlığı və tə­ləb­karlığı ilə seçilib. Onun üçün əhəmiyyətsiz mövzu olmayıb heç vaxt, heç nəyə başdansovdu yanaşmayıb. Bir neçə cümləlik xə­bər yazanda da, iri həcmli oçerk yazanda da eyni peşəkarlıq və məsuliyyətlə yanaşıb. Mövzunu yüksək zövqlə işləyib. To­xunduğu mövzular yeknəsək olmadığı üçün yazıları oxucunu yormayıb. Çoxlarının hər gün rastlaşdığı, narahat olduğu, lakin dilə gətirməyə belə cəsarət eləmədiyi problemləri qəzet səhifə­lərinə çıxarmaqdan çəkinməyib. Mətbuatın üzərində sərt sen­zu­ranın hökm sürdüyü, bütünlüklə Komminist Partiyasının nə­za­rətində olduğu bir vaxtda əsl həqiqəti qəzet səhifəsinə çıxar­maq doğrudan da böyük cəsarət tələb edirdi.
Daim yaradıcı axtarışda olan Məmməd müəllim sadəcə ola­raq yazmaq xatirənə yazmırdı. Rastlaşdığı bir problem, aşkar et­diyi neqativ hal barədə qəzetdə məqalə yazmaqla işini bitmiş hesab etmirdi. Yalnız jurnalist kimi deyil, həm də bir vətəndaş yan­­ğı­sıy­la həmin problemin həlli prosesini izləyər, müsbət dəyi­şiklik olmayanda, o mövzuya yenidən qayıdardı.
İndiki kimi xatırlayıram, “İstisu” kurortu ilə bağlı, “İstisuda qay­­nar alver” adlı kəskin bir məqalə yazmışdı. Məqalədə bu kurort zonasında özbaşnalıqlara toxunulur, onu dünyanın ən yax­şı istirahət və müalicə mərkəzinə çevirməyin zəruriliyi əsaslan­dırılırdı. Yazı respublikada böyük əks-səda doğurmuşdu. Ara­dan bir müddət keçəndən sonra o, yenidən həmin mövzuya mü­ra­­ciət edərək “Bir daha İstisu” adlı məqalə ilə çıxış etdi.
Məmməd müəllimdə əsl jurnalistə və ziyalıya xas ola biləcək bütün müsbət keyfiyyətlər öz əksini tapmışdır. Mətbuat işçiləri və respublika ictimaiyyəti arasında kəsərli sözü, iti qələmi ilə böyük hörmət və nüfuz qazanmışdır. Səmərəli jurnalistlik fəa­liy­yətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fər­manı ilə təltif olunmuş, “Əməkdar mədəniyyət işçisi” fəxri adı­na layiq görülmüşdü.
M.Məmmədov həm də elmi-tədqiqat işi ilə məşğul olmuşdur. Professor Xəlil Əlimirzəyevin elmi rəhbərliyi ilə “Azərbaycan kolxozçusu” qəzeti Azərbaycan kəndinin yenidən qurulması uğu­­­runda mübarizədə” mövzusunda dissertasiya işini 1972-ci ildə uğurla müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1978-ci ildən Politexnik İnstitutunda (indiki Tex­niki Universitetdə) Tarix kafedrasında müəllim kimi pedaqoji fəa­liyyətlə məşğul olmuş, BDU-nun Mətbuat tarixi kafedrasın­da diplom rəhbəri kimi müntəzəm fəaliyyət göstərmişdir.
Pedaqoji fəaliyyət Məmməd Məmmədovun bioqrafiyasında, onun ibrətamiz ömür kitabında mühim yer tutur. Müəllimlik dövründə də prinsipiallığı ilə seçilmiş, həssaslığı və qay­ğıkeş­liyi ilə dərs dediyi tələbələrin böyük rəğbətini qazan­mışdır. Tə­sa­düfi deyildi ki, onun bu keyfiyyətlərini yüksək dəyərləndirən tə­ləbələr öz aralarında Məmməd müəllimi “Qızıl Məmməd” ad­lan­dırırdılar. Tədrisdə tələbələri, işdə isə gənc həmkarları on­dan təkcə savad, təcrübə deyil, həm də həyatı, insanlıq fəlsəfəsini öy­rənirdilər.
Özü də o təkcə tələbələrinə qarşı yox, bütün dostlarına, el- oğ­lularına qarşı da eyni münasibət bəsləyirdi, onu hamı sevirdi. Elə bu sevginin nəticəsi idi ki, namizədlik dissertasiyasının müdafiəsində iştirak etmək üçün yüzlərlə adam gəlmişdi.
Elmi-pedaqoji fəaliyyəti zamanı bir neçə monoqrafiya, 100-ə yaxın elmi məqalə yazan M.Məmmədov ömrünün sonunadək publistik yazılarla mətbuatda çıxış etdi. Qarabağ müharibəsi, torpaqlarımızın işğalı və öz dədə-baba torpaqlarından didərgin düş­müş həmvətənlərimizin taleyi ona rahatlıq vermirdi. Bəd­nam qonşularımızın əsassız torpaq ideyası ilə üzləşən Azərbay­canın haqq səsini dünyaya car çəkmək üçün Moskvaya “Prav­da” və “İzvestiya” qəzetlərinə yazdığı məqalələr qısqanc­lıq­la qar­­­­şı­lanır, onun kəsərli sözünün qabağında duruş gətirə bil­mə­yən er­məni havadarları çıxış yolunu həmin məqalələri dərc et­mə­­mək­də görürdülər.
O işlədiyi bütün sahələrdə xalqına layiqincə xidmət etmiş, halal şöhrət, nüfuz qazanmış, həqiqi ziyalı kimi seçilmişdir. Yorulmaq bilmədən yaradıcılıq eşqiylə uğurlardan uğurlara doğru irəliləmək onun halal haqqı, tale qisməti idi.
Bu gün kimi dindirirsən, Məmməd müəllim barədə ancaq xoş sözlər söyləyər. Məmməd müəllimlə bağlı mənim də şirin xatirələrim vardır. O, çox qayğıkeş və diqqətçil bir insan idi. Hələ Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul im­tahanı verdiyim gündən daim mənimlə maraqlanar, dəyərli məsləhətlər verərdi. Ona o qədər isinişmişdim ki, ən çətin anla­rım­da yanına gedər, məsləhət istərdim.
Elə şirin söhbət edər, tövsiyələr verərdi ki, bir anlığa bütün çətinliklər yaddan çıxardı. Bu gün Azərbaycan Yazıçılar Bir­liyinin üzvü kimi 20 kitabımın işıq üzü görməsində, bir neçə mü­­kafat almağımda ilk növbədə məhz Məmməd müəllimə borc­luyam.

Deyirlər dərd batmanla gəlir. Məmməd müəllimin ölümün­dən hələ özünə gələ bilməyən ailə dəhşətli bir faciə ilə üzləşdi. Məmməd müəllimin oğlu - Texniki Universitetin məzunu, ba­ca­rıqlı mühəndis, səmərəli təkliflərinə görə neçə-neçə müəllif­lik şəhadətnaməsi alan Elşən Bakı metrosunda baş verən terror askiysı zamanı həyat yoldaşı və uşağı ilə birlikdə həlak olub.

...Bəzən həyat öz amansız qanunları ilə bizləri sınağa çəkir. İtirdiklərimiz nə qədər ağır olsa da, inam, sabaha ümid isə hər şeyə üstün gəlir. Bu gün Məmməd müəllimin və oğlu Elşənin dün­yalarını vaxtsız dəyişmələri bizi sarsıtsa da, təsəllimiz bir ondadır ki, onların hər ikisindən xoş xatirələr, xeyirxah əməllər yadigar qalmışdır. Bir də ki, özündən sonra layiqli övladları, davamçıları olan valideyn heç vaxt ölmür. Məmməd müəllimin ixtisasca iqtisadçı olan oğlu Fikrət, filoloq qızı Sevda da ata­larının adına layiq vətən övladlarıdırlar.


Məmməd müəllimin dostu, tələbə yoldaşı, Borçalıda yaşayıb-yaradan “Şöhrət” or­denli istedadlı qələm ustası, Gürcüstanın əməkdar jurnalisti Dün­yamalı Kərəm Məmməd müəllimin qocalığa yetişmədən dün­yasını dəyişməsinə təsirlənsə də, bu aqibəti də ilahi qismət hesab edir. “Şükürlər oslun ki Məmməd haqq dünyasına oğul, gəlin və nəvə dağı ilə getmədi”.

Dünyamalı Kərəm “Region-press” qəzetinin 20.05.2011-ci il tarixli sayında dərc olunmuş “Ağır elin ağırçəkili oğulu” baş­dıqlı məqaləsində yazır: “O, həqiqətən ürək dostu, sağlam fikir­li, etibarlı, sadiq, münis-qardaş idi. Kiminlə dostluq edəcəyini sü­züb ələkdən keçirirdi. Onun dostu mənim və İsaxanın dostu, mənimlə İsaxanın dostu onun dostu olurdu. Şöbəmizdə sonra­lar xalq şairi adına layiq görülmüş Xəlil Rza Ulutürklə, filo­logiya elmlər doktoru, professor Qulu Xəlilovla, elmlər na­mizədi Əliş Nəbiyevlə, dil-ədəbiyyat şöbəsindən akademik Bəkir Nəbi­yev­lə, filologiya elmləri doktoru, “Respublika” qəzetinin baş re­dak­toru Teymur Əhmədovla, “Komminist” qəzetinin baş redak­tor müavini işləmiş Rəfael Nağıyevlə, bizdən I kurs yuxarı oxuyan, Faxralı elindən olan pedaqoji elmlər doktoru Şəmistan Mikayılovla çox səmimi dostluq əlaqələrimiz var idi. Məmmə­din ürəyi incə və zərif idi, o bahar müjdəçisi bənövşəyə, dağ çeş­məsinin duru və saf suyuna bənzəyirdi. Sevgisi, eşqi, mə­həbbəti günəşin nuru kimi idi... Məmmədlə olan dostluq xatirə­lərimi dəryalar mürəkkəb, meşələr qələm olsa belə, yazıb qu­tarmaq olmaz... İnsana xas olan bütün nəcib və ülvi xüsu­siy­yət­ləri Allah-təala öz qüdrətli əli ilə Məmmədin gülər üzünə həkk etmişdir. Qeybət qırmağı, söz gəzdirməyi, kimsənin arxa­sın­ca da­­nışmağı xoşlamazdı”...
Dünyamalı müəllim “Təhsil problemləri” qəzetinin 24 iyun 2012-ci il tarixli 723-cü sayında yer alan “İllərin izi var xa­tirə­lər­də” səhlövhəli məqaləsində də Məmməd Məmmədov haq­qında xatirələrini bölüşür: “Onun hər sözünə, vədinə qeyd-şərt­siz etibar etmək olardı. O, yalan danışmağı sevməzdi, yalan da­nı­şanların qənimi idi. Təvazökarlıq Məmməd müəllimin ən gö­zəl əxlaqi dəyərlərindən birinə çevrilmidşi... Nəcib və ülvi duy­ğulara malik olan, vətən, xalq, ailə sevgisini dünya ma­lın­dan və mənsəb hərisliyindən üstün tutan İsrafil Məhəm­məd oğlu Məmmədovun oğlu Məm­məd də öz atasının getdiyi haqq-ədalət yolu ilə get­mə­li idi. Məm­­məd də atası İsrafil kişi kimi ailəcanlı, mehriban, munis kişi atalardan biri idi...”

Məmməd müəllim onu tanıyan hər bir kəsin ürəyində unu­dul­maz əməlləri, yaddan çıxmaz xeyirxah işləri ilə özünə abidə qurmuşdur. O, yenə də Dünyamalı Kərəmin təbili ilə desək, öm­rünün yalnız birinci hissəsinə vida demiş, qələmə aldığı mə­qalələrini, əsərlərini oxuyan oxuyucularının qəlbində ikinci ömür, ölməzlik qazanmışdır.

Səməndər MƏMMƏDOV,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Məmməd  ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

Məmməd ABDULLAYEV (1970-2017): RÜBAİLƏR...

RÜBAİLƏR, Başkeçid
Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

Professor TEYMURAZ CƏFƏRLİ (1922-1988)

"Gürcüstan", Tiflis, UNUTSAQ, UNUDULARIQ!....
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
DİQQƏT VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ (Tibb elmləri doktoru, professor  Məmməd Əliy ...

DİQQƏT VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ (Tibb elmləri doktoru, professor Məmməd Əliy ...

Humanitar elmlər, Biologiya və tibb elmləri, Darvaz, Təbriklər
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU-da professor İsa Məmmədovun 90 illik yubileyinə həsr olunmuş “Təhsildə ...

ADPU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ BİNNƏT ƏLİOĞLU!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ BİNNƏT ƏLİOĞLU!..

"Gürcüstan", Təbriklər
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir q ...

Rəsmi Xəbərlər
ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Biologiya və tibb elmləri, Təbriklər, Qərbi Azərbaycan
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Doğum gününüz mübarək, hörmətli Həbib müəllim!..

Təbriklər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Rəsmi Xəbərlər, Humanitar elmlər, Təbriklər
Professor Şəmistan Mikayılov vəfat edib

Professor Şəmistan Mikayılov vəfat edib

Bolus, Nekroloqlar
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

AzTU, Təbriklər
Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Murtuz Novruz oğlu Məmmədov (1943-1988)

Gəncə, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Xalq şairi  Məmməd Araz:  “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət  axta ...

Xalq şairi Məmməd Araz: “Ramiz Abdullayev sevgi, məhəbbət, ülviyyət axta ...

Ramiz Abdullayev
Rəy yazın: