"Bütöv Azərbaycan" qəzetinin 10 yaşı qeyd olunub MEDİA, Təbriklər 7 ноября 2018 TƏBRİK EDİRİK!.. 2018-ci il noyabrın 2-də “Xudafərin” restoranının "Təbriz" zalında “Bütöv Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının 10 illik, qəzetin təsisçisi və baş redaktoru, görkəmlı jurnalist Tamxil Zıyəddınoglunun anadan olmasının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.Yubiley mərasimi çərçivəsində həm də Tamxil Zıyəddınoglunun müəllifi olduğu "GÜLLƏ SƏSİNƏ AÇILAN QAPI" adlı kitabın təqdimatı olub. Bir sözlə, bayram -bayrama qarışıb...Azərbaycan Respublikası Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, respublikanın tanınmış mətbuat, elm, təhsil, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ictimai təşkilatlarının və kütləvi informasiya vasitələrin nümayəndələri, o cümlədən, Tamxil Ziyəddinoğlunun orta məktəb və universitet müəllimləri və başqalarının iştirak etdiyi bu təntənəyə Dərbənddən, Təbrizdən, Kərkükdən, Borçalıdan, Zəngəzurdan, İrəvandan, Göyçədən yeddi qardaşın Bütöv Azərbaycan sevdalıları yığışıblar. Müstəqil parçamızın Dövlət himnilə şölələnən təntənəli mərasimə Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov Tamxil Ziyəddinoğlunun “Bütöv Azərbaycan” qəzetində çap elədiyi "HƏQİQƏT belədir!" çağırışını səsləndirməklə start verib. İki əsrlik tarixin o üzündən yüksələn bu hayqırtı “Koroğlu” uvertürasının sədaları altında - alovdan doğan Azərbaycan və Türkiyənin Dövlət bayraqlarının yüksəlişilə müşayiət olunub. Sədərək döyüşlərinin fəal iştirakçısı, tarixçi-alim Səxavət Hacıyev Bütöv Azərbaycan işığına yığışanları salamladıqdan sonra bildirib ki, martın 20-də Tamxil müəllimin 60 yaşı tamam oldu: "İstədim dostlarını bir yerə yığıb nəslimizin nümayəndəsinin şərəfinə yubiley süfrəsi açam, dost məclisi quram, razılaşmadı. Dedi: - Mənim doğum günüm qəzetimizin işıq üzü gördüyü gündür. Çünki həmin gün - sentyabrın 15-i Bakı erməni faşist qəyyumlarının işğalından azad edilib. Əziz qonaqlar, odur ki, bu gün bizə üçqat bayramdır. Hamınıza bayram ovqatı və xoş istirahət arzulayıram." Azərbaycan Respubliksı Milli Məslisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzetin kollektivini təbrik edib, uğurlar arzulayıb, Mətbuat Şurası adından gətirdiyi hədiyyəni qəzetin təsisçisi və baş redaktoru Tamxil Ziyəddinoğluna təqdim edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məleykə Alıoğlu mikrofon arxasına keçib “Məndən haralısan deyə,- soruşmayın” deyib. Çünki anam məni bir dəfəyə doğmayıb. Parça-parça, bölük-bölük, zərrə-zərrə doğulmuşam. Hər sümüyüm bir ormanda, hər tikəm bir ostandadır. Gözümün biri Təbriz, biri Bakı, bir əlim Borçalı, biri Dərbənddir. Ayağımın biri İrəvanda, biri Qarabağda yer tutub. Dizlərim Ərdəbildə, Qəzvində, Zəncanda, Marağada təpər alıb. İgid olum deyə atam məni at belində böyütmək istədi, böyümədim. Çünki bütövləşə bilməmişdim. Nənəm məni Zəngəzurda qundaqladı, qundağında dil açmadım. Dilləndirmək istədikcə dilimi dişlədim, yaralarım qan verdi. Balama qurban ilanlar,Balam nə vaxt dil anlar,- deyə, təlaşlandı. Mən dil anlamadım. Çünki bu taylılar rusca, o taylılar farsca anladırdılar. Babamı bayrağımızı sevdiyi üçün güllələdilər. Anam məni ağlamağa qoymadı. Saçlarıma sığal çəkib, kürəyimə əl qoydu. Yola çıxarıb, get dedi – özünü tap, bütövləş! Əgər bütövləşə bilsən, onda sən mənim oğlum Tamxil, mən də sənin anan – Bütöv Azərbaycan olacağam. Odur ki, 60 ildir yol gedirəm, altmış milyonluq “zərrə”lərimə qovuşmaq, bütövləşmək üçün. Qiraət ustası əlavə etdi ki, xitab Tamxil Ziyəddinoğlunun yenicə çapdan çıxmış “Güllə səsinə açılan qapı” kitabındandır. Bu məqamda müəllif ilk kitabının ilk nüsxəsini ilk müəllimi, qocaman pedaqoq Əlayət Bayramova təqdim edib. Bildirib ki, həyatda hər kəsin haqqının bir ödəmə vasitəsi mümkündür. Yalnız valideynlə müəllimdən başqa. Sevimli müəllimim, bu kitab sizin 53 illik halal zəhmətinizin bəhrəsidir, - deyə gül dəstəsini də müəlliminə bağışlayıb. Çox duyğulu anlar yaşanıb. Tamxil Ziyəddinoğlunun sinif yoldaşı, Əməkdar artist Rəhilə Bəndəliyeva da sevimli müəlliminin məclisə gətirildiyini duyunca ziyarətinə gəlib. O əlçatmaz günlər xatırlanıb. Əlayət müəllim şagirdlərinə yenidən xeyir-dua verib, uğur diləyib. Elə bu kövrək notlarla da Bütöv Azərbaycan ideallarına xidmət edənlərin bir neçəsi “Xətai” diplomu ilə təltif olunub. Onu da qeyd edək ki, “Xətai” diplomu Azərbaycanı müstəqil, suveren, güclü və bütöv görmək istəyənlərə, bu amal uğrunda mübarizə aparanlara verilir. Beləliklə, ilk diplom Azərbaycanın səslər xəzinəsinin yaranmasında 50 il fədakarlıqla çalışdığına görə Yaqub Əlixan oğlu Mədətova verilib. Məleykə xanım Tamxil Ziyəddinoğlunun daha bir yazısını möhtəşəm səslə ifa eləyib: Şəhidlər xiyabanı - and yerimiz... Yaradıcılığının mayasını Vətən sevgisi təşkil edən Miraslan Bəkirli “Parçalanmış Azərbaycanın bütövlüyü uğrunda vuruşan oğulların qəhrəmanlıq salnaməsini yaratdığına və həyatını, yaradıcılığını milli-mənəvi bütövlüyümüzə həsr etdiyinə görə” təltif edilib. Tədbirdə başqa-başqa təşkilatlar adından "Bütöv Azərbaycan" qəzetinin kollektivinə, eləcə də, "Bütöv Azərbaycan" qəzeti adından bir neçə nəfər tanınmış şəxsə Fəxri Fərman və Fəxri diplomlar təqdim olunub.Tələbəsinin xahişilə Fəxri diplomları təqdim edən BDU jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli qürur hissi keçirdiyini bildirib. Əməkdar artist Azad Şükürov “Güllə səsinə açılan qapı” kitabından sitatla “Azərbaycan qadını”-na üz tutub.Fədakar Azərbaycan qızlarından biri Vəlizadə İnnab Famil qızı “Bütöv Azərbaycan” qəzetinin yarandığı çətin günlərdə göstərdiyi fədakarlığa və “Butov.az” saytını yaratdığına görə təltif olunduqdan sonra Məleykəxanım Tamxil Ziyəddinoğlunun Azərbaycan əsgərinə müraciətini oxuyub: AND İÇ, AZƏRBAYCAN ƏSGƏRİ!.. Azərbaycan əsgərlərinin ən şərəfli təmsilçilərindən olan Polkovnik Şair Ramaldanov "Horadiz Əməliyyatı" zamanı Azərbaycan Ordusu sıralarında göstərdiyi sərkərdəlik məharətinə görə “Xətai” diplomu ilə təltif edilib. Diplomu Dərbəndli qardaşımız – “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, tarix elmləri doktoru, Azərbaycan Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix üzrə professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan Nurulla Əliyev təqdim edərək dərbəndlilər adından öz ürək sözlərini söyləyib, rəhbərlik etdiyi qurumun adindan peşəkar jurnalist və nüfuzlu qələm sahibi olan Tamxil Zıyəddınoglunu və “Bütöv Azərbaycan” qəzetinin kollektivinı yubiley münasibəti ilə təbrik edib, onlara yaradıcılıq işlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb. Polkovnik Şair Ramaldanov tədbir iştirakçılarını öz zabit qətiyyətilə inandırıb ki, gec-tez bayrağımız Azərbaycanın bütün yaşayış məntəqələrində, işğal altındakı torpaqlarıməzda dalğalanacaq. Həm də bu cevinci bizə Azərbaycan Ordusu yaşadacaq.Ehtiyatda olan yüksək çinli zabitlərimizin əminləşdirici çıxışlarından sonra “Bütöv Azərbaycan”çıların məramından daha bir parça oxunub. Qəzetin redaktoru, fəlsəfə doktoru İlham Müseyib oğlu Məmmədlini, Bütöv Azərbaycançılıq ideallarının gerçəkləşməsi naminə “Bütöv Azərbaycan” qəzetində 10 il təmənnasız xidmətinə görə təltif etmək üçün peşəkar qələm sahibi Vaqif Bəhmənli mikrofona dəvət edilib. Tamxil Ziyəddinoğlu fürsətdən istifadə edib, 1992-93-cü illərdə İlhamla özünə, eləcə də, digər qələm dostlarına göstərdiyi qayğıya görə Vaqif Bəhmənliyə minnətdarlığını bildirib: “Baqif Bəhmənlinin baş redaktorluğu dövrü yaradıcılığımızın qızıl dövrüdür. Redaktəni, humanizmi, ləyaqətli davranışı, sadəliyi, səmimiyyəti, idarəçilikdə insani keyfiyyətləri müəllimlərimizlə bərabər, həm də Vaqif müəllimdən öyrəndik. İndi özüm baş redaktor olsam da, onun 25 il əvvəlki münasibətlərinin heyrətamizliyi vadar edir ki, Vaqif Bəhmənlini hər görəndə özümü 25 il əvvəlki kimi aparam.” Vaqif Bəhmənli ilə İlham Məmmədli öz ürək sözlərini söylədikdən sonra Həsən Xəliloğlu Cəbrayılov (Ahəngi) Dünya azərbaycanlılarının mədəni irsinin araşdırılıb toplanmasındakı xidmətlərinə görə təltif olunub.BDU jurnalistika fakültəsinin pofessoru Nəsir Əhmədli ilə Həsən Cəbrayılov ürək sözlərini söyləyiblər. Tamxil Ziyəddinoğlu mətbuat aləmində qazandığı uğurlara görə, onun məhz jurnalist olmasını istəyən Bahar xanımın bacı şəfqətinə hər zaman borclu olduğunu bildirib. Respublikanın Əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Hətəm oğlu Şükürov Vətənpərvərlik mövzusunda keçirilən bütün tədbirlərində fəal iştirakına və ”Hərə bir əsgər, hər ev bir səngər” layihəsinin uğurla həyata keçirilməsində göstərdiyi xidmətə görə "Vətənoğlu" Fəxri diplomu ilə təltif olunub. Şair Bariz Bəhramoğlu öz təbrikdolu ürək sözlərini şeirlə söyləyib. Tədbir Musiqinin müşayiətilə keçirilən tədbirdə Əməkdar artist Rəhilə Bəndəliyevanın vətənpərvəlik ruhlu ifaları iştirakçılara xoş ovqat bəxş edib. Sonda Məleykə Alıoğlu Bütöv Azərbaycan yolçularına uzun, çətin və müqəddəs yollarında uğurlar arzulayıb. Bu yolun sonunda bir Turan müjdəsinin bizləri gözlədiyini şeirlə ifadə edib. Beləcə arzulardan gerçəklərə daha bir mənəvi körpü salınıb. Tədbirdə "Ziya" qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru, "Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu"nun icraçı direktoru Dr. Müşfiq Borçalı da iştirak edib, dəvət üçün dəyərli dost, peşəkar jurnalist və nüfuzlu qələm sahibi Tamxil Ziyəddinoğluna təşəkkür edib, onu və onun rəhbərlik etdiyi “Bütöv Azərbaycan” qəzetinin bütün kollektivinı yubiley münasibətilə ürəkdən təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.