MŞ sədri Hindistanda keçirilən beynəlxaq toplantıda iştirak edib

MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Dünya Mətbuat Şuraları Assosiasiyasının Hindistanda keçirilmiş illik toplantısında iştirak edib.

Toplantıda öncə təşkilata üzv ölkələrin ötən müddətdə gördükləri işlərə dair hesabatı dinlənilib.

Ə.Amaşov çıxışında rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, başlıca missiyası cəmiyyətin müxtəlif təbəqələrinin kütləvi informasiya vasitələrindən şikayətlərinin araşdırılması, qərar və rəylərin çıxarılması olan Azərbaycan Mətbuat Şurasının tədbirləri ictimai qınağa əsaslanır. Bu, medianın özünütənzimləməsinin mahiyyətindən irəli gələn missiyadır və kifayət qədər effektiv nəticələr verir.

MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib MŞ sədri Hindistanda keçirilən  beynəlxaq toplantıda iştirak edib Ə.Amaşov çıxışında mövcud xüsusdakı bir sıra statistik göstəricilərə də diqqət çəkib. Şura sədri həmçinin vurğulayıb ki, media məkanı dinamikdir, mətbuat şuraları artan tələbatları qarşılamaq, o cümlədən söz və ifadə azadlığı ilə bağlı tendensiyaları daim diqqətdə saxlamaq üçün özlərinin ənənəvi iş prinsiplərini təkmilləşdirməlidirlər.

«Bəzən elə situasiyalar yaranır ki, onlara reaksiya verilməsi mütləqdir. Belə hallarda mətbuat şuraları üçün yanaşma nədən ibarət olmalıdır? Məsələn, söz və ifadə azadlığı ilə bağlı spekulyasiyalar. Düşünürəm ki, mövzu aktuallığını saxlayır. Xüsusən yeni medianın təşəkkül tapdığı, informasiya paylaşımı üçün münbit zəminin formalaşdığı indiki dönəmdə media azadlığının ayrı-ayrı cəmiyyət üzvlərinin mənafelərinə təsiri daha çox müzakirə edilməlidir. Təbii, medianın peşəkarlıq meyarları dəyişməzdir, sabitdir. Ancaq real vəziyyət bundan ibarətdir ki, internet məkanda baş verən qeyri-peşəkarlığın daha çox hüquqi müstəvidə müzakirəsinin vacibliyi məsələsi önə çıxır. Çünki media bəzən cəmiyyətdəki belə desək, azadlıq balansını öz xeyrinə dəyişir. Belə bir durumda inzibati müdaxilə üçün haqlı əsas yaranır. Hesab edirəm ki, mətbuat şuraları işlərini elə şəkildə qurmalıdırlar və elə mexanizmlər işlənməlidir ki, bu müdaxiləyə ehtiyac qalmasın»., - deyə Ə.Amaşov fikrinə aydınlıq gətirib.

Oxşar mövzu illik toplantı çərçivəsində keçirilmiş «Dünyada qlobal dəyişikliklər və medianın məsuliyyəti» mövzusundakı «dəyirmi masa»da da müzakirə olunub. «Dəyirmi masa»da eyni zamanda müxtəlif siyasi proseslərin mediaya təsiri, peşəkarlıqla bağlı yeni standartlar da müzakirə mövzusuna çevrilib. Ə.Amaşov toplantıdakı çıxışında Azərbaycan mediasının vəziyyəti barədə məlumat verib, dünyada ikili standartların mövcudluğu şəraitində medianın ümummilli maraqlara yanaşması ilə bağlı məsələlərdən söz açıb.

Ə.Amaşov həmçinin Hindistanda Milli Mətbuat Günü ilə əlaqədar təşkil olnunan bayram tədbirinə də qatilib. Hindistan jurnalistlərini azərbaycanlı həmkarları adından təbrik edən MŞ sədri Hindistandakı eyni adlı qurumun rəhbərinə simvolik hədiyyə kimi hind tacirlərinin Bakıda tikdirdikləri Atəşgah məbədinin maketini təqdim edib.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edi ...

MEDİA
Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

Fransalı jurnalistlər Mətbuat Şurasında olublar

MEDİA
Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

Avropa Şurasının proqram rəhbəri Mətbuat Şurasında olub

MEDİA
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əl-Cəzirəli həmkarı ilə g ...

MEDİA
Azərbaycan Mətbuat Şurasının bəyanatı

Azərbaycan Mətbuat Şurasının bəyanatı

MEDİA
Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

Mətbuat Şurasının sədri Türkiyənin Azərbaycandakı Səfirliyində olub

MEDİA, Turan
Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

Jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələr paylanıb

MEDİA

"Mən informasiya təhlükəsizliyi ilə bağlı da ayrıca dövlət sənədinin qəbul ...

Milli Məclis, MEDİA
Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantı ...

Gürcüstanda medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantı ...

MEDİA, Gürcüstan
İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

İranın Azərbaycana yeni təyin edilmiş səfiri Mətbuat Şurasında olub

MEDİA
Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

Əflatun Amaşov Parlament Jurnalistlərinin iş şəraiti ilə tanış olub

MEDİA, Milli Məclis
«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

«Kütləvi informasiya vasitələri haqqıda» Qanuna dəyişikliklər olduqca əhəmi ...

Milli Məclis, MEDİA
ƏFLATUN AMAŞOV:

ƏFLATUN AMAŞOV: "...dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssü ...

Milli Məclis, MEDİA
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
Millət vəkili Əflatun Amaşov şəhid Fariz Novruzovun yas mərasimində iştirak ...

Millət vəkili Əflatun Amaşov şəhid Fariz Novruzovun yas mərasimində iştirak ...

Əsas xəbər, Azərbaycan, MEDİA
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

MEDİA
Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Əflatun AMAŞOVun Milli Məclisin iclasındakı çıxışı:

Milli Məclis, MEDİA
Rəy yazın: