Jurnalistlər ümummilli lider Heydər Əliyevin xatirəsini anıblar MEDİA 3 мая 2016 Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə mayın 3-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan tədbir keçirilib.ZİM.AZ xəbər verir ki, tədbir Ulu Öndərin mənalı həyat yolunu, çoxşaxəli fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov böyük siyasətçi, dövlət xadimi, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu hər bir insan üçün əsl nümunədir.Ümummilli Liderin Azərbaycan Milli Ordusunun formalaşmasında böyük xidmətlərindən söz açan Əflatun Amaşov Heydər Əliyevin siyasi kursunun bütün sahələrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.Ahıl Jurnalistlər Birliyinin sədri Yusif Kərimov Ulu Öndərin Azərbaycan jurnalistikasına olan xüsusi diqqət və qayğısından danışaraq onunla bağlı xatirələrini bölüşüb.Daha sonra "Səhər" qəzetinin baş redaktoru Məzahir Süleymanzadə, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru Şəmsiyyə Şərimova, tanınmış jurnalistlərdən Telli Pənahqızı, İntiqam Mehdizadə, Aybəniz Qafarlı, Rəhman Orxan, Anar Vəziroğlu, Ənvər Məşədiyev, Bəbir Hüseynov və başqaları çıxış edərək Ümummilli Liderin həyat yolundan, onun Azərbaycan mətbuatına olan böyük ehtiramından söz açıb, müxtəlif illərdə ünsiyyətdə olduqları Heydər Əliyevlə bağlı xatirələrini danışıblar. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində gerçəkləşdi. Ulu öndər Heydər Əliyevin milli mətbuata qayğısı nəticəsində azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Odur ki, ümummilli lider Heydər Əliyevin “Jurnalistlərin dostu” adını qazanması təsadüfi deyil.Sonda qonaqlara Azərbaycan Mətbuat Şurasının tövsiyəsi ilə nəşr olunmuş "Ruhun şad olsun, Ustad!", "Prezident Heydər Əliyevin jurnalistika dərsi", "Siz unudulmamısınız" kitabları hədiyyə olunub.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.