ANAR RAFİQOĞLU HƏM COŞDU, HƏM COŞDURDU "Varlıq", Tiflis 23 мая 2016 Mayın 21-də Gürcüstanın paytaxtı Tbilisinin Atoneli teatrında gənc aktyor Anar Rafiqoğlunun “Zarafat Kolleksiyası - 3” adlı növbəti stand-up komediya tamaşası baş tutdu. ZiM.Az-ın Tbilisidəki Gürcüstan müxbiri xəbər verir ki, iki saatdan çox səhnədə qalan aktyor, bu müddət ərzində etdiyi həm məzəli, həm tənqidi zarafatları ilə tamaşaçılara doyunca gülüş bəxş etməyi bacardı. Tamaşaya olan maraq olduqca böyük idi. Tbilisidən və əksər bölgələrdən izləyici axınına uğrayan tamaşanın biletləri tamamən satıldığından, hətta bəzi tamaşaçılar tamaşanı ayaqüstə izləmək məcburiyyətində qalmışdı. Bir digər yadda qalan məqam bu idi ki, Gürcüstanda ilk dəfə azərbaycanlı qadın stand-upçı Leyli Hüseynova səhnəyə çıxmış, ilk səhnə təcrübəsi olmasına baxmayaraq, tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.Sonda isə yenə bir ilk baş vermiş, tamaşaçılarla aktyorlar arasında sual-cavab formatı baş tutmuşdur. Bu isə tamamən hazırlıqsız və bir-birindən təbii zarafatların yaranmasına səbəb olmuşdur.Biz də gənc və istedadlı aktyor Anar Rafiqoğluna yeni-yeni uğurlar arzulayırıq!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.