Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Tbilisidəki Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlıqda maraqlıdır M.F.Axundzadə adına Muzey, Humanitar elmlər, Tiflis 1 октября 2018 AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Gürcüstana səfər çərçivəsində Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub.M.F.Axundzadə adına muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla xanım Əliyeva muzeyin fəaliyyət istiqamətləri barədə akademik R.Hüseynova geniş məlumat verib.Hər iki muzeyin rəhbərləri arasında Azərbaycan ədəbiyyatının, adət-ənənələrinin, milli mədəniyyətinin xarici ölkələrdə təbliği, həmçinin mədəni əlaqələrin inkişafı istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.Akademik R.Hüseynov hazırda Gürcüstanda Azərbaycana aid mədəniyyət ocaqlarının mövcud olduğunu bildirib. Azərbaycanın bir sıra tanınmış elm və mədəniyyət xadimlərinin Gürcüstanda yaşayıb-yaratdığını deyən alim Tbilisidə onların adlarını daşıyan xatirə muzeyləri, abidə və digər mədəniyyət ocaqlarının baxımsızlıq üzündən istifadəyə yararsız hala düşdüyünü deyib.AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətindən Nərgiz Qəhrəmanova ZiM.Az-a bildirib ki, Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Nəriman Nərimanovun Xatirə Muzeyinin fəaliyyət göstərməsini yüksək qiymətləndirən akademik R.Hüseynov bu mədəniyyət ocaqlarının da maddi-texniki bazasının gücləndirilməsinə ehtiyac olduğunu vurğulayıb. O, rəhbərlik etdiyi Nizami Muzeyinin M.F.Axundzadə adına muzeyə xeyli sayda kitab, jurnal və digər yazılı ədəbiyyat və mədəniyyət nümunələri göndərəcəyini və bu yolla muzeylərin maddi-texniki bazasının, eləcə də təbliğat imkanlarının genişləndiriləcəyini qeyd edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.