Tbilisidə keçirilən konfransda Xocalı hadisələrinin acı nəticələrindən bəhs edilib M.F.Axundzadə adına Muzey, Tiflis 26 февраля 2016 Tbilisi, 26 fevral, 2016, AZƏRTAC.Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsinin və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tbilisidə Xocalı soyqırımına həsr olunan konfrans keçirilib.Muzeyin direktoru Leyla Əliyeva Xocalı hadisələri barədə məlumat verib, il ərzində muzey tərəfindən ziyarətçilərə, ictimaiyyət nümayəndələrinə Qarabağ həqiqətləri haqqında məlumatlar verildiyini bildirib.Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov çıxış edərək Xocalıda baş vermiş hadisələri əsrin faciəsi adlandırıb, dünyada, eləcə də Gürcüstanda Xocalı qətliamına hüquqi qiymət verilməsi istiqamətində aparılan işlərdən danışıb. “Biz bu hadisələri yaxşı xatırlayırıq, bu bizim yeni tariximizdir, xalqımıza milli mənsubiyyətinə görə soyqırımı törədilib. Bunu sübut edən faktlar, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər var. Buna baxmayaraq dünya birliyi hələ də susur və Xocalı hadisələrinə hüquqi qiymət verməyib”, - deyə D. Həsənov vurğulayıb.AMM-in gənclər şöbəsinin rəhbəri və Gürcüstanda Xocalı ayı çərçivəsində həyata keçirilən tədbirlərin koordinatoru Nərgiz Əliyeva çıxışında Xocalı hadisələrini terror və soyqırımı aktı kimi qiymətləndirib, dünyada bu həqiqətlərin yayılmasında əsas missiyanın gənclərin üzərinə düşdüyünü qeyd edib.Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva Gürcüstanda Xocalı ayı çərçivəsində keçirilən çoxsaylı aksiyalardan və digər tədbirlərdən danışıb. Gürcü cəmiyyətində Xocalı həqiqətlərinin tanıdılması istiqamətində önəmli addımların atılmasının zəruriliyini vurğulayıb.Sonda Xocalı qətliamından bəhs edən sənədli film nümayiş etdirilib, gürcü və ingilis dillərində bukletlər paylanılıb.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.