Rəssam Fərhad Sadıxovun “Ruhistan” kataloqunun təqdimatı keçirildi Mədəniyyət 1 октября 2022 673 Bu yaxınlarda rəssam, astroloq, şair, Tibet və Yapon təbabət üsullarına qismən yiyələnmiş, dünya miqyasında yeganə “Ruhistan” adlı bilik, zəka və kosmoqrafik rəsm əsərləri məkanı kimi yeni bir cərəyanın əsasını qoymuş Fərhad Sadıxovun yeni rəsm kataloqunun təqdimatı keçirildi. Təqdimat ”Passage-1901” adlanan ünvanda baş tutdu. Əvvəlcə şahidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Gecəni açıq elan edən şairə və yazar Təranə Məmməd rəssam haqqında məlumat verərək onun əsərlərindəki əsas məqamları diqqətə çatdırdı.“Ruhistan”ın təqdimatında Azərbaycanın tanınmış ziyalı, rəssam və şairləri - Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Flora Nədci, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, fəlsəfə elmləri doktoru, rəssam, kinorejissor Teymur Tağıyev, filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva, Azərbaycan Texniki Universitetinin müəllimi Masud Rüstəmbəyov, şair-publisist Rəfail Tağızadə, “Mir literaturı” qəzetinin baş redaktoru Elmar Şeyxzadə, rəssam Anar Yolçuyev, İçərişəhər arxitekturasının qorunub saxlanılmasında fəal iştirak edən tarixçi Elxan Məmmədov və b. iştirak etdilər. Təqdimatda rəssamın rəsm əsərləri rolik vasitəsi ilə təqdim edildi, rəsm əsərləri sərgiləndi. “Ruhistanın”ın qeyri-adi şəkildə təqdimi, eləcə də rəssamın əsərlərindən hazırlanmış maraqlı Alov şou proqramlarının nümayişi qonaqlar tərəfindən çox maraqla qarşılandı. Rəssamın ölkəmizi illərlə dünyada təqdim etməsi vurğulandı. Fərhad Sadıxovun yaradıcı özəllikləri və haqqında yazılmış, dünya dillərinə tərcümə edilən məqalələ haqqında isə filologiya elmləri doktoru, professor Mərziyyə Nəcəfova məlumat verdi. Yaradıcılığında ruh aləminə, paklığa, günəşə və onun dünyaya yaydığı mesajlara, simvolikaya geniş yer verən rəssamın əsərləri alqışlarla seyr edildi. Təqdimat müəllifin iştirakçılara təşəkkürü ilə sona yetdi. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.