Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına "Qələmini yerə qoyma, yaz yarat" söyləyib Mədəniyyət 1 декабря 2015 Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına "Qələmini yerə qoyma, yaz yarat" - söyləyib...Gənc nəğməkar şairə Ülviyyə Həsənqızının bir cox şerlərinə mahnılar bəstələnib. Həmin mahnıları xalq artisti Gülyanaq Məmmədova ("Əsir etdim"), Arif Səlimov ("Yollar qocaltdı məni"), Emma Ələkbərzadə (özünün bəstəsi olan "Mən olmayanda"), Günay Şuşalı ("Darıxmışam"), Elnur Məmmədov ("Kimdir günahkar") və başqaları sevə-sevə ifa edirlər.Xatırladaq ki, Şərqdə ilk opera yazan bəstəkar qadın, Azərbaycanın xalq artisti mərhum sənətkar Şəfiqə Axundova Xalq artisti Gülyanaq Məmmədovanın ifasında "Əsr etdim" mahnısını dinləyəndə gözləri dolmuş, "Qələmini yerə qoyma, yaz yarat, qızım, və söz ver ki, yazıb yaradacaqsan..." - söyləmişdir.Qeyd edək ki, Ülviyyə Həsənqızının 2005-ci ildə "Sınıq qəlb" adlı ilk kitabı işıq üzü görüb.O, 2015-ci ilin sonunadək 2-ci kitabının təqdimatını etmək istəsə belə, əfsuslar olsun ki, catdıra bilməyəcəyini dilə gətirmiş və demişdir ki, "Cox istərdim ki, mərhum bəstəkar Şəfiqə xanım mənim şeirlərimə mahnılar bəstələsin, amma axır günlərini yaşadığından, yəni xəstə olduğundan yaza bilmədi..."Biz də Ülviyyə Həsənqızına yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.