“Ana dilimiz sərvətimizdir” Mədəniyyət 21 февраля 2019 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası Yasamal rayonundakı 173 №-li tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq tədbir təşkil edib. Tədbiri məktəbin 1-a sinfinin rəhbəri N.Əliyeva açaraq, qonaqları salamlayıb. Kitabxananın əməkdaşı İ.Hüseynova çıxış edərək Beynəlxalq Ana Dili Günü barədə məlumat verib, ana dilinə həmişə xüsusi diqqətlə yanaşmış, dilimizin dərin bilicisi olan Heydər Əliyevin 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamasından, Ulu öndərin dilimizin inkişafı baxımından gösdərdiyi misilsiz xidmətlərdən danışıb.Sonra 1-a sinif şagirdlərindən B.Süleymanov, D.Hümbətli və M.Cəfərova görkəmli şair A.Səhhətin “Quşlar”, “İki uşaq”, “Vətənim” və s. şeirlərini söyləyiblər, şairin “Ana və bala”, “Ayı və şir” təmsillərindən səhnəciklər nümayiş etdiriblər.Sonda Yasamal rayon 173 №-li tam orta məktəbin direktoru S.Abbasova çıxış edərək tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.Məktəbin foyesində “Ana dilimiz – sərvətimizdir”, “Abbas Səhhət– 145” adlı sərgilər nümayiş olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.