Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib 2017-ci il fevralın 28-də
Milli Kitabxanada
kitabxanaların pulsuz
məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulması ilə əlaqədar nəşriyyat və poliqrafiya müəssisələrinin, qəzet və jurnal redaktorlarının iştirakı ilə Respublika Müşavirəsi keçirilib.


Tədbir Mədəniyyət və Turizm Nazirliyi,
Milli Kitabxana,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

Azərbaycan
Mətbuat Şurası

tərəfindən təşkil edilib.

ZiM.Az xəbər verir ki,
tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açıb.
O, müşavirənin mətbu nəşr və materiallarının Milli Arxiv Fondunun yaradılması üçün keçirildiyini bildirib.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. O, “Kitabxana işi haqqında”“Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən Milli Kitabxananın ölkə ərazisində nəşr olunan kitablardan 4 nüsxə, qəzet və jurnallardan isə 2 pulsuz məcburi nüsxə almalı və onların əsasında milli mətbuatın arxiv fondunu yaratmalı olduğunu bildirib. Milli Arxiv Fondunun yaradılması və bu işin təkmilləşdirilməsinin həmişə ölkə başçısının diqqət mərkəzində olduğunu deyən nazir Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə müvafiq Sərəncamından danışıb, məcəllədə kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına əlavələr olunduğunu söyləyib.

“Müşavirədə bununla bağlı mexanizm müzakirə olunur. Milli Kitabxananın nəzdində Milli Arxiv Fondu formalaşmalıdır. Azərbaycandakı bütün nəşriyyatlar tərəfindən buraxılan nəşr məhsulunun nüsxələri təmənnasız olaraq bu fonda təqdim edilməlidir. Əsas məqsəd Milli Kitabxanada mətbu orqanların tarixinin və silsiləsinin yaradılmasından ibarətdir. Bu, bir xəzinə olmalıdır və bu xəzinəyə hər bir buraxılan nəşr daxil edilməlidir. Bu mətbu orqanların tarixi tədqiqatlar, araşdırmalar, gələcək nəsillərə çatdırılması üçün əhəmiyyət kəsb edən məsələdir. Konkret olaraq özəl və ya dövlət nəzdində olan və ya digər formada fəaliyyət göstərən hər bir nəşriyyat hər hansı bir məhsulun bir nüsxəsini mütləq şəkildə, qanun çərçivəsində təqdim etməlidir”, - deyə Ə.Qarayev vurğulayıb.

Nazir bildirib ki, nüsxələri təqdim etməyənlər barədə inzibati xətalar haqqında müvafiq cərimələr tətbiq ediləcək. Birinci dəfə üçün maddi cərimələr olacaq. İkinci dəfədən isə həmin nəşriyyata qarşı daha ciddi tədbirlər görüləcək.

Ə.Qarayev nazirlik tərəfindən xüsusi komissiya yaradıldığını və komissiyanın nüsxələrin təqdim edilməsinə nəzarət etdiyini söyləyib.

Bildirilib ki, bu prosesdə mətbu orqanlar və nəşriyyatlar özləri maraqlı olmalıdır, məsuliyyəti dərk etməlidirlər.

Ə.Qarayev nazirlik və Milli Kitabxananın həyata keçirdiyi bərpa-nəşr layihəsi barədə məlumat verib. Bildirib ki, bu layihəyə əsasən ölkədə və xaricdə az sayda olan kitablar yenidən bərpa edilərək çap olunacaq. Nazir, həmçinin Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) barədə də söz açıb.

Hər il ölkəmizin bir sıra beynəlxalq kitab sərgilərində iştirak etdiyini, ən yaxşı kitabların bu sərgilərdə təqdim edildiyini söyləyən nazir, sentyabrda Bakıda keçiriləcək V Beynəlxalq kitab sərgisinə də diqqət çəkib.

Çıxışının sonunda nazir kitabların nüsxələri ilə bərabər elektron formada da təqdim edilməsi təklifini irəli sürüb.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, mətbu orqan və kitabların gələcək nəsillərə çatdırılması bizim borcumuzdur. Bu işdə çətinlik yaradan məsələlərdən biri də mətbəələrin sayının çox olmasıdır. Ona görə də məcburi nüsxələrin təhvil verilməsi prosesi pozulur. Vüqar Səfərli qəzetlərin nüsxələrinin təhvil verilməsi məsələsinə diqqət çəkərək təklif irəli sürüb. Təklifə əsasən qəzetlər “Azərmətbuatyayımı” ASC-yə müraciət etsinlər və 10 nüsxə kitabxanalara göndərilsin. “Azərmətbuatyayımı” ilə əməkdaşlıq etməyənlər isə özləri təqdim etsinlər.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı
Əflatun Amaşov
bildirib ki, Azərbaycanda çıxan bütün mətbu orqanların Milli Arxiv Fondunda toplanılmasına çalışılmalıdır.
O, bir sıra ölkələrin arxivlərində olan Azərbaycana məxsus
mətbu nəşrlərin
nüsxələrinin ölkəmizə
gətirilməsini təklif edib.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədr müavini Ələddin Əsədzadə və b. müzakirə olunan məsələnin aktuallığından danışaraq naşirlərin üzərinə böyük vəzifə düşdüyünü söyləyib. Nazirlik və Milli Kitabxananın birgə 2011-ci ildən həyata keçirdiyi bərpa-nəşr layihəsinə əsasən 50-dən çox kitab çap etdiklərini söyləyib.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında yeni yaradılan nəşriyyatların məsuliyyət hiss etmələri üçün onların hesabat vermələri, elektron media orqanları ilə bağlı ciddi tədbirlər görülməsi və regionlara olan mətbu orqanların nüsxələrinin
təhvil verilməsi təkliflərini
irəli sürüb.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilibKitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müşavirəsi keçirilib Daha sonra “Azərnəşr”in direktoru Azər Mustafazadə və başqaları öz fikirlərini söyləyiblər, Milli Kitabxanada Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılması işinin nizama salınmasının zəruriliyini, Milli Arxiv fondunda mühafizə olunan nəşrlərin gələcək nəsillərə çatdırılması üçün Milli Kitabxananın yeganə məkan olduğunu bildiriblər.

Müşavirə müzakirələrlə davam edib. Tədbir iştirakçıları tariximizi qoruyub saxlamaq, gələcək nəsillərə ötürmək məqsədilə hamını Qanunlara əməl etməyə çağıraraq, bu işin daha da təkmilləşdirilməsi üçün öz təkliflərini veriblər.

Respublika müşavirəsində
ZiM.Az-ın Baş redaktoru
Müşfiq Borçalı
da iştirak edib və o, eyni zamanda rəhbərlik etdiyi "Borçalı" nəşriyyatını, "Ziya" və "Şərqin səsi" qəzetlərini təmsil edib.

Aytac MƏDƏDLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

---
Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondun ...

Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondun ...

Mədəniyyət, Arxiv

"İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mö ...

MEDİA, "Zirvə"
Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutu ...

Milli Kitabxana tərəfindən nəşr edilən biblioqrafiyalar Ədəbiyyat İnstitutu ...

Elm, "Zirvə"
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

MEDİA, "Şərqin səsi"
Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

Yeni bina jurnalistlərə bu qaydalarla veriləcək - AÇIQLAMA

MEDİA
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

Əsas xəbər, Azərbaycan, Mədəniyyət, "Təhsil" EİM, Borçalı
AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

AMEA-nın MƏTBU ORQANLARI AZƏRBAYCAN MƏTBUAT ŞURASININ SIRALARINA QƏBUL OLUN ...

Elm, "Zirvə"
AMEA MƏRKƏZİ ELMİ KİTABXANANIN OXUCULARIN İSTİFADƏSİNƏ VERİLMƏSİNİN 1 İLLİK ...

AMEA MƏRKƏZİ ELMİ KİTABXANANIN OXUCULARIN İSTİFADƏSİNƏ VERİLMƏSİNİN 1 İLLİK ...

"Zirvə"
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Milli Kitabxanada “Qəzənfər Paşayev. Biblioqrafiya” kitabının təqdimatı olu ...

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə"
Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirildi

Tibb problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirildi

Biologiya və tibb elmləri, Səhiyyə
Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

Əflatun Amaşov: “Saytların 15 faizinin rekvizitləri göstərilmir”

MEDİA, "Şərqin səsi"
Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

Əflatun Amaşov: “Gürcüstanda azərbaycandilli mətbuatın inkişaf etdirilməsin ...

MEDİA, Gürcüstan
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MEDİA, Tiflis
MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

MEK-də Sona Vəliyevanın “İşığa gedən yol”kitabının təqdimatı keçirilib

Yeni nəşrlər, Digər bölmələr
AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

AMEA-da 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan tədbir keçirilib

Digər bölmələr
Marneulidə yeni kitabxananın növbəti təqdimatı keçirilib

Marneulidə yeni kitabxananın növbəti təqdimatı keçirilib

Borçalı
“Qobu”stanın sirri Bilik Fondunda təqdim olundu

“Qobu”stanın sirri Bilik Fondunda təqdim olundu

Bakı, Humanitar elmlər, Turan
Rəy yazın: