Gülyaz - Gülyanaq bacıları

Gülyaz - Gülyanaq bacıları Azərbaycan musiqisi həmişə bütün dünyada çox gözəl qarşılanıb. Muğamlarımızla xanəndələrimiz ən yüksək sənət zirvələrini fəth edib, uğurlar, qələblər qazanıblar. Bu gün haqlarında söhbət açacağım xalq artistləri Gülyaz-Gülyanaq bacıları da 30 ilə yaxındı ki, incəsənətimizi, musiqimizi vətəndən çox-çox uzaqlarda yüksək səviyyədə təbliğ edib, Azərbaycanımızı gözəl şərqilərlə tərənnüm edib, üçrəngli bayrağımızı daha ucalara qaldırırlar. Bulaq kimi təmiz səsləri ana laylası qədər əziz, doğma gəlir adama. Bu iki bacıların səslərinə qulaq asanda həmişə kövrəlirəm. Özümdə olmuram başqa bir sehrli aləmə düşürəm. Onların gözəl səslərin bülbül cəcəhinə bənzədirəm. Sanki yaz çağı bülbüllərdi bağlarda cəhcəh vururlar. Maşallah olsun özləri kimi səsləri də çox gözəldi. Şirin avazlarıyla, ürəklərdə xoş ovqat, yaradaraq, qəlbləri riqqətə gətirməyi bacarırlar. Sənətkar var, gözəl səsi var, böyük ürəyi var. Amma insanlığı yoxdu. Amma mənim sənətkar bacılarımın həm əxlaqı, həm yüksək səhnə perfomansı, həm də böyük, kiçik yeri bilmələri tamaşaçılar tərəfindən həmişə dərin hörmətlə, dərin ehtiramla qarşılanır.
Əziz bacılarım saydığım Gülyaz-Gülyanaq bacıları böyük sənətkar olmaqları ilə bərabər həm də gözəl insandılar, gözəl ailə başçısıdılar.

Məmmədova Gülyaz Zakir qızı 1 may 1970-ci ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.
1977-1987-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub.
1988-1992-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Kollecində (keçmiş A.Zeynallı adına Musiqi texnikumu) təhsil alıb.
2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində «solo oxuma» xanəndəlik fakültəsini bitirib.
1991-ci ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışır.
1993-cü il Avstriya Dünya festivalında Vyan-Trats şəhərlərində;
2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində;
2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul və Ankara şəhərlərində;
2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında;
2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə təşkil olunmuş konsert proqramında;
2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində,
2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə;
2002-ci ildə Ukraynada, 2002-ci ildə MDB dövlətlərarası festivalda;
2003-cü ildə Moskva və Minsk şəhərlərində, 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə,
2005-ci ildə Moldovanın Kişinyov şəhərində;
2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə;
2006 – Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.
9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub.
1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «musiqili teatr və kino aktyoru» fakültəsində aktyor ixtisası üzrə təhsil alıb.
2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.
1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib.
1993-cü ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır.
1995-1997-ci illərdə İsveçin Malmo şəhərində «Malmo» festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib.
2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2006-cı ildə Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub.
1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.
9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Gülyaz bacım Asəf Zeynallı adına musiqi kollecində, Gülyanaq bacım Mədəniyyət və incəsənət universitetində neçə-neçə tələbələr yetişdirirlər. Bir zamanlar ustadları mərhum Nəriman Əliyevdən öyrəndiklərini onlar da gənclərə öyrətməyə çalışırlar. Onlar tək muğamın incəliklərini, necə oxumağı tələbələrinə aşılamırlar. Onlar həm də tələbələrinə yüksək səhnə mədəniyyətini insanlarla necə davranmağı, necə rəftar etməyi də aşılayırlar, öyrədirlər. Elə buna bariz nümunə, əyani sübut kimi çoxlarının artıq gənc xanəndə kimi tanıdığı Kamilə Nəbiyevanı göstərə bilərəm. Kamilə Nəbiyeva Gülyaz-Gülyanaq bacılarımın ən öncül, qabaqcıl tələbələrindən biridi. Keçən il Kamilə Nəbiyeva Muğam mərkəzində möhtəşəm konsert də verdi. Belə bir atalar sözü var. Nə tökərsən aşına, o da çıxar qaşığına. Əlbəttə, müəllim üçün böyük uğurdu ki, tələbələri onların yolunu davam etdirirlər. Tələbələri uğur qazandıqca onlar da çox sevinirlər. Bu iki bacılar həm də Opera və balet teatrında bir-birindən gözəl maraqlı rolları ilə biz heyranlarını sevindirirlər. Mən özümü çox xoşbəxt gənc şair sayıram ki, öz sözünü demiş böyük sənətkarlar mənim sözlərimə bəstələnmiş mahnılar oxuyublar. Elə o gözəl mahnılarımızdan biri Gülyaz bacımın oxuduğu "Olarmı" adlı mahnımızdı. Musiqisi Çilənay xanımındı. Hətta keçən il Olarmı adlı mahnımız dostumuz Hacı Azadə xanımın təşəbüssüylə fəaliyyət göstərən Qafqaz ictimai media xeyriyyə cəmiyyətinin xüsusi diplomuna layiq görülmüşdü. Çox sağ olsunlar. Arzum budur ki, Gülyanaq bacımla da bir işbirliyim olsun. Bu "Övladlarım" adlı şeirimi Gülyanaq bacımın övladlarına həsr etmişəm.
İnşallah, bu şeirimə mahnı bəstələyərik. O da oxuyar.

Övladlarım!

Həyatımda gülümdülər,
Xoş müjdəli ilimdilər.
Layla deyən dilimdilər,
Ürəyimdi, - övladlarım!

Qol-qanadım, arxam, dağım,
Ömrüm,günüm, barlı bağım.
Yollarıma nur çırağım,
Köməyimdi, - övladlarım!

Nikbinlik var gözlərində,
Parlaqlıq var sözlərində.
Gül ətri var sözlərində,
Çiçəyimdi, - övladlarım!

Dan ulduzum, quzumdular,
Qazandığım ruzimdilər.
Bərəkətim, duzumdular,
Çörəyimdi, övladlarım!

Ağzımda şəkərim, tamım,
Varlığım, ürəyim, canım.
Onlar mənim arzum, kamım,
Gərəyimdi, - övladlarım!


Gülyazla, Gülyanaq bacılarımın!

Bülbül səslərindən ellər danışır,
Çəmənlər danışır, güllər danışır.
Səmalar danışır, göylər danışır,
Gülyazla, Gülyanaq bacılarımın!

Nəriman adında böyük şəxsiyyət,
Onlara öyrətdi ən gözəl sənət.
Xalq da yavaş-yavaş sevdilər əlbət,
Gülyazla, Gülyanaq bacılarımı!

Bəmləri bir aləm, zilləri gözəl,
Şəkidi yurdları, elləri gözəl.
Bal kimi sözləri, dilləri gözəl,
Gülyazla, Gülyanaq bacılarımın!

Muğam hər bir zaman varları olsun,
Böyük ulu Tanrım yarları olsun.
Həmişə, bir yerdə sirləri olsun
Gülyazla, Gülyanaq bacılarımın!

Fuad Biləsuvarlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Cəsarətli qələm mükafatçısı
.

ZiM.Az
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə  Hüseynova

Tanınmış müğənni, sevimli muğam ifaçısı Nuriyyə Hüseynova

Mədəniyyət

"Küskün Mələyim" adlı klipin təqdimati

Şou
Namiq Valeh oğlu Hacıyev (1981)

Namiq Valeh oğlu Hacıyev (1981)

Tiflis, Bolus, Darvaz
Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına

Mərhum bəstəkar Şəfiqə Axundova gənc şairə Ülviyyə Həsənqızına "Qələmini y ...

Mədəniyyət
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Əsas xəbər, Təhsil, Nazirlik
Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Təbriklər, Qərbi Azərbaycan
Təbrik edirik, Fuad!..

Təbrik edirik, Fuad!..

Təbriklər
Səbinə Ömərova BDU-nun SABAH Mərkəzinin rəhbəri təyin olunub

Səbinə Ömərova BDU-nun SABAH Mərkəzinin rəhbəri təyin olunub

BDU, Təbriklər
33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

33 yaşlı Simuzər Feyzullayeva Təhsil nazirinə müşavir təyin olunub

Nazirlik
İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

Başkeçid, İdman
BƏHRUZ HÜSEYNOV (1953)

BƏHRUZ HÜSEYNOV (1953)

Borçalı, Təbriklər
Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir

Tahir Əkbər doğum gününü 26 ildir qeyd etmir

Şou
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
Ad Günün Mübarək, HƏMİD ORMANLI!..

Ad Günün Mübarək, HƏMİD ORMANLI!..

Başkeçid, Təbriklər
Leyla Əsədova

Leyla Əsədova "Fəxri Diplom"a layiq görülüb

"Elm və Təhsil", Gənc istedadlar
RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

RAMİZ AYVAZ OĞLU HƏSƏNOV

"XXI əsrin Ziyalıları", Borçalı
Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

MEDİA
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
Rəy yazın: