"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib

"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib"Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilib "Bahar oğlu" adlı ədəbi-bədii gecə keçirilibMartın 22-də Beynəlxalq Muğam Mərkəzində görkəmli şair, nasir və dramaturq Cəfər Cabbarlıya həsr olunmuş “Bahar oğlu” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbir Azərbaycan Yazıçılar Birliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünasliq üzrə Elmi-Metodiki Mərkəzi, Cəfər Cabbarlının ev-muzeyi və “Yeni Yurd” İctimai Birliyinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşıb.

Zim.az xəbər verir ki, gecədə Cəfər Cabbarlı irsinin araşdırıcıları, mədəniyyət və incəsənət xadimləri, həmçinin, C.Cabbarlının ailə üzvləri - nəvələri, nəticələri və yeganə yadigarı Cabbarlı ocağının qoruyucusu Gülarə Cabbarlı iştirak edib.

Tədbiri giriş sözü ilə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Cəfər Cabbarlı Komissiyasının sədri, filologiya elmlər doktoru, professor Asif Rüstəmli açmış, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı AnarAzərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvi Nizami Cəfərov çıxış edərək ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, C.Cabbarlı Mirzə Fətəli Axundzadə ilə başlanan milli dramaturgiyamızı inkişaf etdirərək zənginləşdirib, yeni mərhələyə yüksəldib. Qüdrətli sənətkar ədəbiyyatımızda həm də şair kimi tanınır. Cümhuriyyət dövründə milli vətənpərvərlik ruhunda şerlər yazan Cəfər Cabbarlının lirik parçalarına bir çox gözəl mahnılar da bəstələnib. Bir şair olaraq Cəfər Cabbarlı yaradıcılığı üçün daha çox lirik-romantik və satirik şerlər səciyyəvidir.

Vurğulanıb ki, xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb. Hər zaman orijinallığı ilə seçilən bu əsərlər Azərbaycan teatrının inkişafına böyük töhfələr verib, neçə-neçə sənətkarın yetişməsinə səbəb olub.

Tədbirdə C.Cabbarlının Ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı böyük ədibin adını daşıyan mükafat haqqında məlumat verib və C.Cabbarlı mükafatı Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkayaya təqdim edilib.

Sonra “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova Cəfər Cabbarlı yaradıcılığından söz açaraq bildirib ki, xalqın tərəqqisini, mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaradıb. Hər zaman orijinallığı ilə seçilən bu əsərlər Azərbaycan teatrının inkişafına böyük töhfələr verib.

Xatırladaq ki, Cəfər Cabbarlı gecəsində Mahirə xanım Əsədovanın dəvəti ilə Türkiyədən ölkəmizə gələn Türkiyə Cümhuriyyəti dövlət sənətçisi, xalq rəqsləri üzrə YUNESKO-nun juri rəhbəri, Mustafa Turan, Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkaya iştirak edirdilər.

Gecədə “Yeni Yurd” təşkilatının sədri Mahirə xanım Əsədova Türkiyə Cümhuriyyəti dövlət sənətçisi, xalq rəqsləri üzrə YUNESKO-nun juri rəhbəri, Mustafa Turana rəhbərlik etdiyi təşkilatın təsis etdiyi “Böyük Yurdsevər” mükafatını təqdim edib.

"Bahar oğlu" adlı ədəbi-bədii gecədə Cəfər Cabbarlının həyat və yaradıcılığından ibarət videoçarx nümayiş olunub.

Sonra Cəfər Cabbarlının sözlərinə yazılan mahnılar, tamaşalara yazdığı musiqi nömrələri ilə davam edib; Azərbaycanın Xalq artisti Mələkxanım Əyyubova, Azərbaycanın Əməkdar artistləri Mətanət İsgəndərli, Tünzalə Ağayeva, Elza Seyidcahan, Aşıq Əhliman və başqa tanınmış, eləcə də gənc ifaçılar tərəfindən C.Cabbarlının sözlərinə yazılmış mahnılar səsləndirilib.
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Cəfər Cabbarlı-2015" mükafatları təqdim edilib

"Şərqin səsi"
CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

CƏFƏR CABBARLININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLİB

Məktəblər
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ikidilli videoçarx Rusi ...

Mədəniyyət, Rusiya
AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

AzTU
“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

“Almaz” pyesi yeni quruluşda nümayiş olundu

"Zirvə"
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz  ...

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz ...

QHT
“Yeni Yurd”un dəstəyi ilə Türkiyədə professor Okan Yeşilotun H.Z.Tağıyev ha ...

“Yeni Yurd”un dəstəyi ilə Türkiyədə professor Okan Yeşilotun H.Z.Tağıyev ha ...

Azərbaycan, "Şərqin səsi"
“Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə

“Əfsanəvi Öndər” adlı ədəbi bədii gecə

Azərbaycan, "Şərqin səsi"
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” adlı yeni kitabı çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

“Yeni Yurd” Xurşudbanu Natəvan adına mükafatı alimlərə təqdim etdi

"Zirvə"
Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Əməkdar jurnalist Qafar Əsgərzadənin 60 illik yubileyi keçirilib

Təbriklər
“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

“Çanaqqala zəfəri və müasir dövr” mövzusunda elmi-ədəbi gecə keçirilib

Elm
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb

Humanitar elmlər
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"

"DANIŞAN QAYALAR" filminin təqdimatı olub

QHT, Müşfiq Borçalı
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət
Rəy yazın: