Tanınmış alim, şair-publisist və nəcib insan

Tanınmış alim, şair-publisist və nəcib insan

“Hər qab içinə bir şey qoyduqca daralır. Ancaq elm qabı istisnadır: o, elm qoyulduqca genişlənir”.
(Həzrəti Əli ə.s.)


“Övladım! Vaxtının bir hissəsini elm öyrənməyə ayır! Çünki heç bir şey elmdən uzaqlaşmaq kimi insan ömrünü məhv etmir”.
(Loğman)



İnsan daim axtaran varlıqdır. Həm də axtarışlarını dayandıran kimi sanki o, sahib olduğu ülviliklər zirvəsindən aşağı, adi canlılar səviyyəsinə doğru enir. Tapanda da axtarmaq, tapmayanda da axtarmaq, getdikcə daha dərinliklərə enmək, öz zəka nuru ilə zülməti işıqlandırmaq- insana nəsib olan yeganə yol budur.
Həyatda yazıb-yaratmaq, fəaliyyət göstərmək, öz yaradıcı fəaliyyətinin nəticələri ilə fəxr etmək insana heç bir şeylə müqayisə edilməyən məmnunluq duyğusu verir və onu yeni-yeni elmi yaradıcılığa ruhlandırır.

Yunan dramaturqu Sofokl yazır: “Dünyada heyrətedici güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur”. Doğrudan da özünü dərk edən insan öz gücünü, qüvvəsini, intellektini, potensial imkanını cəmləyib bir yerə yönəldərsə, o yenilməz olar, bütün istək və arzularını həyata keçirər. Bunun əsasında da insanın özünəinamı dayanır. Bu xüsusiyyətlər ən çox yaradıcı adamlarda mövcud olur. Çünki yazıb-yaratmaq insana ilk növbədə öz nəfsinə qalib gələ bilmək bacarığı aşılayır. Əgər insan nəfsini öz əsirinə çevirə bilsə, bu adam həyatda hər istəyinə müvəffəq ola bilər. Yüksək insani keyfiyyətlərə malik olan yaradıcı şəxslər digərlərindən yüksəklikdə dayanaraq cəmiyyət arasında həmişə hörmət və rəğbətlə qarşılanırlar. Həmin adamlar həddindən artıq təvazökar olduqları üçün həm şəxsi keyfiyyətləri baxımından, həm də yaradıcılıq baxımından diqqət mərkəzində olmaqdan çəkinərək, yalnız başlarını aşağı salıb cəmiyyətə, insanlara, bütünlüklə millətə xeyir verə biləcək işlərlə məşğul olurlar. Bunun müqabilində onlar kimsədən nəsə ummurlar.

Yuxarıda sadaladığımız yüksək insani keyfiyyətlərə malik olan gözəl, şəxsiyyətinə və yaradıcılığına rəğbət bəslədiyim insanlardan biri də istedadlı qələm sahibi, yaradıcı insan, təcrübəli pedaqoq, şair, tərcüməçi, yazıçı-publisist, elm xadimi, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Ilyas oğlu Aslandır.

Hər şeydən öncə, Knyaz Aslanın həyat və yaradıcılığı haqqında qısa məlumat vermək istərdim. O, 1960-cı il dekabrın 25-də Gürcüstan Respublikasının Dmanisi rayonunun Hamamlı kəndində anadan olub. Orta məktəbi qızıl medalla bitirib. 1988-ci ildə Bakı Dövlət Universitetini, 1987-1989-cu illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə BDU-nun aspiranturasında təhsil alıb. 2004-cü ildə “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. 2006-cı ildən BDU-nun dosenti və doktorantıdır. “Azərbaycan elm, ədəbiyyat və mədəniyyət xadimləri kitab və mütaliə haqqında” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. 2010-cu ildən pedaqogika üzrə fəlsəfə doktorudur. Knyaz Aslan Qarabağda, döyüş bölgələrində olub, Qarabağ müharibəsi iştirakçıları, şəhidləri, qaziləri haqqında çoxsaylı oçerklərin müəllifidir. K.Aslan 1000-ə yaxın elmi, elmi-kütləvi, ədəbi-publisistik məqalənin, 5 monoqrafiyanın, 30-a yaxın kitabın müəllifidir. Həmçinin, bir çox elmi, publisistik və bədii kitabların, o cümlədən monoqrafiya, dərslik və dərs vəsaitlərinin “Ön söz” müəllifi, rəyçisi və redaktorudur. Onun şeirləri rus, ingilis və alman dillərinə tərcümə olunub. O, özü də A.Puşkin, M.Lermontov, S.Yesenin, T.Şevçenko və digər şairlərin əsərlərini Azərbaycan dilinə uğurla tərcümə edib.

Yazıçı, şair, publisist, pedaqoq Knyaz Aslan yüksək insani keyfiyyətləriylə yanaşı, yorulmaq bilməyən, həmişə axtarışda olan, oxumaqdan bircə an belə usanmayan, daim öz üzərində işləyən, düzlüyü, dürüstlüyü, xeyirxahlığı, əqidə saflığını, ləyaqəti, işinə məsuliyyətlə yanaşmağı, prinsipiallığı, zəhmətə alışqanlığı, özünə mökəm inamı və həyata bağlılığı, düşüncə və fikirlərində sərbəstliyi, zəhmətə qatlaşmağı özünün həyat amalına çevirən əsl ziyalı şəxsiyyətlərdəndir.
İnsanı ucaldan onun əxlaqı, vicdanı, həyata düzgün baxışı, öz potensial gücünü düzgün yerə, düzgün istiqamətləndirmək, məqsəd və məramına çatmaq üçün gərgin əmək sərf etmək bacarığıdır. Doğrudan da zəhmət, əmək insanı şərəfləndirir, ona məmnunluq, bəxtiyarlıq bəxş edir.
Knyaz müəllim yaşadığı cəmiyyətdə ictimai dəyərini bilən, öz yaradıcılıq imkanları ilə ədəbi mühitdə özünəməxsus atmosfera yaradan və oxucularına, onu sevənlərə gərəkli olduğunu başa düşən yazarlardan və pedaqoqlardandır.
O, hər zaman ağıllı davranışı, səmimi rəftarı, məntiqi mühakimələri, maraqlı müsahibələri, duzlu-məzəli söhbətləri ilə başqalarına örnək olmuşdur.
Çin mütəfəkkiri, siyasi xadim və pedaqoq Konfutsi deyirdi: “Hər kimdə bu beş keyfiyyət olsa demək o, insansevərdir. Bunlar: hörmət, nəzakətlilik, düzlük, xeyirxahlıq və dərrakəlilikdir. Əgər insan nəzakətlidirsə, ona dayaq olurlar, əgər hörmətcildirsə, ona rəğbət bəsləyirlər, düzgündürsə, ona etibar edirlər, əgər o, ağıllıdırsa, uğur, xeyirxahdırsa, hörmət qazana bilər”. Konfutsinin sadaladığı beş insani keyfiyyətlərin hamısı Knyaz müəllimdə vardır.
Mən Knyaz müəllimlə həm iş yoldaşı, həm də yol yoldaşı olmuşam. 1993-cü ildə müəllimlik fəaliyyətimə son verdikdən sonra Azərbaycan mətbuatında ilk dəfə olaraq jurnalist kimi işə “Mühakimə” qəzetindən başladım. O zaman səhv etmirəmsə, Knyaz müəllim həm “Müxalifət” qəzetində, həm də “Mühakimə” qəzetində işləyirdi. Hələ, o vaxtlar Knyaz müəllimin hər hansı bir mətni yaxşı redaktə etmək qabiliyyəti vardı. O, ilk baxışdan bəyənilməyən bir məqaləni yaxşı, oxunaqlı bir yazıya çevirirdi. Mən qəzetdə ilk dəfə işlədiyimə görə Knyaz müəllimin mənə köməyi çox olubdur. Bu gün tanınan bir yazar olduğuma görə ona minnətdaram. İş yoldaşı kimi də Knyaz müəllimin yoldaşlığına söz ola bilməzdi. O, təkcə iş yoldaşlarına deyil, həm də digər insanlara qarşı da çox səmimi, mehriban, gülərüz, istiqanlı, qayğıkeş, xoşrəftar birisiydi. Knyaz müəllim eyni zamanda, yüksək iradi – qətiyyətlilik, cəsarət, özünəinam, özünü ələ almaq, məsuliyyət hissini dərk etmək, intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq kimi keyfiyyətlərə malik olan şəxsdir.
Bir dəfə iş yoldaşlarımızdan birinin anası rayonda rəhmətə getmişdi. Biz də kollektiv olaraq həmin rayona hüzürə getdik. Knyaz müəllim də bizimlə bərabər idi. Yol boyu darıxmamaq üçün yoldaşlardan kimsə dedi ki, yaxşı söhbət və ya yaxşı şeir deyən olarsa yolumuz qısalar. Mən ilk dəfə olaraq Knyaz müəllimin dadlı-məzəli söhbətlərini və şeirlərini o zaman eşitdim. O, yorulmadan və heç kəsə imkan vermədən rayona kimi həm maraqlı söhbət etdi, həm də çoxlu şeirlər dedi. Knyaz müəllimin söz dünyası sanki bir ümmandır, bitib-tükənmək bilmir. O, şeirlərini elə pafosla deyir ki, qarşısındakı insanları sehirləyir, onları düşündürməyə, anlamağa məcbur edir. Şair kimi onun özünəməxsus dünyası var. Onun bu dünyası sevgidən, etibardan, inamdan, ilahi eşqdən, insanlara hədsiz məhəbbətdən yaranmışdır. Bəzən düşüncələrə dalan şair ilahi duyğuların qonağı olur və Adəm övladını nəfsinə qalib gəlməyi, tamahına uymamağa səsləyir:

Danma, Knyaz Aslan, söylə doğrunu,
Tamah məhvə çəkir insan oğlunu...
Bəlkə unutmuşuq haqqın yolunu,
İlahi, dünyanın qibləsi hanı?!


Şair Knyaz Aslanın Vətən, Yurd, torpaq sevgisi sonsuzdur. O, doğma yurdu hər şeydən uca tutur, onun həsrətini çəkmək onunçün ağırdır, iztirablıdır. Yurd dərdi təbiidir ki, əsrlərdir ki, hamımızı için-için göynədir, sızladır:

Yad eldə saray qəfəsdi,
Doğma yurdda koma bəsdi,
Ana qədər müqəddəsdi,
Torpaq dərdi, Vətən dərdi...


Knyaz Aslan cəsarətli şairdir. O, hər zaman qorxmadan, çəkinmədən öz sözünü üzə deyən şairlərdəndir. Onun 20 yanvar faciəsinə həsr etdiyi “Ulu Tanrı, sənə qaldı bizimki...” adlı şeirindəki kimi:

...Qol götürüb çox havaya süzmüşük,
Oyunbazın oyununa dözmüşük.
“Can” demişik, canımızdan bezmişik,
Ulu Tanrı, sənə qaldı bizimki...


Çoxaldıqca fırıldaqlar, oyunlar,
Yoğunlayır kəl peysərlər, boyunlar.
Bizi yeyir, bizdən dönən qoyunlar,
Ulu Tanrı, sənə qaldı bizimki...


Mən Knyaz Aslanın poeziya dünyasını təhlil etmək fikrindən uzağam. Qoy bu barədə şairlər danışsın. Mən Knyaz müəllimi həm bir pedaqoq, həm də bir tədqiqatçı alim kimi dəyərli tərəflərindən, onun elmimizə və təhsilimizə verdiyi gözəl töhfələrdən də söz açmaq istərdim. Hər şeydən öncə, onu qeyd etmək istərdim ki, Knyaz Aslan kimi pedaqoq bugünkü tələbələr üçün nadir tapıntıdır. Knyaz müəllim istedadlı, bacarıqlı, erudisiyalı pedaqoq olmaqla yanaşı, həm də tələbələri üçün yaxşı yoldaş, etibarlı dost və sirdaşdır. Knyaz müəllim ilk baxışdan insanlarla səmimiyyət körpüsü yaratmaq bacarığına malik olduğu üçün o, tez bir zamanda tələbələrinin sevimlisinə çevrilmişdir. İnsanlara elm, təlim-tərbiyə öyrətmək ən müqəddəs işdir. Bu gün bu müqəddəs missiyanı Knyaz müəllim şərəflə davam etdirir. Təhsil millətin gələcəyidir. Çin mütəfəkkiri və pedaqoqu Konfutsi (e.ə. 551-479) təhsilli insanlar haqqında belə demişdir:
“Təhsilli insanlar əvvəlcə ədalətə dəyər verər. Təhsilli insanlar ədalət olmadan cəsarət sahibi olarsa üsyankar olarlar. Kiçik insanlar ədalət olmadan cəsarət sahibi olarsa quldur olarlar”. Bəli, hər şeyin başlanğıcı elm, bilikdir.
Daha sonra Konfutsi bilik arxasınca gedənlər barədə deyir: “Bildiyini bilənin arxasınca gedin, bildiyini bilməyəni oyandırın, bilmədiyini bilənə öyrədin, bilmədiyini bilməyəndən qaçın”.
Knyaz müəllim tələbələrinə həmişə F.Bekonun bu fikirlərini xatırladır. İlk öncə F.bekon kitab haqqında belə demişdir: “Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən nəsillərə yetirən fikir gəmisidir”. Daha sonra o, bilik haqqında belə söyləmişdir: “Bilik - həyatda faydalı olmaq naminə qazanılmalıdır”.
Knyaz müəllim həm də həyatda elə bir savab iş görür ki, axirətdə onun bədəlini hökmən xeyirlisiylə alacaq. Çünki o, tələbələrinə elm öyrədir.
Məhəmməd peyğəmbər (s.ə.v.) elm barəsində demişdir: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elm eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.
Şəxsiyyətin fəallığı inkişaf üçün təkcə əsas deyil, həm də inkişafın nəticəsidir.Təhsil-tərbiyə özünə və insanlara sevinc gətirən fəal, təşəbbüskar, yaradıcı şəxsiyyət formalaşdırarsa, onda o, məqsədinə çatmış olar. Bu baxımdan Knyaz müəllim də tələbələri üçün əlindən gələn köməyi onlardan əsirgəmir. O, istəyir ki, onun tələbələri həyatda öz yerlərini tuta bilən, ləyaqətli, vətənsevər, intellektli, azad fikirli, geniş dünyagörüşünə malik, hər işdə bacarıqlı və qabiliyyətli şəxslər kimi formalaşsınlar. Buna görə də Knyaz müəllim təkcə tədris prosesində deyil, eyni zamanda dərsdənkənar vaxtlarda da tələbələrinin elmi biliklərə yiyələnmələrində onlarla birlikdə olur. Belə hallarda, o, özündə mənəvi rahatlıq tapır, məmnunluq hissi yaşayır.
Knyaz müəllim bir an belə dayanmadan çalışır, fəaliyyət göstərir. O, həm universitetdə tələbələriylə dərsdə, keçirilən müxtəlif tədbirlərdə, həm də evdə elmi və bədii-ədəbi yaradıcılığı üzərində yorulmadan işləyir. Kurt Levinin fikrincə, şəxsiyyətin hərəkətverici qüvvəsi tələbatlarla şərtlənir. Məhz Knyaz müəllimdə də elmə, yaradıcılıq axtarışına, eləcə də ədəbi yaradıclığa o qədər mənəvi tələbat duyur ki, ona görə də o, gecə-gündüz bilmədən çalışır, yazır, yaradır. Knyaz müəllimin bu cür fəallığı onun kamil bir şəxsiyyət kimi formalaşmasında sözsüz ki, mühüm rolu olmuşdur. Fəaliyyət prosesində təbiidir ki, ortalığa həmişə maneələr və ziddiyətlər meydana çıxır. Bu maneələr və ziddiyətlər də istər-istəməz şəxsiyyətin inkişafının hərəkətverici mexanizmini təşkil edir. Belə olan halda, insanda özünətəsdiqə olan tələbat, özününüdərk etməyə tələbat, insani əlaqələrə olan tələbat və səmimiyyətə olan tələbat kimi psixoloji xüsusiyyətlər meydana çıxır. Və bu xüsusiyyətlər insanı kamil bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır.
Knyaz müəllim həm də yüksək mədəniyyətə malik şəxsdir. Mədəniyyət ilk öncə ailədən başlayır və daha sonra təhsil aldığımız elm ocaqlarında daha da təkmilləşir. Hörmət etmək, hörmətə layiq görülmək, hörmət qazanmaq mədəniyyətin bir göstəricisidi. Mədəniyyət kimi hörmət də hər kəs üçün fərqlidir. Kimisi üçün hörmət qazanmaq asan, onu itirmək çətindir, kimisi üçün hörməti qazanmaq çətin, itirmək isə bir o qədər asandır. Kimisi üçün hörmət əməldə, hərəkətdə, davranışda göstərilməlidir. Hörmət qarşındakına olan bir növ sevgidir, nəzakətdir.Yüksək mədəniyyətə sahib olan şəxslər cəmiyyətdə həmişə hörmət-izzətə layiq olublar. Bu baxımdan Knyaz müəllim də istər ailədaxilində olsun, istərsə də cəmiyyətdə həm özünə, həm də başqalarına hörmətlə yanaşmağı bacaran insandır. Ona görə də həm evdə, həm də cəmiyyətdə ona böyük hörmət bəslənir və onu çox sevirlər. Tələbələri isə Knyaz müəllimə təkcə istedadlı, təcrübəli bir pedaqoq kimi deyil, həm də gözəl bir insan və mükəmməl bir şəxsiyyət kimi hörmət edirlər. Bildiyimiz kimi, hər bir şəxsiyyət yalnız fəaliyyət və ünsiyyət prosesində formalaşır. Məhz bu cəhətə görə deyə bilərik ki, Knyaz müəllim mənəvi cəhətdən çox inkişaf etmiş şəxsiyyət və kamil insandır.
Məncə, Knyaz müəllim özünü xoşbəxt insanlardan saya bilər. Çünki onu hər kəs sevir və ona böyük hörmət, rəğbət bəsləyirlər. Mən bu yazımda Knyaz müəllim haqqında yalnız içimdən gələn fikirlərimi söylədim, onun necə bir insan və şəxsiyyət olduğunu göstərməyə çalışdım. Knyaz müəllimin elmi, pedaqoji, bədii-ədəbi yaradıcılığı və həyatda qazandığı uğurları, mükafatları barədə geniş söz açmaq istəmədim. Çünki onun həyatda həm elmi, həm də ədəbi yaradıcılıq sahəsində qazandığı uğur və mükafatları sadalamaqla bitmir: “Əla təhsilə görə” nişanı (1977), “Qızıl medal” (1979), “Nizami Gəncəvi mükafatı laureatı” (1982), “Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalının Fəxri Fərmanı” (1985), “Büllur Qələm” mükafatı laureatı (1991), “Həsən bəy Zərdabi mükafatı laureatı” (1994), “Şəhriyar mükafatı laureatı” (1995), “Sergey Yesenin mükafatı laureatı” (1995), “Ömər Faiq Nemanzadə mükafatı laureatı” (2000), “Qızıl saz” mükafatı laureatı (2002), “Qızıl kitab” mükafatı laureatı (2002), “Peşəkar jurnalist” mükafatı laureatı (2005), “Kamil söz ustası” mükafatı laureatı (2006), “Abdulla Şaiq mükafatı laureatı” (2007), “Cəsarətli qələm” mükafatı laureatı (2007), “Qızıl qələm” mükafatı laureatı (2007), “Müqəddəs qələm” mükafatı laureatı (2008), “Ədalətli müəllim” mükafatı laureatı (2010), “Vətən naminə” mükafatı laureatı (2010), “Ana Yurd” mükafatı laureatı (2010), “Ustad” mükafatı laureatı (2010), “Səhər” mükafatı laureatı (2010), “Böyük Qurtuluş” mükafatı laureatı (2010), “Kamil sənətkar” mükafatı laureatı (2011), “Qafqaz qartalı” mükafatı laureatı (2011), “Mütəfəkkir” mükafatı laureatı (2011), “İstedad” mükafatı laureatı (2011), “Ziyalı” mükafatı laureatı (2011), “Zərif qələm” mükafatı laureatı (2011), “Xalq ziyalısı” mükafatı laureatı (2011), “Borçalı” ədəbi mükafatı laureatı (2011), “Reytinqli jurnalist” mükafatı laureatı (2011) və s...

Tanınmış alim, şair-publisist və nəcib insan
Mən qardaşım və etibarlı dostum Knyaz Aslanı
55 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona həyatda hər şeydən öncə, insana vacib olan cansağlığı, uzun, mənalı və şərəfli ömür, ailə səadəti, xoşbəxtlik, sevinc dolu və fərəhli günlər, xoş gələcək, elmi-ədəbi yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.

Tanrı Səni qorusun, qardaşım!
Həmişə Allah amanında ol!


Camal ZEYNALOĞLU,
yazıçı-publisist
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”

“HAQQ YAŞADIR ŞAİR KNYAZ ASLANI!..”

Başkeçid, Knyaz Aslan
Fədakar alim, vətənpərvər ziyalı

Fədakar alim, vətənpərvər ziyalı

Naxçıvan, Qərbi Azərbaycan
ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

ULU TANRININ BÜTÖV XƏLQ ETDİYİ İNSAN - KNYAZ ASLAN

Başkeçid, Knyaz Aslan
MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ,  ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ

MÜƏLLİM VƏ ALİM MÜDRİKLİYİ, ŞAİR VÜQARI, QƏLƏM ƏZƏMƏTİ

Knyaz Aslan, Ədəbi tənqid, Başkeçid

"ŞEİR DÜNYAMIZ" ədəbi məclisinin növbəti poeziya gecəsi keçirilib

Sumqayıt
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan  Türkiyə televiziyasında ...

BDU-nun kafedra müdiri, Qarabağ qazisi Knyaz Aslan Türkiyə televiziyasında ...

BDU, Başkeçid, Knyaz Aslan, Turan
QƏLB  GÖZƏLLİYİ

QƏLB GÖZƏLLİYİ

Knyaz Aslan, BDU, Başkeçid
Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Fəxri oxucu, şairə-publisist Nəsibə İsrafilqızı mükafata layiq görülüb

Təbriklər, Qərbi Azərbaycan
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
Ağarəhim Rəhimov - 70

Ağarəhim Rəhimov - 70

Humanitar elmlər, Təbriklər
Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Böyük alim, gözəl insan, vətənpərvər ziyalı - akademik Bəkir Nəbiyev

Elm, "Zirvə"
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar
= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

= = = = = Ruhun şad olsun, Mustafa Əmiraslan oğlu və Güllü Əmiraslan qızı!. ...

Başkeçid, Nekroloqlar
AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

AYNURƏ ULDUZa BAŞSAĞLIĞI

Nekroloqlar
AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU-da tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçirilib

AzTU
Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni hekayələr toplusu: “Dionisin qələbəsi”

Yeni nəşrlər, Humanitar elmlər, Nəsr
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
= TƏBRİK  EDİRİK !.. =  Professor  Nizaməddin  Şəmsizadənin     60 illik Yu ...

= TƏBRİK EDİRİK !.. = Professor Nizaməddin Şəmsizadənin 60 illik Yu ...

Mədəniyyət, Təbriklər
Rəy yazın: