Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının borcudur Gürcüstan » Tiflis 27 февраля 2018 Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının borcudur.AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımı ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunmuş qanvermə aksiyasında iştirak edən SOCAR-ın bu ölkədəki nümayəndəliyinin rəhbəri Mahir Məmmədov jurnalistlərə müsahibəsində söyləyib.Bildirib ki, qanvermə aksiyasında iştirak etmək, qan verib yaşatmaq çox xeyirxah bir əməldir. Hər bir insan vətəndaşlıq borcunu yerinə yetirməli və bu aksiyada iştirak etməlidir.M.Məmmədov deyib: “Xocalı soyqırımı gənc müstəqil Azərbaycan dövlətinin ən qanlı tarixidir. Hər bir azərbaycanlı, xüsusən də Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız insanlığa qarşı cinayət hesab olunan Xocalı soyqırımı, eləcə də erməni faşistlərinin xalqımızın başına gətirdikləri digər vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandırmalıdır.Biz Azərbaycan səfirliyinin Gürcüstandakı bu aksiyasını yüksək qiymətləndiririk. Buraya gələn hər bir şəxs, azərbaycanlı, gürcü, abxaz və başqası həm Xocalı faciəsi barədə məlumat alırlar, həm də bizim humanistliyimizin şahidi olurlar”.ZiM.AZ. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.