Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı"

Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı" Şimali Azərbaycanın Rusiyanın tərkibində olması nəticəsində çar hakimiyyəti öz müstəmləkəçilik siyasətini həyata keçirmək üçün təbliğat vasitəsinə ehtiyac duydu və Tiflisdə rus dilində ilk mətbu orqan olan "Tiflisskiy vedomosti" qəzetini 1828-ci ildə nəşr etdi. "Tiflisskiy vedomosti'nin imperiyanın tərkibində olan üç millətin, gürcü, erməni və Azərbaycan türklərinin dillərində əlavəsi nəşr olunurdu. 1829-cu ildə gürcü, 1930-cu ildə erməni və nəhayət, 1832-ci ildə Azərbaycan türkcəsində "Tiflis əxbarı" qəzeti çap olunmuşdur. Hələlik heç bir nüsxəsi aşkarlanmayan "Tiflis əxbarı" haqqında yalnız arxiv sənədləri haqqında məlumatlar əldə etmək mümkündür. Mətbuat tariximizin ilk mərhələsində nəşr olunan mətbu orqanlar kimi "Tiflis əxbarı"nın da abunəçilərinin sayı az idi. Quba komendantı Gimbut 1832-ci il 21 yanvar tarixli 119 nömrəli məktubunda qəzet in 30 nəfər abunəçisi olduğunu göstərdiyi halda, Bakı komendantı Kolomiysev abunəçi azlığından şikayətlənirdi.

"Tiflis əxbarı" qəzetinin Azərbaycan dilində ilk nömrəsi 1832-ci ilin yanvarında çıxmışdır. Sənədlərin birində deyilir: "Bu il yanvarın 1-dən Tiflisdə aşağıdakı şərtlərlə tatar dilində qəzet buraxılacaqdır. 1. Qəzet həftədə bir dəfə çıxacaqdır. 2. Rusca nəşrində olduğu kimi, tatar qəzetinin də illik abunə haqqı gümüş pulla 8 manat, yarım illik isə 5 manatdır. 3. Nömrələrin vaxtında çıxmasına və abunəçilərə müntəzəm çatdırılmasına nəzarət qəzetin baş redaktoru, baş saray müşaviri Sankovskiyə tapşırılır. Qəzet almaq istəyənlər ona ya şəxsən, ya da ki, yerli hökumət vasitəsilə müraciət edə bilərlər"

Bu sənəddən göründüyü kimi "Tiflis əxbarı" qəzeti "Tiflisskiy vedomosti"nin əlavəsi olduğu üçün onun redaktoru saray müşaviri Sankovski idi. 1798-ci ildə anadan olan P.S.Sankovski təhsilini xaricdə almışdı. Bir neçə xarici dil bilirdi. O, 1823-cü ildə Tiflisə gəlmiş, Qafqaz baş hakiminin dəftərxanasında çalışmışdı. 1827-ci ildə Sankovski Qafqaz baş hakimi Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur işləyib. Nəşrə başlayan "Tiflisskiy vedomosti" qəzetinin redaktoru təyin olunmuşdu.

"Tiflis əxbarı"nın materiallarını Mirzə Əpriəm Yenikolopov redaktə edirdi. O, şərq dillərini bilirdi.

Arxiv materiallarından bəlli olur ki, "Tiflis əxbarı"nın Azərbaycan dilində olan variantı farsca nəşri bağlandıqdan sonra çap olunub. Paskeviçdən sonra Qafqazın baş hakimi olan baron Rozenin 1831-ci ilin dekabr ayının 30-da maarif naziri Livenə yazdığı məktubdan bu, bəlli olur. Rozen yazırdı ki, məndən əvvəl burada fars dilində "Tiflisskiy vedomosti" qəzeti nəşr olunmuş, abunə azlığından qəzet bağlanmışdır. ...Fars dili nəinki bizə mənsub olan və tatarlar (Azərbaycan türkləri) yaşayan Zaqafqaziya ölkəsində, hətta Azərbaycanın özündə də az yayılıbdır. Həmin nəşrdən gözlənilən fayda məni, onu bərpa etmək zərurətinə inandırdı, lakin fars dilində yox... tatar dilində". Baron Rozen maarif nazirinin nəzərinə çatdırırdı ki, azərbaycanca çap olunacaq "Tiflis əxbarı" farsca çıxmış qəzetin məzmununa müvafiq materiallar verəcəkdir. Məqalələrin məzmunu isə bu şəkildə müəyyənləşdirilmişdir.

1. Dövlət tərəfindən Zaqafqaziya müsəlmanlarına verilən yüksək mükafatlar haqqında məlumatlar. 2. Asiyalılar üçün anlaşıqlı və maraqlı olan xarici və daxili yeniliklər. 3. Yerli əhali arasında Avropa təhsilinə, sənayesinə rəğbət oyadan müxtəlif materiallar.

"Tiflis əxbarı" təkcə Zaqafqaziyada deyil, İranda və Türkiyədə də oxuyurdular. Vərəqə şəklində həftənin çərşənbə günləri çıxan bu qəzetdə Abbasqulu ağa Bakıxanov (1794 -1846) da fəaliyyət göstərdi. O, Sankovskinin "məişət, tarix, ədəbiyyat, mədəniyyət" məsələləri üzrə məsləhətçisi idi. A.Bakıxanov şərq xalqlarının tarixini, mədəniyyətini, fars, rus, ərəb dillərinin mükəmməl bilicisi kimi Qafqaz baş əmirliyinin diqqətində idi. Akademik Fuad Qasımzadə "Tiflis əxbarı”nın Qubada əhali arasında yayılmasında A.Bakıxanovun iştirak etdiyini yazırdı.

"Tiflisskiy vedomosti"nin həm rus, həm də yerli dillərdə çıxan əlavələri ciddi senzura nəzarətində çap olunur, hərbi orqan onları daim diqqətdə saxlayırdı. "Tiflis əxbarı"nın bir neçə nömrəsi çıxdıqdan sonra onun nəşri dövlət tərəfindən bağlanıldı.


Ədəbiyyat:

Axundov Nazim. Azərbaycanda dövri mətbuat. (1832-1920). Biblioqrafıya - Bakı. 1965
"Azərbaycan dövri mətbuatı". (1832-1920). Biblioqrafiya. Bakı. 1987
Zeynalov N. "Azərbaycan mətbuatı tarixi". I hissə. Bakı. 1973.
Zeynalov N. Azərbaycan mətbuatı tarixi. II hissə. Bakı. 1974
Çobanlı M.M. Gürcüstanda Azərbaycan mətbuatı. Bakı, 1998

Müşfiq BORÇALI,
ZiM.AZ



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

Təklif edirəm ki, Azərbaycan mətbuat taiximizi - “Tiflis əxbari” qəzeti ilə ...

MEDİA, Müşfiq Borçalı
“Azərbaycan” qəzetinin  yenidən fəaliyyətə başlamasının  25 illik Yubiley t ...

“Azərbaycan” qəzetinin yenidən fəaliyyətə başlamasının 25 illik Yubiley t ...

MEDİA, "Şərqin səsi", Müşfiq Borçalı, Köşə yazılar
Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏ

Professor Abbas Hacıyev: ÜMUMİMARAQ SƏVİYYƏSİNDƏ

Arxiv-ZİRVƏ.İNFO, ADPU, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Müşfiq Borçalı
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb

Ədəbiyyatşünas alim Şurəddin Məmmədlinin yeni kitabı işıqüzü görüb

Fond, Yeni nəşrlər, Tiflis, Turan
Türk dilində ilk mətbuat orqanı «Təkvimi-vəkayi»- 185

Türk dilində ilk mətbuat orqanı «Təkvimi-vəkayi»- 185

MEDİA, BDU
Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti”  ...

Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzet “İlin ən tolerant qəzeti” ...

"Gürcüstan", Tiflis
Bolnisidə Azərbaycan dilində

Bolnisidə Azərbaycan dilində "Ümid" adlı qəzet nəşr olunub

"SAZLI-SÖZLÜ BORÇALI", "Ümid", Bolus, Təbriklər

"Kəşkül” jurnalının birinci nömrəsi – Tiflis, 31 yanvar 1883- cü il ... və ...

MEDİA, Köşə yazılar
Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..

Müşfiq BORÇALI: TİFLİS - DOĞMA ŞƏHƏR!..

Tiflis, Köşə yazılar
 «Ziya» qəzeti -140

 «Ziya» qəzeti -140

Elmi Məqalələr
KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

KİTAB RƏFİ: Müşfiq Çobanlı. “Ziya”dan “Çənlibel”ədək. Bakı, 2000.

Yeni nəşrlər, MEDİA, Gürcüstan, Darvaz, Müşfiq Borçalı
SEVGİNİN  KİTAB-KİTAB  DİLLƏRİ

SEVGİNİN KİTAB-KİTAB DİLLƏRİ

MEDİA, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı

"Ziyayi-Qafqaziyyə" qəzetində milli-mənəvi dəyərlərimizə münasibət

MEDİA
Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Gürcüstanda azərbaycanlı alimin gürcü dilində nəşr olunan kitabının təqdima ...

Tiflis
Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Məhəmmədhüseyn Şəhriyarın fars dilində yazdığı əsərləri Azərbaycan dilində

Yeni nəşrlər, Humanitar elmlər, Cənubi Azərbaycan
Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıb

Gürcüstanda “Yeni Yol” qəzeti fəaliyyətə başlayıb

"Yeni yol", MEDİA, Gürcüstan, Qarayazı, Təbriklər
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis

"YENİ YOL" qəzetinə uğurlar arzulayırıq!..

"Yeni yol", Tv, Qarayazı

"Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı"nın Tbilisi üzrə nümayəndəs ...

Tiflis, Qarayazı
Rəy yazın: