Tiflisdə İtalyan yazıçılarının əsəri əsasında “Azad ailə” tamaşası oynanılıb Gürcüstan » Tiflis 23 октября 2017 Tiflis Azərbaycan Dövlət Dram Teatrında növbəti tamaşa oynanılıb. ZİM.Az-ın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, "Azad ailə" adlandırılan tamaşada rolları gənc və istedadlı aktyorlardan Aslan Qaraçop, Anar Rafiqoğlu, Aida Tagıyeva, Leyla Qasımova, Şeyla Cəfərova oynayıblar. İstedadlı aktyorlar həmişə oynadıqları tamaşalarda öz rollarını peşəkarcasına nümayiş etdiriblər.Əsərin müəllifləri İtalyan yazıçıları Dario Fo və Franka Rame və tamaşanın regissoru David Nikoladzedir.Tiflis Azərbaycan Dövlət Dram Teatrının gənc aktyorları bu ay artıq ikinci dəfədir ki, səhnəyə çıxırlar. Dünən oynanılan tamaşa tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Teatrın aktyorları keçən həftə Jan Koktonun qələmə aldığı “Fəryad edənin səsi” adlı tamaşanı səhnələşdiriblər. ”Teatrın aktyoru Anar Rafiqoğlu açıqlamasında oktyabrın 29-da Türkiyəyə səfər edəcəklərini və Adana şəhərində təşkil edilən festival qatılacaqlarını bildirib: “Biz bu səfərə ciddi hazırlaşmışıq. Festivalda gürcü yazıçısı David Kldiaşvilinin “Darispanın əziyyəti” tamaşasını oynayacağıq. Düşünürəm ki, hər dəfə səhnədə oynadığımız əsərlər tamaşaçılar tərəfindən yenə də alqışlarla qarşılanacaq,” - aktyor A.Rafiqoğlu vurğulayıb.Nizami Məmmədzadə, jurnalistZİm.az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.