Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti

Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti Tiflis Müsəlman Əmirliyi - Azərbaycan dövləti Səlcuq ordusu Arıxlı yaxınlığında Gürcü ordusunu ağır məğlubiyyətə uğratdı

Borçalıda ərəblər ilk dəfə 642-643-cü illərdə, xəlifə Ömərin hakimiyyəti dövründə göründü. 653-ci ildə isə xəlifə Osmanın sərkərdəsi Həbib ibn Məslamın rəhbərliyi altında ərəb ordusu Zaqafqaziyaya daxil oldu. Onlar artıq 654-cü ildə Borçalını, həmçinin Zaqafqaziyanın böyük bir hissəsini xəlifəliyin torpaqlarına qatdılar. Tıflisin yerli hakimi müqavimət göstərməyin səmərəsiz olduğunu görüb ərəblərə müqavilə bağlamağı təklif etdi və Məslam təkliflə razılaşdı. Müqaviləyə əsasən sərkərdə şəhər sakinlərinin təhlükəsizliyinə, dini və abidələrə toxunulmayacağına zəmanət verdi, hər ailəyə isə can və mal mülkiyyətinin qorunması qarşılığında bir dinar cizyə vergisi təyin edildi.Cizyə müsəlman ölkələrində qeyri müsəlman əhalidən alınan vergidir. Yəni fəth edilən ərazidə qeyri müsəlmanlardan kollektiv olaraq alınırdı. Bu barədə Ərəb tarixçisi Tabarinin məlumatına bildirilib ki, ərəb ordusu Həbib ibn Məslamın rəhbərliyi altında Tiflisi və ətraf əraziləri tutdu və sakinlərə təhlükəsizlik və ya «müdafiə fərmanı» verdi. Məşhur ərəb tarixçisi Yaqut əl-Həməvi isə yazıb ki, ərəblər Qafqazda yerli əhali ilə bağladıqları müqavilələrdə öhdəlik götürürdülər ki, “əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək, əhaliyə bayramlarda öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə, onu etməyə mane olmayacaqlar».
Amma sonradan bir müddət ərəblər bu ərazilərdən çəkilməli oldular. Buna səbəb xəlifəlikdə hakimiyyət uğrunda daxili müharibələrin başlaması idi və bu müharibələr I Müaviyyə (661-680). hakimiyyətə gələnədək davam etdi. Aydındır ki, həmin dövrdə başları daxili müharibəyə, hakimiyyət uğrunda mübarizəyə qarşan ərəblər bizanslar tərəfindən azad edilmiş bu ərazilərlə o qədər də maraqlanmırdılar. Yeni xəlifə Zaqafqaziyanın tabeliyindən ayrılmış ölkələrini tabe etmək üçün sərt tədbirlər görməli oldu. Nəzarətdən çıxmış ərazilərin əksəriyyəti yenidən xəlifəni hakimiyyəti altına keçdi. 735-ci ildə isə Əməvi sülaləsindən olan sərkərdə Mərvan ibn Məhəmmədın (Sonuncu Əməvi xəlifəsi, II Mərvan 744-750 hakimiyyətdə olub) rəhbərliyi ilə ərəb ordusu yenidən Tiflısı gəldi və şəhəri tutdu. Mərvan bütün Zaqafqaziyanın canişini (732-744 illər) təyin olundu, onun vəzifəsinə yerli əhalini islamlaşdırmaq daxil idi. Tiflis şəhəri isə canişinliyin mərkəzinə çevirildi. O, həmçinin canişinliyin nəzdində Tiflis əmirliyi yaratdı. İlk dövrlərdə əmirin hakimiyyətinə Şərqı Gürcüstan daxil idi. Tarıxi mənbələrdə canişinin Xəzər xaqanlığının üzərinə etdiyi yürüşdən əsir aldığı 20 min xəzər ailəsinin Kaxetiya bölgəsinə yerləşdirdiyi barədə məlumatlar var.

Ərəbistandan yeni fəth edilən Qafqaz əyalətlərinə, o cümlədən Borçalıya islamiyyəti yaymaq üçün müsəlmanlar köçürüldü. Türk alimi Dr.O.Yeniaraz həmin dövrdə Borçalıya yerləşdirilən bir qrup ailənin Həzrəti Həmzə soyundan olduğunu və o vaxt bölgənin Tərki-Məkkələr adlanan həmin ailələrin nümayəndələrinin idarə etdiyini yazır. Xatırladım ki, Məhəmməd peyğəmbərin (s) Məkkədən Mədinəyə Hicrət olayı sırasında Məkkəni tərk edənlərə Qafqaz müsəlmanları Tərki-Məkələr deyirdilər.
Ərəblər zaman keçdikcə türkləşərək etnik kimliklərini itirdilər.
Çünki onlar bu torpaqların sahibləri olan türk tayfaların əhatəsində idilər.

Tiflisi ilk müstəqil idarə edənlər Şüeybilər sülaləsinin nümayəndələri oldular.
Xəlifə Harun ər-Rəşidin (786-809) hakimiyyət illərində Tiflis hakimləri o qədər güclənmişdi ki, Xəlifə Əminin (809-813) dövründə İsmayıl ibn Şüeyb (809-813) artıq mərkəzi hakimiyyətə tabe olmaq istəmirdi. Bu, mərkəzi hakimiyyəti razı salmırdı. Bu səbəbdən də Xəlifə Məmun (813-833) hakimiyyətə gəldikdən sonra Tiflisdə Şüeybilər sülaləsinə mənsub olmayan Məhəmməd ibn Attabı (813-829) hakimiyyətə gətirdi. Qısa müddət sonra Arran canişini Xalid ibn Yəzid müstəqilliyə meylli olduğuna görə Məhəmməd ibn Attabı da Tiflis əmirliyi vəzifəsindən uzaqlaşdırdı və onu İsmayıl ibn Şüeybın qardaşı Əli ibn Şüeyblə (829-830) əvəz etdi. İstər Əli ibn Şüeyb, istərsə də qardaşı oğlu İshaq ibn İsmayılın (830-853) hakimiyyət dövrü Tiflis əmirliyinin ən qüdrətli dövrüdür. Bu dövrdə Xilafət ərazisində əmirlərin müstəqillik uğrunda mübarizəsi başlandı. Əmir İshaq (Saak) (830-853) o qədər güclənmişdi ki, xəzərlərin yardımı ilə Bizans hakimiyyətindən qurtularaq müstəqil olan abxazlar da ona vergi ödəyirdilər. Eyni zamanda Bizans imperatoru Feofilin (829-842) orduları Vənənd (Qars və ətrafı) ərazisinə daxil olduqları zaman İshak tərəfindən darmadağın edildilər. Bu Xəlifə Vasiqin (842-847) bir müddətliyinə İshaqı bütün Cənubi Qafqazın hakimi kimi tanımağına səbəb oldu. İshaqın dövründə əmirliyin sərhədləri qərbdə Qarsa qədər uzanırdı. Bu da müasir dövrdə Borçalı adlandırdığımız torpaqları əhatə edir. Artıq IX əsirin ortalarında Tiflis əmiri Bağdada xərac ödəməkdən imtina etdi. Buna cavab olaraq Abbasilər Buğa əl-Kəbirin rəhbərliyi altında Tiflis Müsəlman Əmirliyinə cəza dəstəsi göndərməli oldu. Ərəb sərkərdəsi türk mənşəli olub bir çox hərbi əməliyyatlarda şöhrət qazanmışdı. Buğa əl-Kəbir 853-cü ildə şəhəri tutdu. Tiflisin Şüeybilər sülaləsindən olan əmiri İshak (Saak) isə əsir götürülərək çarmıxa çəkildi. Şəhər tutulduqdan sonra müsəlman əmirliyinin xristian sakinlərinin bir hissəsi Abxaz çarlığına qaçdılar.
Sərkərdə Buğa əl-Kəbir öz orduları ilə vilayətdən vilayətə keçərək, Dərbənd qapılarını açdı və Dmanisə ( Başkeçid) 3 min ailə köçürdü. Əgər nəzərə alsaq ki, bu dövrdə «darvazaların (Dərbənd nəzərdə tutulur ) o tayında şəhərləri olan bulqar türkləri yaşayırdı», onda bu köçürülənlərin də bulqarlar olmasına şübhə yeri qalmır. Şüeybilər sülaləsini Şeybani sülaləsi əvəz etdi. Bu sülalənin dövründə Dmanis əmirliyi Tiflis əmirldiyindən ayrıldı. Ərəblərin bütün səylərinə baxmayaraq Tiflis əmirliyi 880-ci illərdə müstəqilliyə nail oldu. Cəfərilər sülaləsi hakimiyyətə gəldi. Artiq əmirliyin ərazisi xeyli kiçilmişdi. IX əsrin sonunda əmirliyin cənub əraziləri erməni Baqratuni sülaləsi tərəfindən işğal edildi. IX əsrin ortalarında etibarən əmirliyin ərazisində qalan yeganə müsəlman şəhəri Tiflis idi. O zaman Tiflis Dərbəddən sonra Qafqazın ikinci ən böyük şəhəri sayılırdı. X-XI əsrlərdə Tiflis əmirliyinin şimal sərhəddi Diqom vadisinə qədər uzanırdı. Msxeta bəzən onların nəzarətində, bəzən isə nəzarətdən çıxan bir ərazi olurdu. Belə ki, təxminən 853-cü ilə aid Diqom düzənliyindəki Maçxan kilsəsinin divarında Tiflis əmirinin məmuru Huməd İbni Kitrin adının yazılması bu ərazilərin Tiflisə aid olduğunu deməyə əsas verir.

Səlcuq türklərinin Cənubi Qafqaza gəlişi isə Cənubi Qafqazda, o cümlədən Borçalıda İslam-Türk amilinin qəti şəkildə qələbəsi idi. Çünki həmin vaxt Borçalı boyu arasında az da olsa xristianlıq yayılmışdı. Səlcuq sultanı Alp Arslan Loru əmiri, qriqoriyan xristianlığı mənimsəmiş II Gurgenin qızı ilə evləndikdən sonra xristian borçalılar da islam dinini qəbul etdilər. XI əsrdə səlcuqlar Zaqafqaziyada hərbi əməliyyatlara başladı. 1064-cü ildə Alp Arslanın rəhbərliyi ilə səlcuq ordusu Zaqafqaziyaya doğru irəlilədi. Səlcuq ordusu ilə gürcü ordusu Arıxlı yaxınlığında qarşılaşdı və gürcü ordusu döyüş meydanından məğlub ayrıldı. Arıxlı türk qələbəsinin tarixi məkanı oldu.

1071-ci ildə isə səlcuq ordusu Məzargit döyüşündə birləşmiş bizans, gürcü və erməni ordusunu ağır məğlubiyyətə uğratdı. Artıq 1081-ci ildə Gürcüstanın böyüyk bir hissəsi, o cümlədən istər Tiflis, istərsə də Dmanis əmirliyi səlcuqların ərazisinə daxil idi. «Onu da qeyd edim ki bu yaxınlarda Dmanis əmirliyinin ana qartal və ona sığınmış bala qartal gerbini tapdım. Biz bilirik k, Səlcuqların rəmzi iki başlı qartaldır. Gerbdə təsvir olunan balaca qartal Dmanis əmirliyi, sığındığı isə Böyük Səlcuk İmperiyasıdır»,- tarixiçi Kərəm Məmmədov müsahibələrin birində deyib.

Bəzi tarixçilər Alp Arslanın və onun varisi Məlik şahın sultanlığı dövründə (1072-1092-ci illər) Borçalı və Qazax bölgəsinə türkmən (oğuz) topluluqlarnın yerləşdirildiyini bildirirlər. Göründüyü kimi bu torpaqlara yerləşdirilənlər yenə də türk mənşəli idi və burada onlar özlərini yad hiss etmirdilər. Çünki yerli əhali də türklər idi. Həmin dövrdə ancaq Tiflis və ona bitişik ərazilər əmirin hakimiyyəti altında qalmışdı.

1080-ci ildən sonra isə Tiflis əmiri barədə məlumatlara rast gəlinmir.
Tarixi mənbələrin bildirdiyinə görə, şəhəri ağsaqqallar şurası idarə edirdi.
1121-ci il 12 avqustda Səlcuq ordusu Didqori döyüşündə məğlub olduqdan sonra Tiflis əmirliyinin sonu gəldi.
1122-ci ildə IV David Tiflisə daxil oldu və həmin vaxtdan bu şəhəri öz dövlətinin paytaxtına çevirdi.

Beləliklə, Tiflis müsəlman əmirliyi Qafqazın ərəb orduları ilə 645-ci ildə başlayan fəthi prosesində, 735-ci ildə Tiflis şəhərinin Mərvanın başçılıq etdiyi ərəb orduları tərəfindən tutulması ilə yaranmışdır. Tiflis əmirliyi dövründə hakimiyyət ardıcıl olaraq 3 nəslin (sülalənin) əllərində cəmləşmişdir; bunlar - Şüeybilər, Şeybanilər və Cəfərilər nəsilləridir. O bir azərbaycan dövləti idi. Çünki əmirliyin ərazisində əsasən türklər yaşayırdı. Bu torpaqlar bizim doğma vətənimiz olub, olaraq da qalır.

Pünhan Əfəndiyev

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

"Borçalı" Cəmiyyəti
Borçalı azərbaycanlıları

Borçalı azərbaycanlıları

"Şərqin səsi", Borçalı
Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram ç ...

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram ç ...

Tarix
VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

AMEA Tarix İnstitutunun KEŞİKÇİDAĞla bağlı BƏYANATI

İctimai elmlər, Tarix
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
Türkoba

Türkoba

Gürcüstan, Tarix
DUMANİS BƏLƏDİYYƏSİ

DUMANİS BƏLƏDİYYƏSİ

Başkeçid, Tarix, "Borçalı" Cəmiyyəti
Azərbaycan dilində çıxan ilk qəzet:

Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı"

Tiflis
Arıxlı toponimi və ... 6800 il tarıxi olan yaşayış məntəqəsi

Arıxlı toponimi və ... 6800 il tarıxi olan yaşayış məntəqəsi

Bolus, Tarix

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
SEXƏLİFƏ OCAĞI

SEXƏLİFƏ OCAĞI

Regionlar, Tarix
Cemal STEPNADZE:   XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN  ARASINDA SİYASİ ƏLAQƏL ...

Cemal STEPNADZE: XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA SİYASİ ƏLAQƏL ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze dini birliklərin nümayənd ...

Tiflis
EMİN AĞA BORÇALI (1868-1937)

EMİN AĞA BORÇALI (1868-1937)

Bolus, Tarix, "Borçalı" Cəmiyyəti
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN

Ədəbi əlaqələr, Tiflis
Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolnisidə almanların köçürülməsinə həsr olunan “Bolniskalakoba” (Bolnisi Şə ...

Bolus
Rəy yazın: