Səadət BUTA: BAYATILAR Tiflis, Başkeçid 30 ноября 2016 TİFLİS BAYATILARIƏzizim, canım Tiflis,Damarda qanım Tiflis.Qorxuram həsrətindən,Alışım, yanım, Tiflis.Tiflisin yanı dağlar,Olub həyanı dağlar.Tiflisdən ayrı düşdüm,Çürütdüm canı, dağlar.Tiflisin Kürü gözəl,Açılan gülü gözəl.Atalar yaxşı deyib,Hər kəsin eli gözəl.Əzizim, qalalı Tiflis,Güllü, lalalı Tiflis.Dünya mənə dar olub,Sənsiz qalalı, Tiflis.Əzizim, qana Tiflis,Sən mənə ana Tiflis.Doqquz aprel gecəsi,Boyandı qana Tiflis.Tiflis tökər yaş, ağlar,Göydə gedən quş ağlar,Doqquz apreldən desəm,Qaya sızlar, daş ağlar.Əzizinəm, nur dağı,Gör bağçanı, gör bağı.Başdan-başa cənnətdi,Gürcüstanın torpağı.Əzizim, Tiflisə sarı,Tiflis eşqin hasarı.Dünyanı dörd dolandım,Yolum Tiflisə sarı.Əzizim, Sənan dağı,Görmədim sınan dağı.Məhəbbət məbədidi,Tiflisin Sənan dağı.Eləmi, orta çala,Namərdi yolda qala.Yadıma elə düşüb,Tiflisdə Ortaçala.Əzizinəm, bizə gəl,Yandım oda-közə, gəl.Əcəl gəlib, can gedir,Ölürəm, Tiflisə gəl.Eləmi, bəsdə Tiflis,Gülləri dəstə Tiflis.Səndən ayrı düşəliMən oldum xəstə, Tiflis.Tiflisin daşı yandı,Gözümün yaşı yandı.Apreldə boran oldu,Bağrımın başı yandı.Əzizim, qoca Tiflis,Göylərdən uca Tiflis.Mən sənsiz yaşamışam,Görəsən necə, Tiflis.Şəhərlər başı Tiflis,Könlüm sirdaşı Tiflis.Gürcüstanım bir üzük,Sən yaqut qaşı, Tiflis.Qaynar ocağım Tiflis,İsti qucağım Tiflis.Mənim üçün cənnətdi,Hər bir bucağın, Tiflis.Yarım bəylər başıdı,Naçalnik yoldaşıdı.Əynindəki xələtiTiflisin qumaşıdı.Tiflisin yollarında,Bənd oldum kollarında.Kaş öləydim, qalaydımYarımın qollarında.Tiflisin daşı təkdi,Gülü ətək-ətəkdi.Tiflisdə bir qız sevdim,Elə bil ki, mələkdi.Qumaşım, şalım gəldi,Pətəkdə balım gəldi.İrəvandan qardaşım,Tiflisdən yarım gəldi. * * * Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.