MÜASİR AZƏRBAYCANIMIZIN MEMARI

MÜASİR AZƏRBAYCANIMIZIN MEMARI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XALQIN İRADƏSİ İLƏ HAKİMİYYƏTƏ YENİDƏN QAYIDIŞI, XX ƏSRİN SONUNDA ÖZ XİLASKARLIQ MİSSİYASINI YERİNƏ YETİRMƏSİ NƏİNKİ ÖLKƏMİZİ BÖHRAN VƏ DEPRESİYALAR GİRDABINA YUVARLANMAQDAN XİLAS ETDİ. HƏM DƏ AZƏRBAYCANIN DÜNYA BİRLİYİNƏ İNTEQRASİYASINI HƏYATA KEÇİRDİ. ÖLKƏDƏ HƏYAT YENİDƏN ÖZ MƏCRASINA DÜŞDÜ. İCTİMAİ-SİYASİ SABİTLİK BƏRPA OLUNDU. ARTIQ MİLLİ İNKİŞAF STRATEGİYASININ PRİORİTETLƏRİNİ MÜƏYYƏNLƏŞDİRMƏK VƏ ONU DAVAMLI OLARAQ HƏYATA KEÇİRMƏK ÜÇÜN ZƏMİN YARATMIŞDI. BU PRİORİTETLƏRİ MÜƏYYƏN EDƏRKƏN DÜNYADA BAŞ VERƏN PROSESLƏR VƏ YAXIN-UZAQ PERSPEKTİVDƏ ÖLKƏNİN AHƏNGDAR İNKİŞAFINI TƏMİN EDƏCƏK AMİLLƏR TƏHLİL OLUNMALI İDİ.

"Mən Azərbaycan Respublikasının prezidenti kimi xalqına, onun dövlətçiliyini, müstəqillik və azadlığını müdafiə etməyə yönəlmiş, möhkəm qətiyyətə arxalanaraq, onun iradəsini yerinə yetirmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəyəm" - deyən Heydər Əliyev 1994 - cü il oktyabr və 1995 - ci il mart qiyamlarını xalqla birlikdə yatırdıqdan sonra, daxili düşmənlər əzildikdən və xarici düşmənlərin arzusu gözündə qaldıqdan sonra bütün fəaliyyətini müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, cəmiyyətdə demokratiyanın və insan hüquqlarının bərqərar olunmasına həsr etmişdir.

Getdikcə daha çox qloballaşan siyasət meydanında istədiyini həyata keçirmək istəyən peşəkarlıq hər bir siyasətçiyə nəsib olmur. Artıq zaman dəyişib, dünya da dəyişib, dünya həmin dünya deyil, elə Azərbaycanın özü də həmin əvvəlki Azərbaycan deyil. Bir vaxtlar yalnız arzu kimi ürəklərdən keçənlər bu gün artıq təkzibedilməz reallığa çevrilib.

Dahi şəxsiyyət Heydər Əliyevin məqsədyönlü siyasəti, səriştəli diplomatiyası sayəsində Azərbaycanın nüfuzu gündən - günə durmadan artır. Azərbaycan Respublikasına, onun iqtisadiyyatına xarici sərmayələrin axını ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası, demokratik dəyərlərin qorunması, azad seçkilərin keçirilməsi, şərq aləmində ilk addım olan ölüm hökmünün ləğv edilməsi, siyasi partiyaların sərbəst fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması Azərbaycanın yaxın gələcəkdə gözəl bir diyara çevriləcəyindən xəbər verir.

Şükürlər olsun ki,
Azərbaycanın və Azərbaycan xalqının bəxti gətirib. Onun dünya elitasında özünəməxsus yeri olan görkəmli siyasi xadim, vətənpərvər bir şəxs olan Heydər Əliyev kimi dövlət xadimi vardır. Dahi rəhbər xalq qarşısında çıxışlarının birində demişdir: "Ömrümün bundan sonrakı hissəsini harda olursa - olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra öz müstəqilliyini və azadlığını itirməyəcək. Yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq. Heç bir dövlətin əsarəti altına düşməyəcək".

YUNİS QARAXANOV.
"Şərqin səsi" qəzetinin və
"Zim. Az" saytının xüsusi müxbiri,
şair-publisist


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əsrin müqaviləsi

Əsrin müqaviləsi

Qarayazı, Tarix, Sosial
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
Valeh MİRZƏ: Qurtuluşumuzun Təvəllüd Günü

Valeh MİRZƏ: Qurtuluşumuzun Təvəllüd Günü

Köşə yazılar
Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir

AzTU
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Konstitusiya dövlətin ali qanunudur!..

Konstitusiya dövlətin ali qanunudur!..

Azərbaycan, Hüquq
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU-da 18 Oktyabr - Dövlət Müstəqillik Günü qeyd olunub

AzTU
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ...

Əsas xəbər, Azərbaycan, "Şərqin səsi"
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

AzTU
İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

İlham Əliyev Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə k ...

Əsas xəbər
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Azərbaycan, MEDİA
Heydər Əliyevin yolu ilə...

Heydər Əliyevin yolu ilə...

Regionlar, Məktəblər
Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ulu öndər Heydər Əliyevin ana ...

Qabal
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Əsas xəbər

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövz ...

MEDİA
Rəy yazın: