QARAÇÖPÜN PROBLEMLƏRİ

QARAÇÖPÜN PROBLEMLƏRİSaqareco bölgəsində - Qaraçöp mahalında
yaşayan azərbaycanlıların hal-hazırda sosial-iqdisadi, milli-mənəvi və təhsil problemlərinin vəziyəti:


Saqareco rayonunda milli Azərbaycan dilli məktəblər:

1. Yor-Muğanlı ictimai məktəbi
2. Düzəyrəm, Qarabağlılar, Balday ictimai məktəbi
3. Ləmbəli, Qazlar, Tüllər ictimai məktəbi
4. Muğanlı natamam orta məktəbi

1. Təhsilin vəziyyəti
2. Demoqrafik vəziyyət
3. Əhalinin işgüzarlığı
4. Dinin vəziyyəti
5. Mədəniyyət
6. Sosial vəziyyət (qaz, su, işıq)
7. Gürcü ictimaiyyətinə inteqrasiya
8. Əhalinin şəxsiyyət qeydiyyatı haqqında
9. Kriminal vəziyyət
10. İntellektual şəxslərin fəallığı
11. Əhalinin torpaqla təmin olunma vəziyyəti
12. Gənclər haqqında
13. Əsas təsərrüfat: mal-qoyunun aran-yaylaq vəziyyəti (Samtsxe-Cavaxeti)
14. Əhaliyə dövlət tərəfindən sosial yardım-köməklik olurmu
15. Qadınların ictimaiyyətdə rolu

1. Təhsilin vəziyyəti

1. Məktəblərin texniki bazası: (binanın təmirə ehtiyacı varmı, yeni məktəb tikintisi). Ləmbəli ictimai məktəbində Qazlar və Tüllər kəndinin uşaqları da oxuyur. Bu məktəbin binası (3 mərtəbəli bina) 4 ildir texniki cəhətdən təhlükəli olduğuna görə kirayə tutulmuş evlərdə yerləşdirilib. Kirayə tutulmuş bir mərtəbəli bina antigigienik cəhətdən müəllim və uşaqlar üçün təhlükəli və mənəvi cəhətdən ziyanlı, müassir tələblərə minimum dərəcədə cavab vermir.
Yeni məktəb binasının tikintisi üçün lahiyə məsələləri rəsmiləşdirilib. Yor Muğanlı ictimai məktəbi üç mərtəbəli bina olmasına baxmayaraq əsaslı təmirə böyük ehtiyacı vardır. Bu məktəb üçün də müasir sdandarta cavab verən yeni lahiyə əsasında yeni məktəb tikintisi rəsmiləşdirilibdir.
Muğanlı baza məktəbi (9 illik) iki mərtəbəli keçmiş uşaq bağçasında məskunlaşıb. Məktəbin texniki vəziyyəti normal olmasına baxmayaraq əsaslı təmirə ehtiyacı vardır.
2. Müəllimlərin sosial vəziyyəti:
Yor-Muğanlı, Ləmbəli, Düzəyrəm və Muğanlı məktəb müəllimləri dövlət tərəfindən elektrik enerjisi üçün vauçer (20-30 lari), Ləmbəli ictimai məktəbi isə özünün maliyyə potensialından hər kvartalda 50 lari əlavə müəllimə maaş verirdi (2011-ci il) bu ilin yanvarına kimi, Düzəyrəmdə isə belə bir imkan yoxdur.
3. Məktəblərdə son 20 ildə milli kadr hazırlığı varmı:
Yor-Muğanlı Ləmbəli, Düzəyrəm və Muğanlı ictimai məktəblərində son 20 ildə milli kadr hazırlığı yoxdur. Məktəblərdə çalışan müəllimlərin hamısı keçmiş İmperiya dövründə qurtarmış kadrlardı. Pedaqoji kollektivlərdə kadrların "qocalma" prosesi durumu yaşanmaqdadır.
4. Məktəb məzunlarının ali məktəblərə qəbul olunması: (son 20 ildə)
Son vaxtlar Yor-Muğanlı, Ləmbəli, Düzəyrəm və Muğanlı (9 illik) məktəblərini qurtaran məzunlardan Gürcüstan ali məktəblərinə gürcü dilində imtahan vermələr qəbul olunması mərhələ-mərhələ artır.
5. Gürcü dili-dövlət dilinin tədrisi və gürcü ictimaiyyətinə inteqrasiya:
Yor-Muğanlı, Ləmbəli, Düzəyrəm ictimai məktəblərində dövlət dili-gürcü dili dərslərini ixtisasçı-milliyətcə gürcü olan ali təhsilli kadrlar tədris edir və şagirdlər tədricən dil öyrənməyə həvəs göstərirlər.
Muğanlı baza məktəbində 2 gürcü müəllimi çalışır ki, onun biri ayda 1000 lari maaş alır və məktəbdə əlavə dil öyrənmə qrupu fəaliyyət göstərir. Əlavə dövlət dili öyrənmə qrupu o biri məktəblərdə var və həmin qrup müəlliminə əlavə maaş verilir.

6. Milli dildə dərsliklərlə təmin olunmanın vəziyyəti:
Məktəblərə birinci sinif şagirdlərinin dərslikləri, Gürcüstan tarixi və Gürcüstan coğrafiyası pulsuz verilir, qalan dərsliklər pullu satın alma ilə olur valideyn tərəfindən.
Tədris fənnləri üzrə dərsliklərin gürcü və ya başqa dildən tərcüməsi milli dilə çox zəif, elmi cəhətdən qüsürludur.
Dərsliklərin satış dəyəri baha qiymətədir və dərsliklərin kağız çap olunma məmulatı keyfiyyətsiz kağız növü ilə çap olunur.
7. Şagirdlərin kompyuterdə işləməsi və informasiya ilə əlaqəsi:
Düzəyrəm, Muğanlı baza məktəbində kompyuterlər var-siniflərdə quraşdırılıb, ali təhsili müəllimlər məşğul olurlar. Eyni zamanda internet bağlantısı var.
Ləmbəli ictimai məktəbində 46 ədəd yeni tipli müasir kompyuter var, şərait olmadığından quraşdırılmayıbdır.
Yor-Muğanlı ictimai məktəbində 20 kompyuter var, dərs keçirilir və internetlə işləyirlər.
8. Məktəb direktoru və müəllimlərin attestasiya münasibəti:
Məktəb direktorları və müəllimlər Milli attestasiya mərkəzi və Təhsil Nazirliyinin məktəb direktorları-müəllimlər üçün həyata keçirdiyi attestasiyanı normal qəbul edir.
Ancaq attestasiyaya hazırlaşmaq üçün hüquqi, elmi-metodiki məcmuələr, göstərişlər olmadığını vurğulayırlar. Onun üçün əvvəlcədən kursların təşkilinə ehtiyacın olduğunu bildirirlər.
9. Məktəb sənədləri-jurnallar, iş planları və.s hansı dildə həyata keçirilir:
Məktəb sənədlərinin hamısı heç bir hüquqi sərəncam, göstəriş (yazılı) olmadan, yalnız şifahi göstərişlər – "təzyiqlər" sayəsində dövlət dili, gürcü dilində həyata keçirilir.
Sənədləşmənin gürcü dilində həyata keçirilməsi direktorların xətti ilə "yuxarı"ların göstərişi əsasında olur!...
10. Məktəbin gələcəyini necə görmək istəyirsiniz:
Yor-Muğanlı, Ləmbəli, Düzəyrəm və Muğanlı məktəb müəllimləri hal-hazırda adı çəkilən məktəblərdə müasir standartlara cavab verən müasir sivil yönümlü məktəb istiqamətində inkişaf etməsini görmək istəyirlər.
11. Məktəblərdə kadrların sayı, şagirdlərin sayı, gürcü bölməsinin olması:
Yor-Muğanlı – 64 müəllim və 1139 şagird; gürcü bölməsində 8 müəllim 79 şagird.
Ləmbəli – 60 müəllim və 886 şagird; gürcü bölməsində 22 müəllim 95 şagird
Düzəyrəm – 22 müəllim və 328 şagird; gürcü bölməsində oxuyan yoxdur.
Muğanlı – 14 müəllim və 209 şagird; gürcü bölməsində oxuyan yoxdur.
Cəmi – 160 müəllim və 2562 şagird, " gürcü bölməsində ": 30 müəllim, 184 şagird

2. Demoqrafik vəziyyət:

1. Əhalinin kənddən başqa məkanlara getməsi:
Yor-Muğanlı, Düzəyrəm, Ləmbəli, Muğanlı, Qarabağlılar, Qazlar kəndlərindən İmperiya dağıldıqdan sonra dünyanın başqa ölkələrinə-əsasən Rusiyaya, Azərbaycana, Türkiyəyə zaman-zaman köçgünsül var və davam edir, müşahidə olunur .
2. Son vaxtlar kənar məkanlardan yerli kəndə qayıdanlar olurmu:
Adı çəkilən kəndlərdən – xüsusən Rusiyaya gedən yerli sakinlərdən geri qayıtması müşahidə olunur.
Ancaq, Düzəyrəm və Muğanlı kəndlərində bu hal müşahidə olunmur
3. Kənddən miqrasiya və immiqrasiya zamanı qeydiyyata alınma problemi:
Kənddən kənar məkanlara gedərkən və yaxud qayıdıb gələrkən qeydiyyata alınmasında problemlər yaşanmır və müşahidə olunmur – bütün proseslər hüquqi qanun əsasında həyat keçirilir.
4. Əhalinin pasport, uşaqların doğum haqqında metrika-şəhadətnamənin alınması və verilməsində problemlərin vəziyyəti:
əhalinin pasport almasında və doğum haqqında şəhadətnamənin verilməsi rəsmi hüquqi əsaslar üzrə həyata keçirilir və həmin sənədlərin verilməsində əsaslı, arxiv sənədlərinə istinad olunur, düzləndirilir və problemlər müşahidə olunursa hüquqi qayda da yerinə yetirilir.
5. Yerli rəhbərlərin – kənd sakrebulosu, deputatların nə kimi köməyi olur:
Əhalinin pasport almasında, doğum haqqında uşaqların şəhadətnamə yaxud bu və ya digər sənədlərlə bağlı yaranan problemlər olursa yerli rəhbərlik yaxından köməklik edirlrər.

3. Əhalinin işgüzarlığı:

1. Kənd əhalisinin əsas işgüzarlığını nə təşkil edir:
Yor-Muğanlı, Ləmbəli, Düzəyrəm, Muğanlı, Qarabağlılar, Tüllər və Qazlar kəndində əhali əsaəsn həyətyanı sahə (torpaq) və digər əmək işləri ilə məşğul olur.
2. Kənd əhalisində əhalini işlə təmin etmək üçün iş yerləri açılıbmı, dövlət tərəfindən, yaxud şəxsi iş birliyi yaranıbmı:
Adı çəkilən kəndlərin əhatəsində dövlət tərəfindən əhalinin işgüzarlığı üçün heç bir iş yeri yoxdur və müəyyən imkanlı işgüzar adamlar tərəfindən iş birliyi yaranmayıbdır.
3. Kənd əhalisinin istər fərdi və istərsə də dövlət tərəfindən iş yerlərinin açılmasına ehtiyac varmı:
Əhalinin istər dövlət tərəfindən, istərsə fərdi biznesmen imkanları olan şəxslər tərəfindən iş yerlərinin açılmasına ehtiyacları var.

4. Kənddə dini inanc yerləri:

1. Kənddə dini inanc yeri-məscid varmı və onu kimlər idarə edir:
Adı çəkilən kəndlərdə əhalinin dini- inanc yerləri – məscidlər var və həmin məscidlər dini təhsili və təcrübəsi olan imamlar tərəfindən idarə olunur.
2. Dini məscidlər heç biri dövlət qeydiyyatından keçməyibdir.
3. Kənar qüvvələrin əhalinin milli dini adət-ənənələrinə, dini bayram mərasimlərinə təsiri varmı.
Kəndlərin hər birində kənd əhalisinin dini məscidlərində müvafiq dini mərasimləri, dini günlərin keçirilməsinə heç bir kənar qeyri-qanuni təsirlər olmur və müşahidə edilmir.
4. Dini məscidlərin və onun əməkdaşlarının "Əhli-beyt", "Alul-beyt" deyilən qurumlarla əlaqəsi varmı?
Dini məscidlərin və onun əməkdaşlarının adı çəkilən qurumlarla heç bir əlaqəsi yoxdur.

5. Mədəniyyət:

1. Kənddə mədəniyyət evi və klub varmı?
Adı çəkilən kəndlərin heç birində nə mədəniyyət evi, nə də klub var.
2. Kənddə mədəni-kütləvi tədbirlər keçirilirmi.
Kənddə mədəni-kütləvi tədbirlər yalnız məktəbdə: milli bayramlar, tədbirlər və dövlət ümumi milli bayramları keçirilir.
3. İstər dövlət tərəfindən, istərsə də milli adət ənənə ilə bağlı hansı tədbirləri keçirir.
Kəndlərdə milli-adət,ənənənlərini saxlanilar və dövlət bayramlarını keçirirlər.
4. Tədbirləri kimlər keçirir və məqsəd-məram nədən ibarət olur.
Tədbirləri adətən məktəblərin rəhbərlikləri, müəllim kollektivi, həmçinin yerli dövlət idarəsi tərəfindən həyata keçirilir və məqsəd milli adətlərin saxlanması, dövlət bayramlarının əhali arasında ideoloji təbliğidir.

6. Sosial vəziyyət:

1. Kənddə sosial ehtiyaclar: Su,işıq və təbii qazın mövcudluğu:
Kəndlərdə sosial ehtiyaclar: su, işıq problemləri yoxdur. əsasən bu kəndlərdə su-artezan quyuların qazılması və ondan istifadə olunmaqla olur. Yalnız-Düzəyrəm hal-hazıra kimi içməli su problemi qalır və yaxın vaxtlarda artezan su quyusunun qazılması planlaşdırılıb.
Digər tərəfdən "Socar" şirkəti tərəfindən kəndlərin qazlaşdırılması artıq həyata keçirib.
2. Kəndə qonşu olan gürcü kəndlərində sosial vəziyyət: su, işıq və təbii qaz necədir.
Müqayisədə azərbaycan kəndlərinin ətrafında olan qonşu gürcü kəndlərində su,işıq normal olsada təbii qaz xətti yoxdur.
3. Dövlət tərəfindən kənd əhalisinə - salyarka (20 litr), kübrə (silitr), işıq üçün nəğd pul (20 lari) verilir.
4. Kənddə sosial ehtiyaclar: su,qaz və işıq xəttlərinin – şəbəkələrinin çəkilişinin yenisi ilə əvəz olunmasına ehtiyac varmı?
Kənddə əhalinin sosial ehtiyacları: su,qaz, işıq xəttlərinin dəyişdirilməsinə ehtiyac yoxdur. Təbii qaz xətti isə son ildə çəkilişi başa çatıb.

7. İnteqrasiya – gürcü ictimaiyyətinə:

1. Kənddə əhalinin gürcü ictimaiyyətinə qarşılıqlı ünsiyyət necədir?
Adı çəkilən kəndlərdə gürcü ictimaiyyətinə qarşılıqlı ünsiyyət normal və gürcü sakinləri ilə qarşılıqlı-əlaqəli bağlılıq müsbət rol oynayır.
2. Gürcü kəndlərinin əhalisi ilə kənd əhalisinin qarşılıqlı münasibəti:
Ümumiyyətlə Qaraçöp əhalisi-adı çəkilən kənd əhalisinin hamısı ətraf gürcü kənd əhalisi ilə münasibətləri daimi-mütəmadi normaldır.
3. Gənc nəslin gürcü dilini öyrənməyə meyli necədir, bu dilin öyrənilməsində hansı problemlər ortaya çıxır:
Gürcü dili – dövlət dilini gənc nəslin öyrənməsində heç bir problem yoxdur, gürcü dilini öyrənmək üçün ixtisaslı kadrlar dərs deyir və əlavə dil öyrənmə kursları var.
4. Kənddə dövlət dilini öyrənmək üçün və gürcü ictimaiyyətinə inteqrasiya üçün dövlət tərəfindən hansı tədbirlər var:
Kənddə, dövlət dili-gürcü dilini öyrənmək üçün və gürcü ictimaiyyətinə inteqrasiya üçün dövlət daimi diqqət mərkəzində saxlayır və bütün məlum qanunlar səviyyəsində yardım edir.
5. Kənd əhalisinin ziyalı müəllimlər-gürcü dili üzrə mütəxəssis müəllimlər gürcü ictimaiyyətinə inteqrasiya işində rolu nə dərəcədə olub.
Kənd əhalisinin ziyalı müəllimləri və ümumiyyətlə mütəxəsis ziyalı müəllimlər – gürcü dilinin mütəxəssisləri dövlət dilini öyrətməkdə dövlət proqramı kimi qəbul ediblər və daimi olaraq bu dilin öyrənilməsində bütün mövcud hüquqi elmi-metodiki imkanlardan bəhrələnirlər. Təbii ki, bu dilin öyrənilməsində dövlət tərəfindən verilən bütün əlavə maliyyə imkanlarından lazımi səviyyədə istifadə edirlər.

8. Əhalinin şəxsiyyət qeydiyyatına alınması:

1. Kənd əhalisinin siyahıya alınması son dəfə nə vaxt aparılıb:
Adı çəkilən kəndlərdə əhalinin siyahıya alınma prosesi təxmini olaraq 2008–ci il bildirilir.
2. Kəndlərdə cinsi fərqə görə kişi və qadınların sayı
Adı çəkilən kəndlərdə (Qaraçöp mahalında) qadınların sayı kişilərdən artıqdır. Bunu fəaliyyət göstərən məktəblərdə oxuyan şagirdlərdə qızların oğlanlardan artıq olması faktı da isbat edir.
3. Kəndlərdə vətəndaşlıq qeydiyyatından keçməyən, problemi olan varmı, həmin problemi yaradan tərəf (fiziki şəxs, dövlət və.s).
Qaraçöp mahalında olan kəndlərdə vətəndaşlıq qeydiyyatından keçməyənlər hiss olunmur, müstəsna hallar müşahidə olunanda bütün qeydiyyat prosesi hüquqi qaydada həyata keçirilir.
4. Kəndlərdə vətəndaşlıq qeydiyyatına münasibət vacib hesab edilir, bu haqda münasibət normal hal, qanunu hesab edilir.

9. Kriminal vəziyyət:

1. Kənd sakinlərinin əsaslı və əsassız olaraq azadlıqdan məhrum edilməsi, onun əsas səbəbinin yaranması.
Son illər Qaraçöp mahalında olan kəndlərdə kriminal vəziyyət demək olar ki, müşahidə olunmur. Bunun səbəbi dövlətdə hüquqi qanunlarının praktiki təbliği və hüquqi qanunları öyrənməkdən irəli gəlir.
2. Kənd sakinlərinin tutulmalarında əsas cinayətin istiqaməti:
Ümumiyyətlə son illər tutulmalar çox nadir hallarda olduğundan konkret bir istiqamət yönümü yoxdur, olsa-olsa cinayət təsadüfi və səthi olur.
3. Kənd sakinlərindən hüquq mühafizə orqanlarında – polis, prakurorluq, məhkəmədə işləyəni varmı.
Kənd sakinlərindən sahə milisi və ümumiyyətlə polis sistemində çalışanları var.

10. İntellektual ziyalı şəxslər kənddə varmı

1. Kəndlərdə hal-hazırda tanınmış –şair, rəssam, heykəltəraş və.s şəxslər yaşayıb-yaradırmı?
Qaraçöp mahalının kəndlərində bütün sahələr üzrə ziyalılar kimi şairlər, rəssamlar, heykəltəraşlar və digər ziyalılar yaşayır və yaradıcılıqla məşğuldurlar.
2. Kəndlərdə intellektual səviyyəli ziyalıların əsas iş prinsipi daha fərqlisi nədir:
Kəndlərdə intellektual səviyyəli ziyalıların əsas iş prinsipi və sivil həyat inkişafı ilə bağlı daha aktual məsələləri cəmiyyətin inkişafı üçün öz yaradıcılıqları ilə xalqa çatdırmaqdır.
3. Kəndlərdə intellektual səviyyəli ziyalılar adi ziyalılardan fərqli olaraq əhalinin sivil inkişafı üçün nə kimi işlər görürlər?
Kəndlərdə yaşayan intellektual səviyyəli ziyalıların adi ziyalılardan fərqli olaraq həyata keçirdikləri və gördükləri işlərdən fərqi onların daha geniş yaradıcılıqlarıdır.

11. Əhalinin kəndlərdə torpaqla təmin olunması

1. İmperiya dağıldıqdan sonra imperiya əmlakının kənd əhalisi arasında torpağın bölüşdürülməsi necə yerinə yetirildi:
İmperiya dağıldıqdan sonra Ləmbəli və Düzəyrəm kəndlərində torpaq bölgüsü indiyə kimi aparılmayıb, Yor-Muğanlıda normal bölüşdürülüb, Muğanlıda isə torpaq bir nəfər azərbaycanlı adına qeydiyyatdan keçib və sonradan privatizasiya (özəlləşdirmək) edilərək auksiyon xətti ilə milliyətcə gürcü olan vətəndaşa satılıbdır.
2. Kəndlərdə hal-hazırda fərdi həyətyanı sahəsi olmayan varmı:
Kəndlərdə hal-hazırda fərdi həyətyanı sahəsi olmayanlar yoxdur
3. Kənd əhalisinin otaracaq, mal-qara üçün biçənək (otlaqlar) sahələri ilə təmin olunublarmı:
Kəndlərin əhalisinin fərdi mal-qoyununun otlaması üçün biçənək-otlaq sahələri var və problem yoxdur.
4. Kəndlərdə otlaq (biçənək) sahələri fərdi fermerlər tərəfindən alınıb, yoxsa hər bir ailəyə fərdi sahə kimi verilibdir.
Ləmbəli və Düzəyrəm kəndlərində qismən fərdi olanlar, eyni zamanda dövlətin ixtiyarındadır.
Ancaq, Yor-Muğanlı, Muğanlı kəndlərində torpaq sahəsi hələlik dövlətin ixtiyarındadır – kənd əhalisi dövlətin razılığı və ümumi qayda əsasında istifadə edirlər.

12. Yeniyetmə gənclər:

1. Kəndlərdə yeniyetmə əsas iş məşğuliyyət nə ilə bağlıdır:
Kəndlərdə yeniyetmə gənclər işsizdirlər.
2. Kəndlərdə yeniyetmə gənclər kənd məkanından kənara çıxıb gedirlərmi
Kəndlərdə yeniyetmə gənclər işsizliklə əlaqədar kənar məkanlara Rusiyaya, Azərbaycana, Türkiyəyə üz tutub gedirlər işləmək üçün.
3. Kəndlərdə yeniyetmə gənclər üçün işgüzarlıqla bağlı nə kimi şərait yaradılıbdır.
Kəndlərdə yeniyetmə gənclərin ictimaiyyətdə fəaliyyəti üçün heç bir şərait yoxdur.
4. Kəndlərdə yeniyetmə gənclər üçün dövlət tərəfindən nə kimi şərait yaradılıb.
Kəndlərdə dövlət tərəfindən yeniyetmələr üçün işgüzarlıqla məşğul olmaq üçün heç bir şərait yaradılmayıbdır və bu məsələyə olduqca ciddi ehtiyac vardır.

13. Kəndlərdə əsas təsərrüfat, mal - qaranın, qoyunun saxlanması

1. Kənd sakinlərinin - əhalisinin əsas iqtisadiyyatı hesab edilən mal-qara, qoyunların saxlanması üçün nə kimi problemlər var:
Qaraçöp mahalında ünvanlaşan kəndlərin əsas məşğuliyyəti və yaşamalarının əsas iqtisadiyyatının maddi mənbəyi olan mal-qaranın, qoyunun saxlanması istər aran mövsümündə istifadə etdikləri saxlanma əraziləri fərdi adamlardan kirələnərək nəğd pul ödəməklə alınır. Bu xərclər ildən-ilə artır. Kəndlərin mal-qara, qoyunun saxlanması üçün aran bölgəsində Udabno, yaylaq mövsümündə Samtsxe-Cavaxetiya, Bakuriani bölgələrindən istifadə edirlər.
2. Qaraçöp mahalında olan kənd əhalisini əsas iqtisadiyyatını təşkil edən qoyunların yaz-payız yun örtüyünün satılmasında nə kimi problemlər var.
Qaraçöp mahalında kənd əhalisinin əsas iqtisadiyyatının maddi əsasını təşkil edən heyvandarlığın yaz-payız yun məhsulunun yerli şəraitdə təhvil verilib bu və ya digər formada alqı-satqı prosesi yoxdur. Kənd əhalisi özünün şəxsi təsərrüfatı – qoyunların yaz-payız yun məhsulunu xüsusi maklerlərə təhvil verirlər və onlar ölkədən kənara çıxarırlar: Azərbaycana, Türkiyəyə. Eyni zamanda satılası olan mal-qaranı, qoyunları kənar maklerlər tərəfindən alınıb aparılır. Yerli hökumət rəhbərliyi hələlik belə bir potensiala malik olan iqtisadi imkanlar haqqında nəzərdə tutulası bir layihə həyata keçirməyib, bir sözlə düşünülmür!

14. Kənd əhalisinə dövlət tərəfindən sosial yardımlar (ehtiyacı olanlara, iş qabiliyyətini itirmişlərə, əlil və şikəstlərə)

1. Kəndlərdə sosial yardıma ehtiyacı olan insanlara dövlətin qayğısı.
Kəndlərdə sosial yardıma ehtiyacı olan insanlara : tək ailələrə, iş qabiliyyətini itirmişlərə, əlil və şikəstlərə qayğı göstərilir və diqqət mərkəzindədir.
2. Kəndlərdə sosial təminata ehtiyacı olanlar nə qədərdi?
Kəndlərdə sosial təminata ehtiyacı olanlar dövlət tərəfindən rəsmi qeydə alınıb, sənədləşdirilib və dövlət proqramı əsasında müntəzəm nəzərdə saxlanılır.

15. Kəndlərdə - qadınların ictimaiyyətdə rolu:
1. Kənlərdə əmək qabiliyyəti olan qadınların əsas məşğuliyyəti nədir
Kəndlərdə əmək qabiliyyəti olan qadınların əsas məşğuliyyəti evdarlıq və şəxsi təsərrüfatı ilə məşğul olmaqdır.
2. Çox uşaqlı analara dövlət tərəfindən qayğı olurmu?
Çox uşaqlı analara dövlət tərəfindən yardım dövlət proqramı əsasında planlı şəkildə həyata keçirilir.
3. Həddi-buluğa çatmamış qızların ailə qurmasında problemlər yaşanırmı?
Son illər həddi-buluğa çatmamış qızların ailə qurmasında milli-ənənəyə görə qanun əsasında sivil və qanun çərçivəsində aparılır, nöqsanlar demək olar ki, biruzə verilmir.
4. Kimsəsiz və tək qadınlara qayğı göstərilirmi?
Kimsəsiz və tək qadınlara qayğı bilavasitə dövlət tərəfindən xüsusi nəzərdə tutulur və planlı proqram əsasında köməkliklər göstərilir.
5. Dövlət strukturlarında və mülki rəhbər vəzifələrdə kənd qadınlarından işləyən varmı?
Dövlət strukturlarında və mülkü rəhbər vəzifələrdə kənd qadınlarından işləyən yoxdur.
6. Kəndlərdə ziyalı qadınların məşğuliyyət – istədikləri sahələr hasılardır?
Kəndlərdə əsasən təhsil almış ziyalı qadınların əsas məşğuliyyət sahəsi müəllimlik, həkimlik və kargüzarlıq edir.

Qeyd: Saqareco rayonunun Qaraçöp mahaında olan kəndlərdə aparılan araşdırmalar 15 bənd üzrə (sahə) 62 sualın hərtərəfli izahı müstəqil ekspert – "Maarif" mərkəzinin sədri, "Maarif" qəzetinin baş redaktoru Ələddin Qarabağlı tərəfindən "Tolerans" təşkilatının təşəbbüsü ilə 23 maydan 26 may 2011-ci ildə rəsmi ezamiyyət xətti ilə həyata keçirilmişdir. Müstəqil ekspert – Ələddin Qarabğlı tərtib edilmiş sualların cavablandırılmasında:

1. Yor-Muğanlı məktəbinin direktoru – İslam Qayıbov, məktəbin DHM-ru Vaqif Əhmədov,
2. Ləmbəli məktəbinin direktoru – Ağabala Xeyirəxəbərov, məktəbin DHM-ru Məmməd Məmmədov,
3. Düzəyrəm məktəbinin direktoru – Qiyas Əhmədov, məktəbin DHM-ru Məhəmməd Hüseynov
4. Muğanlı məktəbinin direktoru – Məhəmmədəli Həsənov, məktəbin DHM-ru Nəsib Allahverdiyev,
və bir sıra ziyalılarla, o cümlədən müəllimlərdən Alı Abdullayev və Kazax Allahverdiyev, Fərhad Abbasoğlu ilə söhbət aparmışdır.


Məqsəd: Bu araşdırma xarakterli aparılan sorğuda məqsəd Qaraçöp mahalında məskunlaşan kəndlərdə qismən də olsa: mədəni-maarif, sosial-iqtisadi, hüquqi-inzibati, dövlət dili və gürcü ictimaiyyətinə inteqrasiya, işsizlik, gənclərlə iş, sosial təminat və sair məsələlərlə bağlı işgüzarlıq olmuşdur.

"Tolerans" və "Maarif" mərkəzi – "Maarif" qəzeti bu araşdırmanı qarşılıqlı anlayış, bölgədə (Qaraçöp mahalı) yaşanan problemlərlə tanış olmaq, gələcəkdə inkişaf naminə addım atmaqdır.
Araşdırma zamanı heç bir siyasi danışıqlara və yönümə, əks təbliğatçılğa yol verilməmiş, ümumiyyətlə elə bir anlayış olmamasıdır.
Bu araşdırma zamanı, Saqareco rayon təhsil mərkəzinin sədri - Qia, yerli kənd Sakrebulo sədri - Allahyar, bölgə milis şöbəsi xəbərdar olmuş və onlarla əsasən məqsəd-məram bildirmişdir. Araşdırma üçün razılıq verilmişdir.

"Maarif" mərkəzinin sədri "Maarif" qəzetinin baş redaktoru,
müstəqil ekspert – araşdırmaçı:


Ə Muğanlı.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kurtlar ərazi vahidliyində Temur Abasov təqdim edilib

Kurtlar ərazi vahidliyində Temur Abasov təqdim edilib

Borçalı
Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

Gürcüstanda yeni Azərbaycandilli orta məktəbin açılışı olub

Qaraçöp
QARACA YURDU - QARAÇÖP (SAQARECO RAYONU):

QARACA YURDU - QARAÇÖP (SAQARECO RAYONU):

Qaraçöp
MUXRAN ÇÖKƏYİ

MUXRAN ÇÖKƏYİ

"Varlıq", Msxeta
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
Qaçağan ərazi vahidliyində Temur Abasov təqdim edilib

Qaçağan ərazi vahidliyində Temur Abasov təqdim edilib

Borçalı
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
Deputat:

Deputat: "Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı t ...

Borçalı
Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolnisidə “Seçkilərdə qadınların rolu və onların ehtiyacı” mövzusunda müzak ...

Bolus
Nərgiz Əliyeva: “Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məq ...

Nərgiz Əliyeva: “Azərbaycanlıların Mədəniyyət Mərkəzi olaraq bizim əsas məq ...

Borçalı, "Region-Press"
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Digər bölmələr, Qarayazı
Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Borçalı
Yeni QHT:

Yeni QHT: "Gürcüstanda Azərbyacanlı Müəllimlər İttifaqı" (GAMİ)

Gürcüstan, Qarayazı
ABAY PAŞAYEV (1958)

ABAY PAŞAYEV (1958)

TDPİ-nin Azərbaycan bölməsi
Mingəçevir Gənclər Evi

Mingəçevir Gənclər Evi

"Region-Press", "Elm və Təhsil"
Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Deputat: Gürcüstan hökumətinin yeni qərarı milli azlıqların cəmiyyətə inteq ...

Borçalı
AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB

AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB

Digər bölmələr
Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Saqarecoda Azərbaycan-Gürcüstan dostluğuna həsr olunan festival keçirilib

Qaraçöp
Rəy yazın: