GÜRCÜSTANLI SOYDAŞLARIMIZA və GÜRCÜ XALQINA MÜRACİƏT Gürcüstan » Qaraçöp 1 апреля 2020 Əziz gürcüstanlı soydaşlarım, əziz eloğlularım, tarixən, həmişə çətin anlarda xalqımızla həmrəy olan əziz gürcü xalqı! İndi biz hamımız, bütün dünya xalqları tarixi gerçəkliyin çətin günlərini yaşayırıq! Bütün dünyanı cənginə almış, ağır fəsadları ilə insanlığa qənim kəsilən Covid-19 virusunun öldürücü bəlasından xilas olmaq üçün bütün dünyanın mücadilə apardığı bir zamanda əlimdən yalnız sizlərə təsəlli vermək, bununla da sizlərə mənəvi ruh, qida vermək gəlir! Bu məqamda 1989-cu ilin 9 aprel faciəsi zamanı doğulub boya-başa çatdığım Qaraçöpün bağlı olduğu Saqareco rayonunun mərkəzi küçələrini bir qrup eloğlularımla birgə qərənfil yağışına tutduğumuz günlər xatirimə gəlir. Biz o zaman gürcü xalqının başına gətirilən o ağır faciəni öz faciəmiz kimi qəbul etdik və dərhal Gürcüstanla, gürcü qardaşlarımızla bir yerdə olmağa, onların ağır günündə onları tək buraxmamağa çalışdık! Lakin təssüflər olsun ki, indi, bu ağır günlərdə Gürcüstana gəlmək memkün deyildir! Lakin əmin olun ki, bütün ruhum, bütün qəlbim, varlığım sizlərin hər biri ilə vəhdətdədir! Mən əminəm ki, bütün dərdlərin dərmanını öz zəkası ilə kəşf etmək qüdrətində olan insan fenomeni tez bir zamanda bu bəlanın da çarəsini tapacaq, öhdəsindən gələcək və insanlığın xilasına nail olacaq! O vaxt biz yenə də qovuşacağıq! Və yeni yaşam sistemi ilə birləşəcəyik! Xalqlarımız arasındakı dostluğun yeni erasına qədəm qoyacağıq! O günlərin yaxında olduğuna inam hissi ilə hər birinizi bağrıma basıb öpürəm və uca səslə sizlərə, Tkveni cirime! - Sizə qurban olum! - deyirəm. Hörmətlə, sizin İftixar!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.