Jurnalist Zülfüqar Xeyirxəbər Prezidentə müracət edib Gürcüstan » Qaraçöp 27 мая 2017 Dəyərli həmkarlarım, bilirsiniz ki, imkanlarım daxilində hər bir dostumuza probleminin işılqlanadırlmasında əlimdən gələni etmişəm. Mənzilə ehtiyacı olan həmkarlarımın problemini həmişə gündəmdə saxlamışam. 2002-ci ilin noyabr ayında Qafqaz Reportyorları İctimai Birliyi adından jurnalistlərin mənzil problemini ilk dəfə gündəmə gətirmişik, 157 jurnalistin imzası ilə Ulu Öndər Heydər Əliyevə müraciət etmişik. Təklifimiz çox müsbət qarşılanıb və uzun müddət bu məsələ gündəmdə olub. İndi mənim Sizin yardımınıza ehtiyacım var. Cənab Prezidentə mənzil problemimin həlli ilə bağlı müraciət etmişəm. Xahiş edirəm müraciətin yayılmasına yardım edin. Bu mənim üçün ədalətin sınaq dövrüdü. Öncədən təəşəkkürlər.Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏliyevəMöhtərəm cənab Prezident!Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunu davam etdirərək həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır. Cəmiyyətimizdəki sabitlik və inkişaf mühitinə, bütün bunların həyatımızda yaratdığı çoxsaylı müsbət dəyişikliklərə görə bir vətəndaş olaraq Sizə ailəm adından dərin minnətdarlığımı yetirir, müstəqil dövlətimizin xoş gələcəyi naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram. 1997-ci ildən mətbu fəaliyyətlə məşğul olan bir şəxs kimi, özümü o şanslı jurnalistlərimizdən sanıram ki, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesinin bir çox mərhələləri yazılarımda öz əksini tapmış, bu şərəfli tarixin yazılı salnaməsinin yaradılmasında az-çox iştirak etmişəm. 2003-cü ilin prezident seçkisi ərəfəsində, Azərbaycanın XXI əsrdə Sizin rəhbərliyiniz altında əldə edə biləcəyi tarixi nailiyyətlərlə bağlı “Şərq” qəzetindəki yazılarımda ifadə olunmuş böyük ümidlərin bu gün düşündüyümdən də parlaq şəkildə özünü doğrultması peşə fəaliyyətimin əlamətdar məqamlarıdır. Belə bir gələcəyə inanaraq nə vaxtsa Azərbaycanda jurnalistlər üçün dövlət dəstəyi ilə yaşayış binasının tikilməsi təşəbbüsünü də 2002-ci ildə bir qrup həmkarımızla birgə ilk dəfə biz irəli sürmüş və 157 jurnalistin imzası ilə Ulu Öndərə müraciət etmişdik. Sizin dəstəyiniz sayəsində bu arzumuz 2013-cü ildə reallaşdı. İllərlə evsizlikdən əziyyət çəkən Azərbaycan jurnalistlərindən böyük bir qrupu onlar üçün inşa edilmiş yaşayış binasında mənzil sahibi oldu. Birinci dəfə bu imkandan bəhrələnə bilmədiyimdən bütün ümidlərimi bu il təhvil veriləcək ikinci binaya bağladım. Möhtərəm cənab Prezident!20 ildir jurnalist fəaliyyəti ilə məşğulam. Bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etmişəm. Ölkənin ən aparıcı media qurumlarında çalışmış, 2008-ci ildə Reportyor İnformasiya Agentliyini təsis etmişəm. Maliyyə problemlərinə görə agentliyin fəaliyyəti dayansa da, hazırda agentliyə məxsus RePost.Az saytı fəaliyyət göstərir. Eyni zamanda 1 milyondan çox oxucusu olan BAKU.WS saytında redaktor işləyirəm. İmkanlarım daxilində dövlətimizə və dövlətçiliyimizə xidmət etməyə çalışıram. Zati-Aliləri!1992-cı ildən bəri – düz 25 ildir ki, Bakıda kirayədə yaşayıram. Bu illər ərzində özüm də, ailə üzvlərim də mənzilsizlikdən çox əziyyət çəkmişik və indi də bu əziyyətlərlə baş-başayıq. Ağır maddi durumumla mənzil problemimi nə vaxtsa öz imkanlarım hesabıma həll edəcəyimə daha heç bir ümidim yoxdur. İndi özümün 43, böyük oğlumun 17 yaşı var. Onun Azərbaycan Ordusuna darısqal kirayə evdən deyil, cənab Ali Baş Komandanın jurnalist atasına hədiyyə etdiyi öz mənzilimizdən əsgər getməsi ən böyük arzumdur. Həyatımdakı ən böyük şəxsi problemin həllində kömək göstərməyinizi, jurnalistlər üçün tikilmiş yeni binada mənzillə təmin olunmağıma dəstək verməyinizi Sizdən dönə-dönə xahiş edirəm. Allah Sizi və Azərbaycanımızı qorusun.Dərin ehtiramla,Zülfüqar XeyirxəbərZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.