Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!.. TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər 1 апреля 2016 Əziz qardaşımız, dəyərli dostumuz, vətənpərvər və yurdsevər soydaşımız,sözün əsl mənasında ZİYALI,xeyirxah və gözəl İNSAN,hörmətli Salman müəllim! Səni ad günün münasibətilə 1980-1990-cı illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsində işləmiş müəllimlər və təhsil almış tələbələr adından ürəkdən təbrik edir, Sənə palıd qədər uzun ömür, polad kimi möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, şəxsi həyatında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!.. Dünyanın butun yaxşılıqları səninlə olsun!... 100 yaşını əzizlərinlə, sevdiklərinlə və səni sevənlərlə birlikdə qeyd edəsen!...Hörmətlə, 1980-1990-cı illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsində işləmiş müəllimlər və təhsil almış tələbələr adından - Professor Mədəd Çobanov, Müşfiq Borçalı, Murtuz Fərhadoğlu, Zakir İsmayılov və başqaları.SALMAN ALİ OĞLU ƏLİYEV (1959)Salman Ali oğlu Əliyev 1959-cu ildə qədim Başkeçid, indiki Dmanisi rayonunun Qizil-Kilsə kəndində anadan olub. 1976-cı ildə orta məktəbi bitirib. Bir müddət fəhlə işlədikdən sonra 1982-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedoqoji İnstitutunun Azərbaycan bölməsinə daxil olub, Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib və 1987-ci ildə məzun olub. Tələbəlik illərində institutun ictimai işlərində yaxindan iştirak edib. Azərbaycan bölməsinin Komsomol Komitəsinin katibi işləyib. İnstitutdan sonra Dmanisi rayonunun Cavaxi kənd məktəbində rus dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayib. 1988-ci ildən pedaqoji fəaliyyətini Qizil-Kilsə kənd orta məktəbində davam etdirib.1989-cu ildə Borçalıda baş vermiş məlum olaylardan sonra ailə vəziyyəti ilə əlaqədar Bakı şəhərinə köçüb. Həmin ildən bakının Sabunçu rayonundakı C.Məmmədyarov adına 155 sayli orta məktəbdə müəllim işləyib.Salman müəllim həm də gözəl ailə başçısıdır. 3 övladi var. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.