DÜNYASI BORÇALI, MALI BORÇALI

DÜNYASI BORÇALI, MALI BORÇALI REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Müşfiq Borçalı: “Dünyamalı Kərəmin poeziya dünyası”. Bakı, “Borçalı” nəşriyyatı, 2010, 186 səh.


...Kim deyə bilər ki, folklor ədəbiyyatımız artıq yaranmır və o öz yerini müasir ədəbi janr nümunələrinə təhvil vermişdir.
Əlbəttə ki, xeyr. Nə qədər ki, insan qəlbi azadəliyi, səmum yelləri tək ruh oxşayan səmimiyyəti, elinə-obasına ata-baba bağlılığını qəlbində əsas aparıcı qayə kimi öndə saxlayacaq folklor ədəbiyyatımızın ən müasir nümunələri ən işıqlı, rəngarəng biçimdə doğulacaq, oxucuları bir daha sevindirəcək, gələcəyə ən yenilikçi, mətin, iri addımlarla irəliləyən müasir ədəbiyyatımız isə kökünə olan sədaqəti, məhəbbəti sayəsində əbədi həyat hüququna layiq olduğunu təsdiq etmiş olacaqdır.

Dünyamalı Kərəm. Onun poeziya dünyası. Bu ünvanlar poeziya həvəskarlarına, xüsusən də aşıq şeiri pərəstişkarlarına yaxşı tanışdır. Elə məhz bu ad altında çıxan olduqca məzmunlu, nəfis tərtibatlı kitab qarşımızdadır. Borçalı ziyalısı, hələ gəncliyindən bu mahalın ağsaqqalı adını qazanmış naşir, publisist, tədqiqatçı-filoloq Müşfiq Borçalı bu dəyərli, tarixi əhəmiyyətli kitabın müəllifidir.

Ona görə tarixi əhəmiyyətli ki, bu kitab qocaman el ağsaqqalı Dünyamalı Kərəmin aşıq şeirlərini konkret ardıcıllıqla bir yerə toplamaqla yanaşı, həm də ulu Borçalı mahalının tarixindən, onun ta qədimlərdən üzübəri hansı ictimai-mədəni əlaqələrə, köklərə malik olduğundan, müasir dövrümüzə qədər bu mahaldan ədəbi aləmə yol almış el ziyalılarından sevə-sevə söz açır. Və əlbəttə ki, Borçalı aşıqlarının, saz-söz ustalarının poeziyasına təbii olaraq çökmüş qəlb işığında bir pərvanə kimi dövr edərək... ”Başdan-ayağa - təpədən dırnağacan Borçalıdır, Borçalıdır, Borçalı!” - deyən müəllif bu dəfə qəhrəmanımız olan Haqq aşığının timsalında oxucuları bir çox tarixi faktlardan hali edir. Bu at-baba yurdlarında Azərbaycan türklərinin məskunlaşması tarixinə konkret faktlar əsasında nəzər yetirən müəllif bununla qəhrəmanımızın böyüyüb ərsəyə yetdiyi mühitin hansı ictimai əhəmiyyətli xarakter daşıdiğını göstərmiş, bununla da eyni zamanda tarixə konkret ekskurs etmişdir. Şair Dünyamalı Kərəm isə bu barədə belə deyir: “Antik dövrlərin yazılı məxəzlərindən aydın olur ki, bizim ulu babalarımızın əcdadları olan skiflər, saklar, kəmərlər hələ bizim eradan əvvəl Gürcüstan ərazisində yaşamışlar... Eramızın 1-ci ilində türk tayfalarından olan silahlı bir dəstə Trialeti aşırımından Gürcüstana keçən Pompey (Roma imperatoru) ordusunun qarşısını kəsmiş, ordunu bir neçə saatlığa dayandırmışdır.” Bu və bunun kimi onlarla faktın bu kitabda bir daha bir el ağsaqqalının dilindən nəql olunması müasir tariximizdə nər tinətli, ər qeyrətli türkləri müxtəlif fitnə-fəsadla incidən, onları tarixi ata-baba yurdundan perik salmağa niyyətli olan haramxor nəfslərə və nəfəslərə həm də tutarlı bir mesaj deyilmi? Bəli, bu baxımdan kitabın hətta tarixilik nöqteyi-nəzərindən daha böyük dəyər daşıdığını anlamaq elə də mürəkkəb məsələyə çevrilmir.

DÜNYASI BORÇALI, MALI BORÇALI DÜNYASI BORÇALI, MALI BORÇALI Bu kitab ipə-sapa düzülmüş incilər misallı bir-birinin məntiqi ardıcıllığını gözləyərək əvəzedici şəkildə sıralanmış konkret bir aşıq ədəbiyyatı nümunəsidir. Bu, “Ustadnamə” ilə başlayıb, “Deyişmələr”lə davam etdirilib, “Duvaqqapma” ilə bitirilən kitabı bir cam suya da bənzətmiş olsaq, kitabda şair haqqında deyilən müxtəlif Haqq kəlmələrini və kəlamlarını camın dibinə yığılmış təbii mirvari dənələrinə bənzətməmiz, düşünürəm ki, yerinə düşər.
Şair vətəninin, elinin hər daşını, çınqısını belə bir-bir vəsf edir, keçmişindən xəbərdar tarixini əsl el atası kimi çözələyir, elinə aşiq aşıq kimi tərənnüm edir.

Sən babamın ad-sanısan,
Doğma kəndim, ay Qoçulu!
Tarixisən, ünvanısan,
Balım, qəndim, Ay Qoçulu!

- deyən şair hamımızın vətəni olan Azərbaycanımızda qalanan Qarabağ tonqalından da yan keçməyib. Mübarizə ruhu ilə -

Üçrəngli bayraqlı,
Qələbə soraqlı,
Odlu torpaqlı
Ordum, irəli.

həmləsi ilə hayqıran qəhrəmanımız aşıq şeirinin istənilən janrında, növündə yanğı dolu məhəbbətlə, səmimiyyətlə hörgülər hörən, ilmələr atıb sənət xalıları toxuyan el sənətkarı kimi bir rübaisində deyir:

Ömründə bir şitil əkməyən adam,
Torpağa bir toxum tökməyən adam,
Kəsdiyin hər fidan canlı bir gəncdir,
Özünə yurd-yuva tikməyən adam.

Əsl Haqq aşıqları kimi, o həm də aşiqdir - təbiət aşiqi. Yeri gəlmişkən qeyd edək ki, təbiətə, vətənin hər daşına, çınqısına sevgi onun yaradıcılığının leytmotivini təşkil edir.

Uca dağlarında duman, qar qalır,
Geniş bağlarında meyvə, bar qalır,
Sönməz ocağında daim qor qalır,
Yanır şölə-şölə Borçalım mənim. -

- deyən aşıq burada və bir sıra belə şeir nümunələrində təbiətlə vətəni vəhdətdə götürərək onlara olan sevgisini ictimailəşdirir. Əsl ziyalı kimi, Borçalının bütün ictimai-sosial xarakterli problemlərinə candan yanıb çıxış yolunu axtaran aşıq əvvəlcə onlara dərindən nüfuz edir, onların köklərini çözür, daha sonra isə konkret qərar çıxarır.

Bu diyar babamın doğma obası,
Dədə Qorqudumun yurdu-yuvası.
Dərdlərə dərmandır ab-havası,
Onları qəflətdən oyandır, Allah! -

deyir boşalmaqda olan Borçalı yurdunu yana-yana izləyən Dünyamalı Kərəm dünyası...
Hə... Müasir dünyamızın özü kimi qayğılı Borçalının da üzünə səhərlər açılır, gecəsi düşür və yenə də danı sökülür. Sökülür ki, səhərləri üzlərinə açıldığı insanlara ümid, həyat və bunları əldə etmək üçün daxili güc, təpər versin. Əgər bunlar olarsa Borçalının sabahları nurlu, gələcəyi uğurlu, qürurlu olacaqdır, şəksiz. Biz buna inanırıq.

Borçalı ulduzlu bir kəhkəşandır,
Bu yer üzərində nurlu cahandır. -

- deyən aşıq Dünyamalı Kərəm də həmçinin...

Onu da qeyd edək ki, kitabın məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub, Redaktoru Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov, xeyirxahı isə Milli Məclisin deputatı Qənirə xanım Paşayevadır.

GÜLGƏZ NUR,
"Şərqin səsi" qəzeti,
2011.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ

Təbrik edirik!.. BORÇALIŞÜNASLIĞA QİYMƏTLİ HƏDİYYƏ

Ədəbi tənqid, Borçalı, Bolus, Müşfiq Borçalı
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Humanitar elmlər
Qiymətli tədqiqat əsəri

Qiymətli tədqiqat əsəri

Ədəbiyyatşunaslıq, Ədəbi tənqid, Darvaz, Arxiv
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
YENİ TƏDQİQAT İŞİ

YENİ TƏDQİQAT İŞİ

Ədəbi tənqid, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Bu tədqiqatın yaşı az...

Bu tədqiqatın yaşı az...

Ədəbiyyatşunaslıq, Gürcüstan, Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Arxiv, Haqqımızda, Müşfiq Borçalı
Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Folklorşünas Elxan Məmmədlinin ömür-gün yoldaşı vəfat edib

Nekroloqlar
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

“Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə

Mədəniyyət
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
Karslı Aşıq İslam Ərdənərin ilk kitabı

Karslı Aşıq İslam Ərdənərin ilk kitabı

Borçalı, Turan
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Könlümüzdən keçən

Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ"

"Şərqin səsi", Müşfiq Borçalı
Müşfiq ÇOBANLI:  Borçalı — qədim türk yurdu

Müşfiq ÇOBANLI: Borçalı — qədim türk yurdu

Borçalı, Arxiv
MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

MÜŞFİQ BORÇALININ DİSSERTASİYASI BİTKİN, ORİJİNAL, ELMİ-NƏZƏRİ VƏ PRAKTİK Ə ...

Humanitar elmlər, Elmi Məqalələr, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Müşfiq Borçalı
BORÇALI ZİYASI

BORÇALI ZİYASI

Elm, AzTU, Bolus, Darvaz, Müşfiq Borçalı, "Borçalı" Cəmiyyəti
Yeni kitab: “Qabal – bura Vətəndir”

Yeni kitab: “Qabal – bura Vətəndir”

Qabal, "Region-Press"
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
Rəşid Vəkil ALLAHYAROV:

Rəşid Vəkil ALLAHYAROV: "Nə yaxşı saxlayıb gözəllər, səni?!."

AzTU-nun MƏZUNLARI, Müsabiqə
AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

AŞIQ KAMANDARLA UNUDULMAZ BİR GÜN...

"Şərqin səsi", Borçalı, Müşfiq Borçalı
Rəy yazın: