ZÜLMƏT QARANLIĞIN PARLAQ ULDUZU VƏ YAXUD HƏRBİ ANDA SADİQ ƏSGƏR - SƏMƏD ŞAHVERDİYEV

ZÜLMƏT QARANLIĞIN PARLAQ ULDUZU VƏ YAXUD HƏRBİ ANDA SADİQ ƏSGƏR - SƏMƏD ŞAHVERDİYEV Bu il Sovet ordusunun Əfqanıstana daxil olmasından 40, Əfqanıstandan çıxmasından isə 30 il ötür.
Xatırladaq ki, 1978-ci il aprelin 27-də Əfqanıstanda baş verən
sosialist yönümlü inqilab nəticəsində hakimiyyətə
Xalq Demokratik Partiyası (ƏXDP) gəlir.
Əfqanıstan Demokratik Respublikası elan olunur və ƏXDP-nin
Baş katibi Nur Mühəmməd Təraki başda olmaqla İnqilab Şurası
dövlətin baş orqanı olur. Həmin il dekabırın 5-də isə o, SSRİ ilə
dostluq, yaxın qonşuluq və əməkdaşlıq haqqında saziş imzalayır.
1979-cu ildə sui-qəsdçilər Hafizi öldürür və onun müavini
Hafizulla Amin hakimiyyəti ələ keçirir.
Ancaq onun zəif hakimiyyəti çox çəkmir və mücahidlər
("Azadlıq uğurunda mübarizlər") onlara qarşı
silahlı mübarizə aparmağa başlayır.


Demokratik Əfqanıstan Respublikasının rəhbərliyi hərbi təcavüzü
dəf etmək üçün Sovet rəhbərliyinə onlara kömək məqsədilə
hərbi kontingent göndərməsi üçün bir neçə dəfə müraciət edir.
Həmin ilin axırına yaxın vəziyyət daha da gərginləşir.
SSRİ-nin cənub sərhədlərində gərgin vəziyyət yarana bilərdi və eyni zamanda Hafizulla Aminin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədar olduğundan şübhələnən Sovet rəhbərliyi Babrak Karmala üstünlük verərək hakimiyyətə gəlməsinə yardım edir. Həmin ilin dekabırında Brejnev və Sov.İKP MK-nın Siyasi Bürosunun xüsusi komissiyası ,,dost əfqan xalqına yardım məqsədilə,, BMT Baş Məclisinin, digər kapitalist ölkələrinin və beynəlxalq təşkilatların etirazına baxmayaraq bu ölkəni təsir dairəsindən itirməmək üçün oraya Sovet silahlı qüvvələrini yeridirlər. Beləcə, düz 40 il əvvəl Sovet ordusu Əfqanıstana yeridilir. – O zamanlar Sovet ideologiyasının, necə deyərlər, qılıncının dalı da, qabağıda kəsib doğrayırdı. Dövlət ideologiyası hamı üçün məcburi, ondan geri durmaq isə cinayət idi və cəzalandırılırdı. Sonralar xatirələrdə bir çox sağalmaz iz qoyan bu mənasız müharibə heç kəsə, nə əfqanlara, nə oğullarını burada itirən əsgərlərin analarına, nə də ki, əsgərlərin özlərinə lazım idi. Sadəcə olaraq onlar içdikləri andı yerinə yetirir, əmrə əməl edirdilər, - ad günü ərəfəsində Əfqanıstan müharibəsi veteranı Səməd Şahverdiyev söhbətinə belə başladı. Fürsətdən istifadə edib bu münasibətlə onu təbrik etdik, can sağlığı, uzun ömür arzuladıq!
Qısa məlumat: Səməd Hüseyn oğlu Şahverdiyev - 1962-ci il oktyabırın 15-də qədim Qarayazıda (indiki Gürcüstanın Qardabani şəhərində) anadan olub. 1970 –ci ildə 3 saylı Qardabani məktəbinə gedib. 1981-ci ildə 10 saylı texniki-peşə məktəbini bitirib. Məktəbin komsomol komitəsi katibinin müavini olub. 1981-1983-cü illərdə Əfqanıstanda qulluq edib. Vzvod komandirinin müavini, batalyon komsomol komitəsi katibinin müavini olub, kommunist partiyası sıralarına qəbul edilib. SSRİ-nin "Hərbi xidmətlərinə görə" medalına, Əfqanıstanın “İgidliyə görə” medalına, komsomol MK-nın yüksək döş nişanına layiq görülüb, adı qızıl hərflərlə komsomol MK-nın şərəf jurnalına yazılıb, təhsil aldığı məktəbə xidmət etdiyi alay rəhbərliyi tərəfindən minnətdarlıq məktubu göndərilib.
1983-1987-ci illərdə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində ali təhsil alıb. İnstitutu qırmızı "Fərqlənmə diplomu" ilə bitirib. Oxuduğu müddətdə rektorat Şurasına seçilən iki tələbədən biri, fakultənin komsomol komitəsinin katibi, institut partiya komitəsinin üzvü olub. Gürcüstanda ilk dəfə Əfqanıstan Veteranlar Birliyinin yaradıcısıdır. Adı komsomolun 33-cü qurultayında yüksək tribunadan çəkilib. Kommunist Partiyası 27-ci qurultayının ən gənc nümayəndəsi, Tbilisi şəhərinin deputatı olub. Respublika və mərkəzi qəzetlər onun haqqında dəfələrlə yazıb.
1989-cu ildə Qardabani komsomol komitəsində, sonralar rayon kinolaşdırma idarəsinin direktoru və başqa vəzifələrdə işləyib.
Hazırda Moskvada yaşayıb işləyir. Ailəlidir, 3 övladı, 5 nəvəsi vardır.

-1962-ci il doğumluyam. Qardabani 10 saylı texniki-peşə məktəbini-bitirməz hərbi xidmət borcumu verəcəyim barədə komissarlıqdan çağırış vərəqəsi aldım. Tibbi müayinədən uğurla keçdim. Fiziki cəhətdən xidmətə yararlı olduğumu bildirdilər.
Komissar: - Şahverdiyev, hara və hansı hissəyə getmək istərdin? - deyə soruşdu.
Tərəddüd etmədən: - Sürücüyəm, Əfqanıstanda xidmət etmək istəyirəm, - dedim.
Komissiyanın üzvləri təəccüblə əvvəlcə mənə baxdılar, sonra isə bir-birlərinə boylanışdılar.

-Hara-hara? - deyə, sanki qulaqlarına inanmayaraq, təkrar soruşdular.
-Əfqanıstana!- deyə cavab verdim.
-İstəyini dərk edir, dediyinə əminmisən? - dedi komissar.
-Bəli, yoldaş polkovnik, qərarım qətidir, - ciddi cavab verdim.
Bax beləcə, könüllü olaraq cəbhəyə yola düşdüm.
Cavan idim, hələ həyatı mükəmməl anlamır, qarşıma çıxa biləcək çətinlikləri, maneələri başa düşmədən, müharibənin dəhşətini xəyalıma belə gətirmədən bu işıqlı dünyaya nikbin baxırdım, romantika sorağında idim. Müharibənin nə olduğunu yalnız Böyük Vətən müharibəsi iştirakçısı olan atamdan və digər böyüklərdən eşidib-duymuş, filimlərdə görmüşdüm. Bir də sovetlər dövründə hər bir gənc kimi komsomol mənim də həyatımda mühüm rol oynayırdı. Axı mən də gənc yaşlarımdan fəal komsomolçulardan idim. Komsomolçu isə Vətən uğrunda hər çətinliyə sinə gərməyə hazır olmalı idi. Bunu biz gənclərə bu cür aşılamış, şüurumuza belə həkk etmişdilər...
Əfqanıstanda müharibənin qızğın vaxtına düşdüm. Gözlərimlə gördüm ki, müharibə viran olmuş kənd və şəhərlər, dağıdılmış evlər, bərbad olmuş küçələr, ortalıqda sahibsiz qalmış cəsədlər, cəsədlərin üzərindən addımlayıb keçən əsgərlər,aramsız atəş, qulaqbatırıcı partlayış, ölüm-itim və s. dəhşətlər deməkdir. İki il bu ölkədə xidmət etdiyim günlər, anlar az qala hər gün gözümün qabağından kino lentitək ötüb keçir, bəzən yuxuma belə girir. Burada qaş qaralan kimi aləm yalnız ucsuz- bucaqsız uzaq ulduzların parıltısı ilə işıqlanan zülmət qaranlığa qərq olurdu. Sanki dan yeri sökülməyəcək uzun-uzadlı gecələrdə sayrışan ulduzlar Aya həzin layla çalır və bu laylaya nəinki gərgin və yorğun əsgərlər, bütün yer üzü şirin xəyallara dalaraq yuxuya gedirdi. İndi o saysız-hesabsız parlaq ulduzlar yuxularımın əbədi sakini olub. Yeri düşmüşkən onuda deyim ki, uşaqlıq və məktəb dostum, birlikdə cəbhədə od-alovdan keçmiş, gərgin və acılı günlər yaşamış və günün bu günüdə mənimlə Moskvada birgə fəaliyyət göstərən, hazırda həcc ziyarətindən qayıdan Nemət Ələsgər oğlu Səmmədov eyni möcüzəli gecələrin o müqəddəs Məkkədə də şahidi olduğundan həyacanla, ağızdolusu danışdı...

O günlərdən xatirələr:
- 1982-ci ilin aprel ayının əvvələri idi. Avtomobil dəstəmiz mühasirəyə alınaraq amansız atəşə tutuldu. Gündüz saat 2-dən, axşam 9-a qədər saysız-hesabsız düşmənə müqavimət göstərdik. Dar aşırımda qalmışdıq. Texnikanı və əsgərləri dalbadal itirirdik. Çıxılmaz vəziyyətdə idik. Qarşıda alışıb-yanan maşınların biri yolumuzu kəsərək buradan çıxmağa mane olurdu. Atəşin isə ardı-arası kəsilmirdi. Komsomolçu olsam da dinə inamım güclü idi. Bu inamı bizə atam aşılmışdı. Kəlmeyi şəhadəti deyib Allahın adını şəkdim. Arxada duran,özüm idarə etdiyim yanacaqdaşıyan “Ural”ıma tərəf şütüdüm. Ətraf alışıb-yanır, hər tərəfdən gülləbaran yağırdı.
Avtomatımın güllələri də tükənirdi. Canımı bürümüş qorxunu bir anlığa unutdum. Maşına oturub mühərriki işə saldım. Güclü “qaz” verib hərəkətimizə mane olan maşını dərəyə dığırlayaraq yolu açdım. Maneə dəf olundu. Arxamdakı maşın da “xod”a düşmürdü. Tez-tələsik onu da qoşquya qoşub apararaq bütün kalonun yolunu azad etdim. Diger maşınlar da arxamca yola düşdülər. Ehtiyat edərək işıqları söndürdük ki, düşmənlərin hədəfinə tuş gəlməyək. Yola döşənən asfaltda ayın işığı qarşımıza işıltı salırdı. Bu dəhşətli vəziyyətdən bu cür yaxa qurtardıq. Həmin döyüşdə yaxın dostlarımdan iki nəfər – Mirzoxan Salubəyov və Omari Vaxtanqişvili yaralandılar. Səhərisi alay komandiri bizi sıraya düzüb dedi:- Hərbi kəşfiyyatımızın verdiyi məlumata görə, həmin döyüşdə 700 nəfərlik düşmən dəstəsi bizi mühasirəyə alıbmış. Əsgər Səməd Şahverdiyevin igidliyi nəticəsində vzvodun digər əsgərləri xilas olmuşlar. Həmin gün mən ilk mükafatımı- “Döyüş xidmətlərinə görə” medalını aldım...
Bugünkü kimi yadımdadır, hərbi xidmətimin ikinci ili, 1983-cü il may ayının 2-si, Poli-Humri şəhərindən Nanqarxar vilayətinin Cəlilabad şəhərinə yanacaq aparıb geri Kabula dönməli idik. “Şeytan körpüsü” adlanan körpü ətrafında yenə də dəhşətli atəşə məruz qaldıq. Körpüyə qədər olan aşırımın ətəyində dəstəmiz dayandı. Kabuldan geri Cəlilabada isə mərmi, əsgərlərə qida çatdırmalı idik. Burada biz yenə də aramsız atəşə tutulduq. Komandirimiz bizi sıraya düzüb əmr vermədən, mülayimcəsinə dedi: - Oğullarım! Nəyin bahasına olursa-olsun aşırımı keçməliyik. Sizə atəş açmağa ehtiyac olmuyacaq. Hərbi tanklar, zirehli maşınlar, helikopterlər öz işlərini görəcəklər. Siz isə bu yükü yerinə çatdırın. Elə bu an atışmadan çıxıb üstümüzə doğru “Zil-131” markalı bir maşın şütüdü. Əyləcə kəskin basıb yanımızda saxladı. Sürücü qolundan yaralanmışdı. Avtomobilin yük hissəsində isə 15 əsgərin cəsədi var idi. Maşının bortundan qan damırdı. Mən, Azərbaycanın Poylu kəndindən olan İlqar Hüseynov, Dmanisidən Teymur Nəbiyev, Tbilisidən Ramiz Əliyev, şəkili Rüstəm Şirinov və digər dostlar vidalaşıb tərpəndik. Yolun qırağında tanklar, PDM-lər (piyadə döyüş maşınları), zirehli maşınlar od tutub alovlanırdı. Yol açıq olsa da atışmadan qulaq batırdı. Lal qayalar arxasından düşmənin atəşi dayanmaq bilmirdi ki, bilmirdi. Ardı-arası kəsilməyən atəşin səs-küyündən ağız deyəni qulaq eşitmir, tüstü-dumandan göz-gözü görmürdü. Teymur və İlqarın bu atışma xəttindən sağ-salamat çıxması əsl möcüzə idi. Rüstəmin harada olduğunu bilə bilmədik.
Yenicə tərpənmişdik ki, maşınların birinin altında yaralı əfqan əsgərinin çırpındığını gördüm. Əsgər çox əziyyət çəkirdi. Dözməyib maşını saxladım. Onu maşına qoyub cəld tərpəndim. Sağdan-soldan maşınıma güllələr dəydikcə sürəti artırır, buralardan uzaqlaşmağa çalışırdım. Sol əlimlə sükanı tutub, sağla isə döş cibimdən ağrıkəsici “Piramidol” dolu şprisi yanımda oturan əfqan əsgərinin buduna çaxdım. Dərmanı bütün boşaldıb bizləri öyrətdikləri kimi boş şprisi onun sağ cibinə qoydum ki, qospitalda həkimlər ona artıq doza vurmasınlar.
Bu dəhşətli vəziyyətdən də birtəhər çıxa bildik. İrəlidə Teymur və İlqarı gördüm. Sevincimizin həddi-hüdudu yox idi. Qucaqlaşıb öpüşdük. Əfqan əsgərinin yarasını sarıdıq. Teymur da möhkəm yaralanmışdı. Ən maraqlısı isə odur ki, arışma zonasının əvvəlində və axırında düşmənlər düşmənlər snayper qoyurlarmış. Elə bu vaxt snayperlər bizə atəş açdılar. Tələsik maşınlara minib oradan da aralaşdıq. Postların birində əfqan əsgərini təhvil verdik. Aradan bir ay keçmiş məni axtarıb tapdılar. Sən demə bu əsgər deyil, yüksək rütbəli əfqan zabiti imiş. Ad-familiyamı soruşub Əfqanıstanın yüksək mükafatlarından birini - “İgidliyə görə” medalını təqdim etdilər.
İki il xidmət dövründə digər mükafatlara da layiq görülmüşəm.
Qısa statistika: 1988-ci ilin aprelində İsveçrədə Əfqanıstan və Pakistan arası ƏDR ətrafı vəziyyətin tənzim edilməsi haqqında saziş imzalanır. Bu sazişə əsasən Sovet ordusu Əfqanıstandan çıxarılmışdır. Xatırladaq ki, bu müharibədə 2 milyona qədər insan tələf olmuş, 1 milyondan çox isə itkin düşmüşdür.

Heç nəyə baxmayaraq Vətən yolunda öz vətəndaşlıq borclarını yerinə yetirən Səməd kimi əsgərlərin qəhrəmanlıq və igidliyi unudulmayıb, hərbi anda olan sədaqəti artıq nəsillərə örnək olub və olacaqdır.

Əziz DƏLİVƏLLİ,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bəkir DƏMİRÇƏLOV (1952)

Bəkir DƏMİRÇƏLOV (1952)

"XXI əsrin Ziyalıları", Borçalı
Milli Qəhrəmanımız ELDAR AĞAYEV

Milli Qəhrəmanımız ELDAR AĞAYEV

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Tiflis, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
İgid döyüşçü Zahid Gülməmmədov

İgid döyüşçü Zahid Gülməmmədov

Qarabağ
BORÇALI ŞƏHIDLƏRI

BORÇALI ŞƏHIDLƏRI

ŞƏHİDLƏRİMİZ, Borçalı, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Polkovnik Salman Musayev (1959)

Polkovnik Salman Musayev (1959)

Bolus
Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

MEDİA
YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HACIBAĞIR MÜƏLLİM!..

Qarayazı, Təbriklər
SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA

SAHİBKAR ÜMRƏXANIM və XEYİRXAH İCTİMAİ XADİM - TAMAM MƏMMƏDOVA

Başkeçid
VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

VƏTƏNİ SEVMƏYİN YAŞI YOXDUR

Qarabağ, "Elm və Təhsil"
Sovet İttifaqı Qəhrəmanı - İsmayıl Xəlil oğlu Bayramov (1910-1945)

Sovet İttifaqı Qəhrəmanı - İsmayıl Xəlil oğlu Bayramov (1910-1945)

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992)

ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
HƏSƏNPAŞA QURBANOV  (1924-2000)

HƏSƏNPAŞA QURBANOV (1924-2000)

Başkeçid
TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

TƏBRİK EDİRİK!.. HƏSƏN ƏZİZ oğlu HƏSƏOV -75

"XXI əsrin Ziyalıları", Tiflis, Dünya, Diaspora
Ölməzlik: - NADİR  RÜSTƏM OĞLU ƏHMƏDOV  (1909-1986)

Ölməzlik: - NADİR RÜSTƏM OĞLU ƏHMƏDOV (1909-1986)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
İgid döyüşçü Asif Yunisov

İgid döyüşçü Asif Yunisov

Qarabağ
“Müharibəylə bağlı çox xatirələrim var… Amma...”

“Müharibəylə bağlı çox xatirələrim var… Amma...”

Qarabağ, Sumqayıt
Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

Müharibə veteranı Ziyəddin Həmidov: 9 May mənim üçün ən əziz gündür

TDPİ-nin Azərbaycan bölməsi, Tiflis
RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

RUHUNUZ ŞAD OLUN, HÖRMƏTLİ HACIMURAD MÜƏLLİM!...

Borçalı, Başkeçid
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
Rəy yazın: