Maarif fədaisi və el ağsaqqalı TDPİ-nin Azərbaycan bölməsi, "Region-Press", Borçalı 30 июня 2015 Haqqında söhbət açmaq istədiyim şəxs artıq 55 ilə yaxın pedaqoji stajla elin-obanın dərin hörmət və izzətini qazanmış, sadə və təvazökar insan olan Mahal Mustafa oğlu Eminovdur.Anadan sanki müəllimlik peşəsi üçün doğulmuş Mahal müəllimin əmək kitabçasında 1961-ci ilin avqustun 20-dən I Kosalı yeddiillik məktəbinə tarix müəllimi təyin olunması əmri yazılıb və həmin əmrdən sonra yuxarı vəzifələrə çəkilməsi düz xətt üzrə 2007-ci ilin oktyabrınadək davam etmişdir.1956-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (o zamanlar İ.Çavçavadze adına Pedaqoji Universitet belə adlanırdı) tarix, Azərbaycan dili və ədəbiyyatı şöbəsinə qəbul olunan Mahal Eminov yaxşı və əla qiymətlərlə həmin şöbəni 1961-ci ildə bitirib, o zamankı Marneuli RXMŞ-nin müdiri Abbas Kərimovun əmri ilə I Kosalı yeddillik məktəbinə tarix müəllimi təyin olunmuşdur.Kollektivə tez uyğunlaşan Mahal müəllim kəndin ilk ziyalılarından biri kimi, həmişəişinə məsuliyyətlə yanaşmış və gənclik ehtirası ilə kəndin bütün mədəni quruculuqişlərində fəal iştirak etmişdir. Mahal müəllim o qədər həvəslə işləyirdi ki, sanki o nə vaxtsarast gələcəyi və yaxud görüşüb söhbət edəcəyi keçmiş qrup yoldaşlarına: filologiyaelmləri doktoru, professor, şair Əflatun Saraclıya, filologiya elmləri namizədi, dosentAkif Nuriyevə, Marneuli RXMŞ-nin müdiri işləmiş Alı Rzayevə, Marneuli Rayon PartiyaKomitəsinin təlimatçısı Kamal Rüstəmova öz gözəl və nəcib işlərindən söhbət açacaqdır.Mahal müəllimlə mən artıq qırx ildən çoxdur ki, eyni bir kollektivdə işləyirəm. Onun bütünnailiyyətləri mənim gözümün qabağında olmuşdur. Mən onunla məktəb həmkarlarkomitəsinin sədri və dərs hissə müdiri kimi də çalışmışam. Onun əmək fəaliyyətini vəqazandığı nailiyyətləri nəzərdən keçirməyi özümə borc bilirəm.Mahal müəllim kəndimizdə vaxtı ilə təhsildən yayınmış bəzi gənclərin siyahısınımüəyyənləşdirib 1965-1966-cı dərs ilində I Kosalı kəndində axşam (növbəli) ümumtəhsilməktəbi təşkil etdi. Maarif Nazirliyinin əmri ilə bir neçə sinifdən ibarət olan həmin məktəbtez bir zamanda respublikada ad-san qazandı.Sevindirici haldır ki, həmin məktəbin məzunları kəndimizin 70-80-ci illərdəki alitəhsilli mütəxəssislərimizin 80-90 faizini təşkil etmişdir.Onların arasında müəllim, həkim, mühəndis, iqtisadçı, aqronom və başqa ixtisas sahibləridə vardır. Həmin məzunlardan elimizin fəxri, tibb elmləri namizədi, cərrah Rəfael Eminov,şair-publisist Firudin Vəliyev, keçmiş partiya işçisi Dursun Hüseynov, vaxtilə təsərrüfatrəhbərləri işləmiş Gülməmməd Sadiqov və Xudahafiz Əliyev, sovxozumuzun baş aqronomuişləmiş Mirzalı Hacımahmudov, Rusiyanın Stavropol vilayətində böyük bir zavodda başmütəxəssis olmuş Məhəmməd Zamanov. Bu siyahını daha da genişləndirə bilərik. Bax, bunaliyyətlərin qazanılmasının başında I Kosalı axşam (növbəli) məktəbinin direktoru MahalEminov durmuşdur. Kollektivdə xeyli müəllim çalışırdı. Sağlam və yaradıcı müəllim kollektivininnailiyyətləri nə Marneuli Maarif Şöbə müdiri Yusif Heydərovun, nədə ki, GürcüstanMaarif Nazirliyinin Axşam və Qiyabi məktəbləri idarəsinin rəisi Qucecianinin dənəzərindən qaçmamışdır. Məktəb kollektivinin əməyi yüksək qiymətləndirilmiş və Mahalmüəllim iki dəfə Gürcüstan müəllimlərinin ali məclisinə-qurultaya nümayəndə seçilmişdir.Əməyi bir neçə dəfə diplom və tərifnamələrlə qiymətləndirilmişdir.Mahal müəllimin bu nailiyyətlərini rayon maarif şöbəsi yüksək qiymətləndirərək onunvəzifəsini daha da yüksəltmişlər. Artıq 1977-ci ildən Marneuli rayon maarif sistemində onunrəhbərliyinin coğrafi dairəsi genişləndirilərək 11 kənddə yerləşən axşam və qiyabi təhsilüzrə təlim məntəqələrinə müdir təyin etdilər.Mahal müəllim öz müavini və metodisti Hümbət Zamanov və Məmik İsgəndərovlaəl-ələ verərək nümunəvi işlər görüb, təlimtərbiyənin keyfiyyətini daha da yüksəltdilər.Haşiyə: Mahal müəllim tələbə ikən institut yoldaşları ilə birlikdə 1959-cu ildəQazaxıstanın Kustanay xam torpaqların becərilməsində, yəni bir neçə ay taxıl yığımında da iştirak etmişdir. Onun vətənə ilk töhfəsi bu nəcib iş olmuşdur.Mahal Eminov iki ixtisasa yiyələndiyindənAzərbaycan dili və ədəbiyyatı fənlərini də tədrisedir. Həmin dərslərin necə canlı keçdiyinin şahidiolmuşam. Mahal müəllim şeirə həssas olduğuüçün o şeiri (yaxşı şeiri) əzbərləmək üçün 3-4 dəfəoxuyardı. Mahal müəllim S.Vurğunun “Vaqif” dramınıtədris edəndə əsərdəki bəzi səhnələri rollar üzrə əzbərdən deyirdi. O qədər canlı söyləyirdi ki, şagirdlər sanki tamaşayahansısa bir xalq artistinin ifasında baxırdılar.Tarix dərslərində o faktlara əsaslandığı kimi, ədəbiyyat dərslərində də bədii əsərlərinqiraətinə, diksiya və intonasiyasına xüsusi diqqət yetirirdi. Mahal müəllim o vaxtlaraxşam məktəbində işləməsinə baxmayaraq gündüz məktəbinin VIII sinif şagirdlərininiştirakı ilə M.F.Axundzadənin “Hacı Qara”, S.Vurğunun “Vaqif” dramını tamaşaya qoyubməktəbin o vaxtkı darısqal sinif otaqlarında kənd camaatına və qonaqlara göstərirdilər.1981-ci ilin aprelindən Maarif nazirinin əmri ilə Mahal müəllim ona doğma və əziz olanbaşqa bir kollektivə – I Kosalı orta ümumtəhsil məktəbinə direktor təyin olunur. Uzun illərinpedaqoji təcrübəsinin yüksək nəticələri öz bəhrəsini artıq verməyə başlayır. Məktəbinisitmə sistemi yüksək səviyyədə təmir olunur, məktəbin dörd tərəfi səliqəli şəkildə hasaraalınır, məktəbin həyətində gözəl, yaraşıqlı dekorativ ağaclar əkilir, böyümüş ağaclarındibi bellənib əhənglə ağardılır. Məktəbin həyətində geniş və yaraşıqlı bir idmanmeydançası salınır.Müxtəlif dərs illərində Marneuli RXMŞ-nin pedkabinetin işçilərinin iştirakı ilə məktəbdəgeniş şəkildə pedaqoji şuranın iclasları keçrilirdi.Məktəbdə qabaqcıl təcrübəyə və yeni tətbiq olunan metodlar: problemli situasiya,“dərsi dərsdə” və s. kimi düşündürücü və yaradıcı metodların müzakirə olunub tətbiqinəgeniş yer verildi.Həmin dövrdə demək olar ki, bütün fənnlər fənn kabinetlərində keçrilirdi. Məktəbinzəngin kimya və fizika laboratoriyaları, biologiya, xarici dil, riyaziyyat və s. kabinetlərivar idi. Bütün müəllimlər çalışırdı ki, hər birinin kabineti o birisinkindən daha zənginvə yaxşı tərtib olunsun. Müəllimlər arasında demək olar ki, yarış gedirdi.Məktəbin daxili tərtibatı da çox məzmunlu idi. Məktəbdə bir-birindən yaraşıqlı və gözoxşayan stendlər var idi: “İkinci dünya müharibəsi və əmək veteranları”, “Heç kəs unudulmur,heç nə yaddan çıxmır”, “Nəsillərin estafeti”, “Məktəbimizin məzunları”, “Biz onlarla fəxr edirik” və s.90-cı illərin əvvəllərində məktəbdən uzaqlaşmış bəzi müəllimləri Mahal müəllim Ivə II Kosalı orta məktəbləri birləşib bir orta məktəb olanda onları yenidən məktəbə cəlbetmş və onları məktəbin şərəfini uca tutmağa çağırmışdır.Keçid dövründə məktəbin maddi-texniki bazası həddən artıq acınacaqlı olduğu birvaxtda Mahal müəllimin təşəbbüsü ilə kənd camaatı və bəzi qeyrətli, imkanlı el oğullarımızöz köməkliklərini məktəbə etmişlər. Hər bir valideyn çalışırdı ki, məktəbin hər bir işindəməktəb müdiriyyətinə kömək göstərsin.Məktəbin qızdırılması üçün yanacaq yox idi, lakin qeyrətli eloğlularımız başda Mahalmüəllim olmaqla Vəzir Əliyev, Bilal Babayev, Musa Musayev yaxınlıqdakı meşədənicazə ilə odun tədarük edib çətinliklə məktəbə gətirmişlər, soyuqdan məktəbdən yayınmahallarının qarşısını almışlar. Mahal müəllimin verdiyi tərbiyənin, etibarın, məsuliyyətinnəticələri keçmiş şagirdləri tərəfindən yüksək qiyməyləndirilirdi. Mən onların adını bir-birçəkmək istəmirəm, ancaq elimiz onları yaxşı tanıyır. (Bu ayrıca mövzudur). Hətta onlarınbəziləri deyirdi: Mahal müəllim məktəb üçün nə lazım olsa bizə bildirin, biz çalışacağıq ki,məktəbə hər vəchlə köməklik edə bilərik.Mahal müəllimin belə xeyirxah işlərin təşəbbüskarı olduğu bir neçə işlər də var.Mahal müəllim bu gün də kəndin, el-obanın dəyərli ziyalısı, hörmətli ağsaqqalı, etibarlı eloğlusuvə qədirbilən bir övladıdır. Kəndin bütün xeyirxah işlərində fəal iştirak edir. Kəndin infrastrukturununmüsbət mənada dəyişməsinə həmişə əlindən gələn köməkliyi əsirgəmir.Haşiyə: Mahal müəllim yeri gələndə, daha doğrusu ömür yoluna nəzər salanda özünün həmsavadlı ali məktəb müəllimlərini, həm də elmin ibtidaisiniöyrədən orta məktəb müəllimlərinin də xoş xatirələrlə yada salır.Tanınmış filosof kimi respublikada böyük nüfuzamalik olan, professor Ələddin Həkimov, gözələdəbiyyatşünas, ərəb-fars dillərinin gözəl bilicisi,folklorşünas alim Ziya Borçalı, Azərbaycan dilinintədqiqatçısı və gözəl metodisti Əziz Mursaqulovu teztezxatırlayır və onların ruhlarına xoş sözlər söyləyir.Ali məktəbi bitirməsindən yarım əsrdən artıq vaxtkeçməsinə baxmayaraq təmasda olduğu və ya dostluqetdiyi bəzi tələbə dostlarının nailiyyətlərinə vəxoş günlərinə həmişə sevinmişdir. Uzun müddətpartiya dövlət və ictimai xadim, tanınmış jurnalistS.Süleymanov, filologiya elmləri doktoru, professorM.Çobanov, şair-jurnalist M.Coşqun, şairƏ.Binnətoğlu, uzun müddət təsərrüfat müdiri işləmişVəkil müəllim və uzun müddət partiya işçisi olmuşN.Qurbanov və s. Mahal müəllimin əlli illik ömürgünyoldaşı Səyalı Məmiş qızı da uzun müddət IKosalı orta məktəbində kitabxanaçı kimi fəaliyyətgöstərmişdir. Təqaüdə çıxdıqdan sonra şirin-şəkərnəvələrinin tərbiyəsi ilə məşğul olur.Mahal müəllim ailədə üç bacının bir qardaşıolmasına baxmayaraq ata və anasının vəfatındansonra iki bacısına da ali təhsil almasına yardımçıolmuşdur. Bacısı Eminova Zinyət Mustafa qızıTbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib təqaüdəçıxana qədər Böyük Muğanlı orta məktəbində ibtidaisinif müəllimi işləyərək həyat yoldaşı ilə birlikdədörd övlad böyüdüb ərsəyə çatdırmışdır. Kiçik bacısıEminova Hava Mustafa qızı Bakı şəhərində N.Tusiadına Pedaqoji Universitetin Azərbaycan dili vəədəbiyyatı fakültəsini bitirib uzun müddət I Kosalıorta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.Elin xeyir-şər işlərində maddi köməklikləriniəsirgəməyən övladları Elçin və Əhmədin balalarınıntərbiyəsi ilə məşğul olan Hava müəllim həyat yoldaşıSadıqov Məhyəddinlə birlikdə indi təqaüddədirlər.Maraqlıdır ki, Mahal müəllimin böyük bacısı EminovaHilal tam orta təhsil almasa da dörd övladınamərhum həyat yoldaşı Mövlud müəllimlə birlikdəali təhsil vermişdir. Elə layiqli oğul-qız böyütmüşbacıya əhsən!Mahal müəllim həyat yoldaşı ilə birlikdəövladlarına müəkəmməl təhsil və nümunəvi tərbiyəvermişlər. Dörd övladından üçü ali təhsil almış,yalnız kiçik qızı Eminova Təranə Gəncə şəhərindəkompyuter texnikası üzrə ixtisasa yiyələndikdənsonra hal-hazırda məktəbimizdə texniki işçi kimiçalışır. Oğlanları Eminov Mustafa Bakı şəhərindəİqtisadiyyat Universitetini, Eminov Rəşad da BakıdaAzərbaycan Neft Akademiyasını bitirmişlər.Qızı Eminova Arzu Bakıda N.Tusi adına PedaqojiUniversiteti bitirərək həyat yoldaşı istedadlı cərrahRəfael Eminovla ali təhsilli üç övlad böyüdərəkxoşbəxt həyat sürürlər.Sevindirici haldır ki, Mahal müəllimin nəvələriRusiyanın Moskva və S.Peterburq şəhərlərindəkiməşhur universitetlərində təhsil alırlar. Onlardan birininuğurları daha qəlboxşayandır. Mustafanın kiçikqızı Eminova Turac keçən dərs ilində Moskvada ortaməktəbi qızıl medalla bitirib M.V.Lomonosov adınaMoskva Dövlət Universitetinin Dövlət İdarəçiliyivə Qanun fakültəsinə daxil olub, hal-hazırda əlaqiymətlərlə nümunəvi tələbə kimi təhsilini davam etdirir.Keçmiş şagirdlərindən Musa Əliyev, Qurban Sadıqov, Arifə Hacırəhimova, Əbülfət Abdullayev,Elçin Əliyev, Abdulla Hüseynov, Aygün Eminova və s. bu gün ali təhsilli mütəxəssislər kimi keçmişSSRİ-nin müxtəlif şəhər və rayonlarında ləyaqətlə çalışır və kəndimizin adını ucaldırlar.Əməyi Maarif Nazirliyi, rayon rəhbərliyi, kollektiv tərəfindən yüksək qiymətləndirilən Mahalmüəllim özünün 42 illik məktəb direktorluğu təcrübəsini və yüksək pedaqoji ustalığını bu gün dəöz həmkarlarından əsirgəmir və həmişə onlara bir nümunədir.Bizə yalnız Mahal müəllimə uzun ömür və can sağlığı arzu etmək qalır. Qoy həmişə o, kollektivüçün bir mayak olsun! Amin!Osman ƏLİYEV,Marneuli rayonundakı Kosalı ümumi məktəbininmetodist müəllimi. "Region-Press", 30.06.2015, səh.8-9.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.