ŞƏRƏFLİ ÖMÜR YOLU (Cümşüd Orucov - 68) Darvaz, Təbriklər 10 мая 2023 1037 60 1 2 3 4 5 TƏBRİK EDİRİK!..Ömrünün önəmli bir hissəsini Daxili İşlər Orqanlarında və Azərbaycan Ordusunda xidmətə həsr etmiş istefada olan mayor Orucov Cümşüd Aslan oğlunun may ayının 8-də anadan olmasının 68 yaşı tamam oldu. Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan mayor Cümşüd Orucovu doğum günü münasibətilə doğmaları, yaxınları iş və döyüşcü yoldaşıları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Cümşüd qoy yaşınızın üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.Mayor Orucov Cümşüd Aslan oğlu - 1955-cı ilin may ayının 8-də Gürcüstan Respublikasının Bolnisi rayonun Darvaz kəndində zəhmətkeş ailədə anadan olub.O, 1972-cı ildə Bolnis rayonunun Darvaz kənd orta məktəbini, 1980-ci ildə isə Ufada SSRİ Daxili İşlər Nazirliyinin zabitlər hazırlayan məktəbini bitirib. O, Daxili İşlər Oranlarında və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində DİN-in və MN-nin müvafiq strukturlarında keçirilən bir çox metodiki - təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, nümunəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak edib.Cümşüd 1973-1975-ci illərdə Soved Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1978-1992-ci illərdə Daxili işlər Nazirliyinin Tbilisi şəhərində polis nəfəri, Rustavi şəhərində yerləşən cəzaçəkmə müəssisələrin birində isə dəstə rəhbəri vəzifələrində calışıb. Ernanıstanın Azərbaycana qarşı əsassız torpaq iddiaları nəticəsində Azərbaycanın ərazi bütovlüyü uğ-runda müharibə getdiyi bir çox qeyrətli soydaşlarımız kimi kənarda qalmamış, Cümşüd 1992-ci ildə Bakı şəhərinə gələrək 1992-2001-ci illərdə Azərbaycan Ordusunun Bakı şəhərində yerləşən Reaktiv artilleriya briqadasında müxtəlif rəhbər vəzifələrdə Vətənə Dövlətə və Xalqa şərəflə xidmət edib.Cümşüd Orucov qorxmaz, insanpərvər, səxavətli, əliaçıq bir baş zabitdir. O, istər orta və ali təhsil müəssisələrində təhsil aldığı illərində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır. O, Daxili İşlər Nazirlər orqanlarında və Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində, SSRİ və Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi (Polis) Andın, hərbi nizamnamələrin və digər hüquqi-normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları və daxili işlər orqanların əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.O, ulu öndərin idealarına, dövlət başçısının yeritdiyi siyasətə, dövlətcliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş zabit kimi tanınır.Qanunvericilik ilə xidmət etdiyi, DİN-in müvafiq sturukturlarına və hərbi hissəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış və cəzaçəkmə müəssisələrdə baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, eyni zamanda, hərbi hissə komandirinin siyasi işlər üzrə müavini kimi kuratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib.Xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanşdığına görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Müdafiə Nazirinin, korpus və hərbi hissə komandirinin, cəzaçəkmə müəssiə rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlaçı döş və yubiley nişanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.Cümşüd Orucovun səmərəli və məqsədyönlü fəaliyyətinin Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin müvafiq strukturlarının rəhbərliyi tərəfindən həmişə yüksək qiymətləndirldiyinə görə, SSRİ Ali Soveti və möhtərəm Prezidentimizin adından Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin müvafiq əmrləri ilə Cümşüd "Qusursuz xidmətlərə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli, "Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının isə 10 (1991-2001)” medalları ilə təltif olunub .Doğum günün mübarək olsun, Cümşüd!Allah hər zaman qəlbini sıxıntıdan, bədbinlikdən qorusun!Bütün arzularin çin olsun!Həmişə üzün gülsün, ürəyin sevinsin! SALMAN MUSAYEV,Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı və Müharibə Veteranı, polkovnikZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.