Salman Qazi: "DÜNYADA BİR ALİM İZ QOYDU GETDİ" və yaxud: "MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏ" Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 20 января 2024 1613 100 1 2 3 4 5 ALİM MƏDƏD, BİR ELOĞLU MƏDƏDDİ...(Nyu-York Elmlər Akademiyasının akademiki,Filologiya elmləri doktoru,professor Mədəd Çobanovun80 illik Yubileyində)Ulu torpaq, bitirdiynə min şükür,Uca Tanrı, gətirdiynə min şükür,Uca elm, yetirdiynə min şükür,Şükr eyləmək bəndələrə adətdi,Alim Mədəd, bir Eloğlu Mədəddi.Ağ saçlarda bir ağalıq gюrürəm,Uca boyda, bir ucalıq gürürəm,Bir alimdə, bir xocalıq gürürəm,Bu xocanın əlləri ziyarətdi.Alim Mədəd, bir Eloğlu Mədəddi.Elmimizdə zəhməti var, nuru var,Hara baxsan, onun orda yeri var,Belə alim, - vallah yüzdən biri var,Bu gün mən dediyim bir həqiqətdi.Alim Mədəd, bir Eloğlu Mədəddi.Ağsaqqallar, ixtiyarlar pir olar,Əməlində inci olar, dür olar,Mədəd müəllim gələcəyə nur olar,İnsanı yaşadan halal zəhmətdi,Alim Mədəd, bir Eloğlu Mədəddi.Ulu torpaq, bitirdiynə min şükür!Uca Tanrı, gətirdiynə min şükür!Uca elm, yetirdiynə min şükür!Şükr eyləmək bəndələrə adətdi,Alim Mədəd, bir Eloğlu Mədəddi.22.05.2017DÜNYADA BİR ALİM İZ QOYDU GETDİMən çox Alim görmüşəm, Mədəd babaya çatmaz,Nə elimlə tən gələr, nə elimə yaraşmaz.İnsanlardan gen gəzər, nə qaynayıb - qarışmaz.Mədət baba nur üzlü alimlərin biriydi,Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!Sadəliktə çox sadə, ürəyi billur kimi,Elə nur görməmişdim üzündəki nur kimi.Alimlikdə Tusi tək, uğuru uğur kimi,Azərbaycan Elmində yer tutdu məğrur kimi.Elimdə sirr qoymadı, qəlbi elmin yeriydi.Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!Dünya gəldi - gedərdi, Alimlər ölməz olar,Alimlərdən əsərlər, ixtira, icad qalar.Bir Alim köç edəndə, min Alim yola salar.Aləmə miras qalan elmi işi, əsəridi.Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!Deyiblər ki, atanı yaxşı oğul yaşadar,Mədəd babaya rəhmət, arxasında Müşfiq var!Ata - oğul həməşə bizim üçün iftixar,Məclislərin başında Mədəd babanın yeriydi.Mədəd baba bir məbəd, Mədət baba Pir idi!Türkiyədə eşitdim, Alim köçüb dünyadan,Cənnətə onun üçün yer ayırıb Yaradan.Salman Qazi könlündə yer alanmaz hər adam.Simasında dahilk, başdan başa nur idi.Mədəd baba bir məbəd, Mədəd baba Pir idi!23.08.2023.MƏDƏD MÜƏLLİMİN MƏZARI ÖNÜNDƏGörüşünə gəlmişəm, Əssalamun əleyküm!Mədəd müəllim, bu yazı, bu bir qədər, bu hökm!Dünya fani dünyadır, hər gələn qayıdacaq,Alimlər ölmür ancaq, alimlər yaşayacaq!Alimin bircə günü, qırx günlük ibadət,Budur haqqın buyruğu, budur əsl həqiqət!Siz elm dəryasıydız, ey üzü nurlu insan,Sadə insan idiniz, könlünüzdə din - iman.Elmi üstün tutdunuz, şan-şöhrətdən əvvala,Parlaq işıq saçdınız, elmə gedən bi yola.Biliyniz, bacarığnız keçdi gənc nəsillərə,Gəlmədiniz dünyaya boş yerə, nahaq yerə.Dünya şöhrətli alim! Siz öləndə görmədim,Öz özümə söz verdim, gedib görəcəm, dedim!Mədəd müəllim, gəlmişəm, halallıq verin mənə,Əməyiniz çox olub, bizim gözəl Vətənə!Torpaqlar azad oldu, qayıtdı Xankəndimiz,Bu sizin arzu idi, Yaşasın Sərkərdəmiz!Mədəd müəllim, rahat yat, məqamın cənnət olsun,Sizi ziyarət etmək bizlərə adət olsun! 22.10.2023SALMAN QAZİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.