MOLLA ƏFLATUN KEŞƏLİ (1962) Borçalı, Başkeçid 14 сентября 2023 1153 0 1 2 3 4 5 Əflatun Hüseynoğlu (Molla Əflatun Keşəli) - 10 may 1962-ci ildə qədim Borçalı mahalının Başkeçid bölgəsinin (indiki Gürcüstanın Dmanisi rayonunun) Yırğançay kəndində dünyaya göz açıb.Hazırda Marneuli şəhərində yaşayıb-yaradır.Gənclik illərindən poeziya vurğunu olan Əflatun Hüseynoğlu elə həmin illərdən özü də müxtəlif mövzularda və müxtəlif janrlarda şeirlər yazır. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunur. Molla Əflatun Keşəli “Sinəm haqqın körüyüdü”“Haqqın çırağında","Bu dünya mənlik deyil", "Sözlərimlə diriyəm" və "Gəl, üzü dağlara gedək" adlı beş şeirlər kitabının müəllifidir.Onu da qeyd edək ki, 16-cı əsrdə şərq xalqlarının folklorundan götürülərək Seyid Əhməd bin Həsən Bali əd-Dəvadari adlı bir nəfər tərəfindən Oğuz Türkcəsinə çevrilərək Dədə Qorqud dastanlarının bir hissəsi ilə birlikdə qələmə alınan və hazırda Varikanda qorunan "Hekayəti lətifeyi Əcubə və Məhcubeyi zərifə" adlı əlyazma əsər də ilk dəfə orijinaldan Əflatun Hüseynoğlu (Keşəli) tərəfindən Azərbaycan türkcəsinin çağdaş yazı qaydalarına uyğunlaşdırılaraq “Əcubə və Məhcubənin heka-yətləri” adı ilə 2016-cı ildə Bakıda ayrıca kitab şəklində çap olunaraq oxuculara çatdırılmışdır (“Yeni Poliqrafist” MMC, 2016, 190 səh.). Biz də Molla Əflatun Hüseynoğluna yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzGÖZƏLLİKDİDünyanın bəzəyi olub əzəldən,Uca dağ başında qar gözəllikdi.Ağlı kəm olana nə lazım dövlət,Başda ağıl olsa, var gözəllikdi.Böyüklər sərvəti hünər, dəyanət,Qismət olsa Haqdan gələr inayət.Oğulda lazımdı qeyrət, mətanət,Qızda ismət, həya, ar gözəllikdi.Əflatun müxtəsər desin sözünü,Heç kim xar eyləməz özü-özünü.Axtarsan belədir işin düzünü,Kişidə vəfalı yar gözəllikdi.OLAN BİLİRHər adam nə bilir mərifət nədir,İnsanlığı əhli-hal olan bilir.Ortaya şər atıb, ara qatmağıAğıldan-kamaldan kal olan bilir.Qul haqqı yeyənin tez solduğunu,Nahaqqın yerini haqq aldığını,Qürurun, mənliyin nə olduğunuArsızlar yanında lal olan bilir.Əflatun, sən buna yetir diqqəti,Nurlu adamlardan gəzmə gen qəti.Həqiqi sevgini, saf məhəbbətiHəsrətdən qaməti dal olan bilir. GÖZƏLDİRSoruşursan məndən bizim yerləri,Bu tərəfin hər qarışı gözəldir.Dağ-dərəsi gül-çiçəklər qoxuyur,Həm baharı, həm də qışı gözəldir.Sehrlidir bülbüllərin şən səsi,Heyran edir yaxın-uzaq hər kəsi.Bitmək bilməz qonaqların həvəsi,Meşələrin əlvan quşu gözəldir.Addım atsan üzü bəri Qazaxdan,Yay günündə üşüyərsən sazaxdan.Ağ örpəyi göz oxşayır uzaxdan,Dağlarımın dümağ qarı gözəldir.Mehman olsan gözüm üstə yerin var,Dost gəlişi bayram olar, toy olar.Açar süfrə naz-nemətdən bəhrə-bar,Anaların plov, aşı gözəldir.Bir dost kimi gəlişini öyərəm,Dost yolunda qəm-kədəri döyərəm.Fəxarətlə gen qol açıb deyərəm,Əflatunun can sirdaşı gözəldir.MÖHTAC EYLƏMƏAllahım, adilsən, ədalət eylə,Heç kəsi pis üzə möhtac eyləmə.Özün yaratdığın bəndənə acı,Şoran səhra, düzə möhtac eyləmə.Hərəyə bir ömür vermisən belə,Qıyma, bu ömürlər getməsin yelə.Eləsən yaxşıya, gözələ elə,Çaşqın, ağlı aza möhtac eyləmə.Əflatun duaçı, qulağı səsdə,Yetir qismətimi, halaldan bəsdə.Desinlər sonsuzdu bu filankəs də,Nankor oğul-qıza möhtac eyləmə.OLAN BİLİR Hər adam nə bilir mərifət nədir,İnsanlığı əhli-hal olan bilir.Ortaya şər atıb, ara qatmağıAğıldan, kamaldan kal olan bilir.Qul haqqı yeyənin tez solduğunu,Nahaqqın yerini Haqq aldığını,Qürurun, mənliyin nə olduğunuArsızlar yanında lal olan bilir.Əflatun, sən buna yetir diqqəti,Nurlu adamlardan gəzmə gen qəti.Həqiqi sevgini, saf məhəbbətiHəsrətdən qaməti dal olan bilir.OLANDA DA(Z. Yaquba nəzirə)Ya alim olasan, ya əsil ustad,Belə ad alasan ad alanda da.Səni danışalar, səndən deyələr,Belə yad olasan yad olanda da.Bir azar görməyə sağlam canın da,Xoş keçə ömürdə hər bir anın da.Oğul bir yanında, qız bir yanında,Belə şad olasan şad olanda da.Hər məclis içində biləsən yerin,Az sözlə fikrini deyəsən dərin.Ağızda sözlərin şəkərdən şirin,Belə dad olasan dad olanda da.Haqqın nuru yağa daim üzündən,Nəsillər yeriyə sənin izindən.Ocaqlar alışıb yana közündən,Belə od olasan od olanda da.Əflatun, sözünü eylə kəsə sən,Namərdi qılıncla iki kəsəsən.Coşanda küləkdən iti əsəsən,Belə bad olasan bad olanda da.ALÇALA-ALÇALA YAŞIYAN DA VARMərdlik hər adamın işi deyil ki,Alçala-alçala yaşıyan da var. Ağrı-acıları alıb çiyninə,Dünyanın dərdini daşıyan da var.Alçaq adamların dünyası talan,Min söz də söyləsə, yalandır, yalan.Nə çoxdur həyatda kəmfürsət olan,Qaysaq yaraları qaşıyan da var.Həmişə kədərdən uzaq qaçsa da,Üzə gülümsəyib, qucaq açsa da,Ömrünün günəşi işıq saçsa da,Hərarət görməyib, üşüyən də var.Hər sözün-söhbətin ardınca getmə,Coşub bülbül kimi cəh-cəhlə ötmə.“Çoxdur dostum!” – deyib məğrurluq etmə,Əflatun, arxanca döşüyən də var.DOLUBDUR PİYALƏM QƏM ŞƏRABIYLADolubdur piyaləm qəm şərabıyla,İçmək istəmirəm, zaman “iç” – deyir.Atıbdır qarşıma sərt kəməndini,Ağlım “keçmə” – deyir, bəxtim “keç” – deyir.Dolanır başımda dumanı-çəni,Salıb məngənəyə, çox sıxır məni.Əkdiyim zəmilər tutmamış dəni,Biçmək istəmirəm, fələk “biç” – deyir.Bitməyir qovğası, bitməyir qalı,Döndərir zəhərə şirincə balı.Qarışır gözümdə dünyanın halı,“Sən ağı qaradan indi seç” – deyir.Nə varsa şadlığım, əlimdən gedib,Həyatı gözümdə dözülməz edib.Əzab-əziyyətlər qarşımda bitib;“Baş götür dünyadan, durma, qaç” – deyir.Dünyanın ağrısı, acısı çoxdur,Yedirib kədəri, gözlərim toxdur.Əflatun, yaşamın ləzzəti yoxdur,İçimdən gələn səs “daha köç” – deyir.A YAĞIM İNDİYerisəm, yüyürsəm çata bilmərəm,Şeytanın güclüdü ayağı, mindi.Təbibin məlhəmi əlac eyləmir,İndiki zamanda ay ağı mindi.Yaman çoxalıbdır ayaqlar qazan,Dövran bəd gəlibdir, hanı xan Qazan?Ocaq öləziyib, qaynamır qazan,Daha şora dönüb a yağım indi.Aldanma hiyləyə canım, ala sən,Görürəm qatırsan canı mala sən.Durmusan marıtda canım alasan,Öldürməkdi qəsdin a yağım, indi.Acgöz vardan doymur, elə hey daşır,Əflatun çaylar tək qaynayıb daşır.Sözüm yaman dolub sinəmdə, daşır,İstərəm şıdırğı a yağım indi.AYAĞI ÇƏKƏRƏsli təmiz olsa həyat yoldaşın,Halaldan qabına a yağı çəkər.Baxma ki gözəldir, kökü xarabsa,Gözlə ki aşına ay ağı çəkər.Açıla sabahlar, yaxşı dan gələ,Aşığa hər cəfa Yaxşıdan gələ.Bala var-dövlətdir, yaxşıdan gələ,Bəd övlad üstünə a yağı çəkər.Üzümü tutmuşam Allaha sarı,Sağalmaz dost vuran yara, ha sarı.Qızıldan olsa da qapı-hasarı,Əflatun o dostdan ayağı çəkər.SÖZÜM MƏNİMDilimdə sözüm ağlayır,Güləcəkmi sözüm mənim?Hər tərəfdə yalan gülür,Güləcəkmi düzüm mənim?Dost olmuşam qəm-kədərə,Keçir ömür boş-hədərə.Sorum dərdi bilənlərə,Güləcəkmi üzüm mənim?Kefi satıb, qəm almışam,Bu dünyadan yorulmuşam.Gah boşalıb, gah dolmuşam,Güləcəkmi nazım mənim?Alışmışam, yanar odam,Söz qanana deməm yadam.Qəm kökündə dinir müdam,Güləcəkmi sazım mənim?Əflatundu mənim adım,Hey bulandım, durulmadım.Mən ki vara vurulmadım,Güləcəkmi azım mənim?SƏXAVƏTİ O DAĞLARINNeçə dərdə dərman olubSəxavəti o dağların.Hər xəstəyə şəfa verirSəxavəti o dağların.Göy yaylaqlar “gəl-gəl” deyir,“Məndə bir az dincəl” deyir.“Var qurudlu xəngəl” deyir,Səxavəti o dağların.Kef üstünə kef də qatır,Dərdi-qəmi başdan atır.Gözəllərə naz da satırSəxavəti o dağların.Bir cənnətdi hər dağ-dərə,Göz oxşayır bəndi-bərə.İlham verir şairlərəSəxavəti o dağların.Əflatunun şan-şöhrəti,Həm vüqarı, həm qüdrəti.Tükənməzdi var-dövləti,Səxavəti o dağların.KİŞİLİKHər kişiyə kişi demək olmur ki,Kişilik qeyrətdi, kişilik ardı.Kişi var, kişi tək deyər sözünü,Kişi var, el-oba yanında xardı.Kişi var, hünərdə ər oğlu ərdi,Kişi var, başına ləçək yaraşır.Kişi var, namusu hərraca qoyub,Ac toyuq misalı dənə daraşır.Tanrı da sevibdir “Kişi” adını,Kişilik müqəddəs sözdü qanana.Hər oğul bu adı daşıya bilmir,Kişi də doğmur ki hər doğan ana.Allahdan verilən paydı kişilik,Bu adı qorumaq mərdin işidi.Gözü bir nöqtəyə baxmayanların,Zatı qırıqların adı kişidi.Haqqa-həqiqətə tən olar kişi,Kişi danışanda sözdən doyulmaz.Hər saza oynayan axmaq başlara,Ara qatanlara kişi deyilməz.ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.