Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbərovun anım günüdür Borçalı, UNUTSAQ, UNUDULARIQ!.... 23 января 2023 987 100 1 2 3 4 5 23 yanvar – Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbər oğlu Əkbərovun anım günüdür.Qəmil Əkbər oğlu Əkbərov - 1 aprel 1954-cü ildə qədim Borçalı mahalının Sarvan elində, indiki Gürcüstanın Marneuli rayonunun Gorarxı elinin Təzəkənd kəndində ziyalı-müəllim ailəsində anadan olmuş, 1961-ci ildə Təzəkənd orta məktəbində I sinifə getmiş, 1971-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurmuş və elə həmin il Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADP Universitetinin) Fizika fakültəsinə qəbul olmuşdur.1975-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Azərbaycan Respublikasının İsmayıllı rayonunda fizika müəllimi olaraq pedaqoji fəaliyyətə başlamış və 1981-ci ilədək İsmayıllı rayonunun bir çox məktəblərində fizika fənni üzrə müəllim işləmişdir.Qəmil Əkbərov tələbəlik illərində Bakıda Spartak idman cəmiyyətində Sərbəst Güləş idman növü ilə məşgul olmuşdur. İdmançı kimi yetişməsində, idman ustalığına namizəd dərəcəsinə yüksəlməsində Böyük idman mütəxəsisi Göyüş Məmmədovun rolu çox olmuşdur. Pedaqoji fəaliyyəti ilə əlaqədar şəxsi idman kariyerasını dayandırmış, təyinatla müəllim işlədiyi İsmayıllı rayonunda güləş cəmiyyəti yaradaraq gəncləri idmana və sağlamlığa cəlb edərək güləşçi tələbələr yetişdirmişdir.1981-ci ildən ailə vəziyyəti ilə əlaqədar olarag öz doğma yurduna, Marneuli (Sarvan) rayonuna qayıdaraq rayon maarif şövbəsində “Təlimin texniki vasitələri” üzrə metodist, fizika fənni üzrə metodist, sonra isə maarif şöbəsinin ümumi məktəblər üzrə baş mütəxəsisi (İnispektoru) təyin olunmuşdur. O, bu vəzifədə 1990-cı ilə kimi layiqincə işləmişdir. 1990-cı ildən öz şəxsi ərizəsi əsasında həmin vəzifədən azad olmuş və yenidən Bakıya köçmüşdür. 1994-1996-cı illərdə Bakıda Azəbaycan Dövlət qaz şirkəti “AZƏRİQAZPİ” şirkətinin ETM-də şöbə müdüri vəzifəsində işləmişdir. 1997-2005-ci illərdə Gürcüstan Dövlət Aqrar Universitetinin xarici əlaqələr şövbəsinin baş kordinatoru vəzifəsində çalışmış, 2008-ci ildən Grigol Peradze adına Tbilisi Universitetinin Azərbaycan Respublikası üzrə baş kordinatoru, 2010-cu ildən Gürcüstan Poltexnik-Humanitar Tibb İnstutunun Azərbaycan Respublikasıüzrə baş kordinatoru, 2010-cu ildən “GUMA merediani+” Gürcüstan-Ukrayna Mejduregional Akademiyasında baş kordinator vəzifəsində işləmişdir.28 may 2012-ci ildə akademyanın ümumi yığıncaq qərarı ilə Qəmil Əkbər oğlu Əkbərov “GUMA merediani+” akademyasının fəxri professoru seçilmiş, o, eynizamanda akademiyanınm prorektoru vəzifəsinə təyin olunmuş və ömrünün sonuna kimi bu vəzifədə ləyaqətlə çalışmışdır.Təcrübəli müəllim-pedaqoq və ictimai xadim Qəmil Əkbər oğlu Əkbərov 23 yanvar 2016-cı ildə öz doğma eli Gorarxıda dünyasını dəyişmişdir.Allah rəhmət eləsin!!!Yeri cənnət olsun!!! ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.