Gənc xeyriyyəçi Məşədi Famik Aslan oğlu Xudayev Gürcüstan » Borçalı 14 ноября 2022 Sosial şəbəkələrdə gündəmə çevrilən bu şəxs kimdir?Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin əldə etdiyi məlumata görə, son günlərdə facebook şəbəkəsində Bakidakı Bibi Heybət Məscidinin önündə şəkil çəkdirərək gündəmi zəbt edən bu şəxs Gürcüstanın Marneuli şəhərinin Sarvan elindən olan Məşədi Famik Aslan oğlu Xudayevdir.GAXA.ge-nin verdiyi məlumata görə, o, Gürcüstanın Marneuli şəhərində doğulub, ziyalı ailəsində boya başa çatıb. Orta təhsilini Marneulidə aldıqdan sonra, Gürcüstan Dövlət Universitetində təhsilini davam etdirdikdən sonra uzun illər müəyyən dövlət qurumlarında çalışıb, vətəninə, xalqına xidmət edib. Atası Aslan Xudayev böyük Sarvan elində uğurlu iş adamı kimi tanlnıb. Anası Sevda Həsənova isə uzun illər ən şərəfli peşə sahibi olaraq müəllimlik edib və kitabxana işçisi vəzifəsində işləyib.Famik Xudayev illər öncə Ruhanilər Heyyəti ilə birgə Məşhəd ziyarətində olub və həmin ildən bu günədək İslam dininə riayət edir. O, Azərbaycanda dini təhsil də alib. Bir çox din xadimlərinin və möminlərin açıqlamalarına görə, Məşədi Famik xeyriyyə işləriylə və eləcə də İslam diininin təbliğində də özünə məxsus rolu var və gənçlərimizə daim dəstəyi danılmazdır.Bir çox Sarvanlıların açıqlamalarına görə, Məşədi Famik onlarla gəncimizə idman sahəsində əlindən gələn xeyirxah əməyini əsirgəməyib, onları Azərbaycanda, eləcə də dünyada tanıdıb. Dəfələrlə dəstək olduğu azərbaycanlı gənçlər Avropa və Olimpia çempionları olublar. Son zamanlar dini tədbirlərdə və məscidlərdə fəal olaraq iştirak edərək ibadət edən Məşədi Famik, görünür etdiyi əməllərdən irəli gələrək həm Gürcüstanda yaşayan azərbaycanlılar arasında və eləcə də Azərbaycanda yaşayan gürcüstanılar arasında böyük hörmətə malik olduğundan Bakida yerləşən Bibi Heybət Məscidinin həyətində cəkdirdiyi şəkil sosial şəbəkələrdə paylaşılaraq gündəmə çevilib.Qeyd edək ki, Məşədi Famik Xudayev ailəlidir və 3 uşaq atasıdır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.