Professor Camal Mustafayevin açıq məktubu və ya ustadın son xeyir-duası

Professor Camal Mustafayevin açıq məktubu və ya ustadın son xeyir-duası Mütəfəkkir alim, insanlıq və ziyalılıq örnəyi, atamın dostu olaraq kiçik yaşlarımdan tanıdığım və Ərəstu, Əflatun, Nizami, Hegel haqqında mikrorayondakı evimizdə söhbətlərindən doymadığım, elm yoluna xeyir-duasını məndən əsirgəməyən professor Camal Mustafayevin vəfatından bir qədər əvvəl Ahıskalı Aşıq Molla Məhəmməd Səfili və urumların haqqında kitablarımı, bu mövzulara olan marağını bildiyimdən, BSU-da bir yerdə işlədiyimiz dəyərli müəllim həmkarım və ləyaqətli övlad olan qızı Leyla xanımla Camal müəllimin vərəqləyib tanış olması üçün göndərmişdim. Gözləmədiyim halda və xəstəliyinə baxmayaraq kitablarıma ürək genişliyi ilə məktub formasında səmimi rəy göndərmişdi və yenə də böyüklüyünü göstərərək xeyir-dua vermiş, yeni əsərlərə uğurlamışdı.
Təəssüf ki, bu məktubunu çapa verənə qədər Camal müəllim vəfat etdi və bir müddət bu yazını çapa verməyə əlim gəlmədi.
Sonradan yalnız məhdud əhatəli internet səhifəmdə yerləşdirdim.

Professor Camal Mustafayevin açıq məktubu və ya ustadın son xeyir-duası Artıq xeyli vaxt keçib və müdrik ağsaqqalımızın xatirəsini yad etmək, böyüklüyünü bir daha göstərmək üçün onun ürək genişliyi ilə yazdığı bu açıq məktubunu təqdim etməyi münasib bildim.

Ustadımız və ağsaqqalımız unudulmaz Camal müəllimin ruhuna dualarla və şəxsiyyətinə dərin hörmətlə,
Asif Hacılı.


Hörmətli Asif müəllim!

«Axısqalı Aşıq Molla Məhəmməd Səfili», «Urumlar tarix və folklor» kitablarınız mənə yaxşı təsir bağışladı. Bu kitablar həqiqətən tədqiqat əsərləridir. Mütəxəssis oxucu üçün son dərəcə maraqlıdır; çünki indiyə qədər elmdə sistemli araşdırılmayan, əslində sirr olaraq qalan mövzuları genişliklə açır. Hər ikisində məlumat zənginliyi genişliklə əks etdirilib.

Urumların sürgün həyatının sərtliyinə baxmayaraq özlərinin folklor nümunələrini, keşməkeşli tarixi yaddaşlarını yaşatmaları həssas tədqiqatçı diqqəti ilə ətraflı izlənib. Şəxsən mənim üçün bu mövzular təzə bir aləm açdı.

Bildiyiniz kimi, mən aşıq yaradıcılığı ilə çoxdan maraqlanıram. O cümlədən, Türkiyə aşıqlıq tarixini mümkün qədər araşdırmışam. Məşhur türk alimi Fuad Köprülünün «Türk saz şairləri» haqqında dəyərli əsərini oxumuşam. Ancaq «Axısqalı Aşıq Molla Məhəmməd Səfili» xüsusunda təsəvvürüm yox idi. Sizin bu kitab mənə xeyli yeni məlumatlar verdi. Kitabda vurğuladığınız bu fikri təkrar qeyd etmək yerinə düşər: «Axısqa-Çıldır obalarında ulu Qorqud sənəti – aşıq yaradıcılığı qədimdən geniş yayılıb. Göyçə, Borçalı, Təbriz, Gəncəbasarla bərabər, Axısqa mahalı ozan-aşıq sənətinin əsas ocaqlarından olub. Bu torpaqlarda türk aşıq sənəti o qədər zənginmiş ki, gürcülər, urumlar, yəhudilər də aşıqlıq etmiş, türk sazı çalıb, türk gözəlləmələri oxumuşlar».

Kitabda bir çox Axısqa aşıqlarının adları hörmətlə xatırlanır. Bu mühitdə yetişən Molla Məhəmməd Səfilinin özünəməxsus geniş məlumatlığı, mütəfəkkirliyi, humanist baxışları, öz zamanına, xalqının sərt taleyinə münasibəti bütün çalarları ilə əksini tapmışdır. Mütəxəssis oxucunu maraqlandıran cəhətlərdən biri məşhur alman şərqşünası Fridrix Bodenşdetin Axısqalı Aşıq Molla Məhəmmədin sənətini, şəxsiyyətini, yaradıcılığını yüksək qiymətləndirməsidir. Eyni zamanda bu aşığın Mirzə Şəfi Vazehlə şəxsi tanışlığıdır. Bundan əlavə onun Zeynalabdin Tağıyevin məclisində çalıb-oxumasıdır.

Siz nadir yazılı məlumatlardan başqa, özünüz Axısqalı Aşıq Molla Məhəmmədin müasir varisləri ilə görüşüb təəssüratlarınızı təzələyib, zənginləşdiribsiniz. Bu, əsl tədqiqatçının mövzuya dərindən bağlılığını, türk dünyasının mənəviyyatını daşıyan, yaşadan sərt taleli aşığına məhəbbətinin ifadəsidir.

Aşığın nümunə gətirilən şeirləri onun öz zamanı ilə bağlılığını, onu bütün təzadlı gerçəkliyi ilə əks etdirməsini göstərir. Zəmanədən şikayət etmək, özlərinin arzuları ilə, gedişatın acınacaqlı toqquşmasını ifadə etmək əslində bütün aşıqlara xasdır. Ancaq Axısqalı Aşıq Molla Məhəmmədin üz-üzə gəldiyi haqsızlıqlar, bəşərin taleyinə zidd olan, onun öz xalqının bəxtinə kökündən əks olan hadisələri qələmə almaq, onun fərdiliyini göstərən cəhətlərdir. Bu mənada onun aşağıda gətirilən sətirləri əlamətdar səslənir:

Beyçarə Səfili, fani dünyada,
Artar oldu dərdim həddən ziyada,
Sən ki bənə verdin ol bari, Xuda,
Vermə bəndən özgə qula dərdimi.

Siz urumların folklorunu bütün janrlarında maraqla araşdırıb sistemli şəkildə təqdim edibsiniz. Folklor əslində hər xalqın mənliyinin ilkin ifadəsidir. Buna görə bu məsələyə ciddi diqqət etməniz alqışlara layiqdir. Urumların dastanları, nağılları, atalar sözləri, bayatıları mütəxəssis oxucunu düşündürən şəkildə mənalandırılıb. Bəzən Azərbaycan folkloru ilə səsləşən yerləri diqqəti ayrıca cəlb edir.

Mən xəstə olmasaydım, bu dəyərli əsərləriniz haqqında geniş rəy yazardım. Ancaq indi xəstə vəziyyətimdə təsəvvürlərimi yalnız diqtə edirəm. Qələmsiz fikirlərimi ürəkdən gələn kimi məntiqə düzməkdə çətinlik çəkirəm. Qələm – fikri oyandıran, arxasınca vərəqlərə düzən ali qüvvədir. Müqəddəs kitabımız olan «Qurani-Şərif»də «Qələm» surəsində deyilir: «And olsun qələmə və qələmə alınanlara!»

Sizə yeni yaradıcılıq uğurları, belə yeni dəyərli əsərlər yaratmağı ürəkdən arzulayıram.


Hörmətlə,

prof. Camal Mustafayev

Bakı, 2016

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Aşıq Samir CAMALOĞLU (1980)

Aşıq Samir CAMALOĞLU (1980)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
AŞIQ SONA HAMAMLI (1918-1988)

AŞIQ SONA HAMAMLI (1918-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid
29-cu Dədə Camal Məclisi:

29-cu Dədə Camal Məclisi: "Borçalı ədəbi mühitinin formalaşma tarixi və bu ...

"Borçalı" Cəmiyyəti
Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Borçalı aşıq mühitinə, saz-söz sənətinə və aşıqsevərlərinə ağır itgi üz ver ...

Folklor, Borçalı, Nekroloqlar
Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Az­man ozan Hü­seyn Sa­rac­lı­nın yüz il­li­yi ilə bağ­lı so­nun­cu şə­yir­ ...

Folklor, Bolus
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Könlümüzdən keçən

Könlümüzdən keçən "YAYLAQ SƏFƏRİ"

"Şərqin səsi", Müşfiq Borçalı
AŞIQ ZİYƏDDİN        BUDAQOV        (1987)

AŞIQ ZİYƏDDİN BUDAQOV (1987)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Professor Asif Hacıyevin nüfuzlu Rusiya məcmuəsində məqaləsi dərc edilib

Yeni nəşrlər, Digər ali məktəblər, Rusiya
Aşıq Məsim SADAXLI (1940)

Aşıq Məsim SADAXLI (1940)

Folklor, Borçalı, Arxiv, Müşfiq Borçalı
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

“Zaqatala folklor örnəkləri” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Regionlar, Folklor
AZAN SƏSİ QƏDƏR MÜQƏDDƏS CİNGİLTİ...

AZAN SƏSİ QƏDƏR MÜQƏDDƏS CİNGİLTİ...

MEDİA, Borçalı
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Bitmədi fələyin ayrılıq dəmi... (Ahıskalı el şairi Məhəmməd Paşalioğlunun q ...

Bitmədi fələyin ayrılıq dəmi... (Ahıskalı el şairi Məhəmməd Paşalioğlunun q ...

Humanitar elmlər, Elmi Məqalələr, Turan
Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Tiflis, Borçalı, Elanlar
ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!..

ALLAH RƏHMƏT ELƏSİN, AŞIQ MƏHƏMMƏD SADAXLI!..

Tv, Folklor, Borçalı, Nekroloqlar, Müşfiq Borçalı
BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

BAFƏLİ ADIGÖZƏLOV (1959) - TANINMIŞ AŞIQ-SAZBƏND və MAHİR ZURNAÇI

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus
YENİ TƏDQİQAT İŞİ

YENİ TƏDQİQAT İŞİ

Ədəbi tənqid, Borçalı, Bolus, Darvaz, Müşfiq Borçalı
Rəy yazın: