Yaddaşlara köçən ömür - ƏMİRCAN ƏMİRCANOV - 81

Yaddaşlara köçən ömür - ƏMİRCAN ƏMİRCANOV - 81 Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir.
Bir badə ki, ondan bütün aləm içəcəkdir.

Cəfər Cabbarlı.

«Dünya bir pəncərədir. Hər gələn baxıb keçər” - deyib aqillər.
Bəli, bu həyat pəncərəsindən çoxu baxıb keçdi…

Xalq şairi Zəlimxan Yaqub bu həyat pəncərəsindən keçən
biri haqqında belə deyib:
«Zaman-zaman dəyişməyən tarixi bir qanun var.
Ev başçısıyla, el ağsaqqalıyla, dövlət müdrik və
ağıllı rəhbəri ilə, xalq öz tarixi şəxsiyyətləriylə öyünür,
qürur hissi keçirir. Şəxsiyyət kimi formalaşan
bütün insanları özünə arxa,dayaq bilir.
Bu da olduqca doğma bir hissdir.
Bu mənada Borçalı ədəbi-elmi, ictimai-siyasi
fikir tarixinin elə şəxsiyyətləri var ki, onlar bu gün
təkcə Borçalının yox, Azərbaycanın, Azərbaycan
dövlətçiliyinin tarixi üçün çox lazımlı və gərəkli
şəxsiyyətlər sırasında dayanırlar’’.


Belə şəxsiyyətlərdən biri xatirəsi bizim üçün həmişə doğma və əziz olan Əmircan Əmircanovdur.


Yaşasaydı 81 yaşı olacaqdı Əmircan müəllimin. Lakin, alın yazısı,tale qisməti, bu günü ona görməyə aman vermədi. Bu işıqlı dünyaya əlvida deyib, xeyirxahlıq boxçasını bizə miras qoydu.

Hər il martın 12-də bütün əmircansevərlər, onun xatirəsini əziz tutanlar, qohumlar, dostlar, tanışlar Əmircan müəllimin ocağına yığışacaq, əmircanlı günlərə qayıdacaqlar. Xatirələr, yaddaqalan maraqlı hadisələr, epizodlar çözələnəcək. Beləcə,bir müddət Əmircan müəllimin nigaran ruhu anılacaq, hətta mirvari kimi şəffaf, ürəyin ənginliyindən gələn göz yaşları da doğmaları kədərləndirəcəkdir. Lakin, insanlarla daim sıx ünsiyyətdə olmağı sevən,əl tutan, başqalarını daim sevindirmək kimi ən nəcib,ən ülvi hisslər sahibi olan Əmircan müəllimin keçdiyi şərəfli ömür yolu, onun vətən üçün, xalq üçün gördüyü şərəfli işlər sadalanaraq hamıya təsəlli olacaq. Bəli, zamanından asılı olmayaraq Əmircan müəllim yad edilir. Öz xeyirxah əməlləri ilə seçilən insanlar daim yad edilir. Bu bir reallıqdır,həqiqətdir.

Həyat çox qəribədir, insan dünyaya gəlir, çox enişli-yoxuşlu, keşməkeşli ömür yaşayır, sonra isə dünyadan köç edir. Kimi xeyirxah, kimisi bəd əməlləri ilə. Bu, insanın silinməz alın yazısıdır.Xeyirxahlığı, humanistliyi daim özünün həyat amalına çevirən Əmircan müəllim kimi bir insanın, simanın fiziki yoxluğu isə çox ağrılı-acılıdır. Çünki, bu insanın qəlbi daim sevgi ilə, məhəbbətlə, həyat eşqi ilə, qurub-yaratmaq həvəsi ilə alovlanıb yanırdı. Hələ çox arzu-istəkləri, həyata keçirmək istədikləri işləri özü ilə birlikdə getdi. O, bu hissləri özgələri ilə bölüşməyi də bacarırdı. Heç zaman qəlb qırmazdı. İşlədiyi bütün mövqelərdə insanlara yalnız yaxşılıq edib əl tutardı. Əmircan müəllim üçün həyatda bir məqsəd vardı-xalqa təmənnasız xidmət. O, səhhəti bahasına, ona etimad göstərilən işlərə bütün həyatını yorulmaq bilmədən, respublikanın, xalqın rifahı naminə xidmətə sərf edib.

Kövrək qəlbli, həssas, mübariz , vətənpərvər,mərd bir insan olan Əmircan müəllim Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə, Qarabağ dərdinə, Azərbaycan dövlətçiliyinə qarşı uzanan mənfur əllərə dözə bilmirdi. Xalqın bu faciəsi onu rahat buraxmırdı. Vətən torpağının tezliklə azad olunmasını, onun çiçəklənən, iqtisadi cəhətdən inkişaf etmiş bir ölkəyə çevrilməsini səbirsizliklə gözləyir, bu işdə var-qüvvəsini əsirgəmirdi. Respublikamızın dünya birliyində özünü təsdiq etməsi, qüdrətli bir ölkə kimi inkişaf etməsi Əmircan müəllimin ülvi arzuları idi.Bəli, bu gün Əmircan müəllimin görmək istədiyi arzular çin olub həyata keçib.Həqiqətən,respublikamız günü-gündən inkişaf edir, şəhərlərimiz, bölgələrimiz abadlaşır, paytaxtımız dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilib və s.

Əmircan müəllim əsl türkçü idi. Çünki, onun damarlarında türk qanı axırdı. O, əsl azərbaycanlı idi,vətənpərvər idi. İstənilən el məclisində dahi Üzeyir Hacıbəylinin «Koroğlu” üvertürasını səsləndirərdi və bundan qürur hissi duyardı.

Əmircan müəllimin vaxtilə yaşadığı mənzilindəki portretinə baxanda o nigaran gözləri sezməmək olmur. Sanki Əmircan müəllim pəncərədən içərini, baş verən hadisələri seyr edir. Bu nigaran gözlərdə həm vətən dərdi, həm də övladlarından bir nigarançılıq hiss olunur. Zənnimcə, Əmircan müəllimin keçdiyi həyat yoluna nəzər salmaq yerinə düşər. Çünki, bu ömür yolu gələcək nəsil üçün bir örnəkdir .

Əmircan Yunis oğlu Əmircanov 1938-ci il may ayının 31-də qədim Borçalı mahalının Qaçağan kəndində ziyalı ailəsində dünyaya göz açıb. Uşaqlıq və məktəb illəri həmin kənddə keçib.1956-cı ildə orta məktəbi bitirən gənc Əmircan 1957-60-cı illərdə əsgəri xidmətə getmiş, Qara dəniz donanmasında hərbi qulluqda olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra 1960-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsinə qəbul olunmuşdur. 1966-cı ildə universiteti müvəffəqiyyətlə bitirən Əmircan bir müddət Bakı Ali Partiya Məktəbində müəllim, sonradan isə İqtisadiyyat Nazirliyinin Plan İqtisad Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1977-ci ildən 1994-cü ilə qədər Dövlət Plan Komitəsində İqtisadiyyat şöbəsinin müdiri, 1994-cü ildən 1996-cı ilə qədər isə iqtisadiyyat nazirinin müavini vəzifəsində işləmişdir.

1981-ci ildə əlaçı iqtisadçı və bacarıqlı mütəxəssis kimi o, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Əməyinə verilən yüksək qiymətdən ruhlanan Əmircan müəllim öz bilik və bacarığını keçmiş SSRİ Xalq Təsərrüfatı Akademiyasında sınamağa da vaxt tapıb. O, 1987-ci ildə həmin akademiyanı bitirərək yüksək diploma layiq görülüb.

Əmircan Əmircanov respublika iqtisadiyyatının müxtəlif sahələrində işlədiyi müddətdə dəfələrlə Elmi-Tədqiqat İnstitutunun və İqtisadiyyat Nazirliyinin fəxri diplomları, müxtəlif mükafatları ilə təltif olunub. O, uzun müddət Azərbaycan Respublikası Dövlət Plan Komitəsi kollegiyasının üzvü olmuşdur. Peşəkar iqtisadçı əməkdə qazandığı nailiyyətlərə görə “Əmək şücaəti” ordeni, “Əmək veteranı” medalı ilə təltif edilmişdir.

1991-ci ildə o, “Azərbaycan SSR-in əməkdar iqtisadçısı” kimi yüksək fəxri ada layiq görülmüşdür.

Əmircan Əmircanov 1996-cı ildə martın 12-də uzun sürən ağır xəstəlikdən sonra
əbədiyyətə qovuşmuşdur .


Bunlar Əmircan müəllimin coşğun həyatının bəzi cizgiləridir. Onun həyatını, gördüyü işləri qələmə almaq isə tədqiqatçıların işidir. Torpağına, xalqına, milli-mənəvi dəyərlərimizə bağlı olan Əmircan müəllimin adının əbədiləşdirilməsi məqsədəuyğun olardı. Belə ki, onun 80 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirilmiş, milli televiziyada haqqında veriliş hazırlanmış, vaxtilə yaşadığı binanın önünə xatirə lövhəsi vurulması qərara alınmış və s. Bütün bunlar Əmircan müəllimin ruhuna verilən yüksək qiymət sayılır...

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadənin xatirələrindən:
"…Əmircan bir çox məclisdə azərbaycanlıya xas olan ürək yanğısı ilə şerlər söyləyərdi. O, şeiri, sənəti, sazı, sözü çox sevərdi. 1967-ci ildə Şəhriyarın "Heydərbabaya salam” poeması Azərbaycanda çox böyük rezonans doğurmuşdur. Əmircan həmin poemanı xüsusi natiqlik qabiliyyəti ilə, sözün əsl mənasında, qəlbindən keçirərək söyləyirdi... Əmircan müəllim vaxtilə Dövlət Plan Komitəsində çox dəyərli mütəxəssis, peşəkar, həm də səmimi bir insan kimi çalışıb,tanınıb, hörmət qazanıb. O dövr yetişən iqtisadçılar nəsli Əmircan müəllimi daim xatırlayırlar. Tanrıdan Əmircan müəllimə rəhmətlər diləyirəm. Onun xatirəsi həmişə əziz tutulub və əziz də tutulacaqdır’’.

Bacısı Naimə Əmircanovanın ürək sözləri:

Əzizim, gülüm qardaş,
A uzun dilim qardaş,
Sən çıxıb gedəli,
İstərəm ölüm, qardaş.

Əzizinəm, tutardın,
Məni uca tutardın.
Sən çıxıb gedəli,
Ucalığım qurtardı.

Əzizim, harayçı mən,
Hayçı mən, harayçı mən.
Qardaş çıxıb gedəli,
Olmuşam harayçı mən.

Layla,qardaşım, layla,
Könül sirdaşım, layla.
Adı dildən düşməyən,
Anam, qardaşım, layla!


Bu gün də Əmircan müəllim onu tanıyanlar tərəfindən daim ehtiramla yad edilir, məzarı üstünü tər çiçəklər bəzəyir. Bəli, vətən üçün, xalq üçün yaşayan, bütün ömrünü təmənnasız olaraq onlara həsr edən bir insan əbədi ehtirama layiqdir. Bu baxımdan Əmircan müəllim kimi şəxsiyyətlər daim xatırlanacaq, yad ediləcək. Bu yerdə ölməz şairimiz Mikayıl Müşfiqin bu misraları yerinə düşür:

Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır.

Ruhun şad olsun, Əmircan müəllim!


Qafar Əsgərzadə
Əməkdar jurnalist,
Pedaqogika üzrə fəlsəfə doktoru,
"Tərəqqi" medalçısı


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
HÖRMƏTLİ NAİMƏ ƏMİRCANOVA (TƏHMƏZOVA),  70 İLLİK YUBİLEYİNİZ MÜBARƏK OLSUN! ...

HÖRMƏTLİ NAİMƏ ƏMİRCANOVA (TƏHMƏZOVA), 70 İLLİK YUBİLEYİNİZ MÜBARƏK OLSUN! ...

Borçalı, Təbriklər
Şəhid İSABALA HÜSEYNOV  (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

Şəhid İSABALA HÜSEYNOV (BAŞKEÇİD) (15.09.2001-04.10.2020)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Leyla Mətin (1986)

Leyla Mətin (1986)

Müsabiqə, Turan
Ruhun şad olsun, İmran müəllim!..

Ruhun şad olsun, İmran müəllim!..

Qarabağ, Gəncə, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

Qarayazı, Nekroloqlar
RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

RUHUN ŞAD OLSUN, XANƏHMƏD MÜƏLLİM!..

Qarayazı, Nekroloqlar
MÜDRİK İNSAN, GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ = = = = Professor Şamil Səmədzadə -  ...

MÜDRİK İNSAN, GÖRKƏMLİ ALİM VƏ PEDAQOQ = = = = Professor Şamil Səmədzadə - ...

AzTU
Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

Xalıq Yahudov AzTU-nun FƏXRİ PROFESSORU seçilib

AzTU, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, ƏŞRƏF MÜƏLLİM!..

Təbriklər
ƏLİ HACIYEV:

ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV"

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

Sosial
ÖMRÜNÜ MÜƏLLİMLİK PEŞƏSİNƏ BAGLAMIŞ AZƏRBAYCAN QADINI - SƏİDƏ İMANZADƏ

ÖMRÜNÜ MÜƏLLİMLİK PEŞƏSİNƏ BAGLAMIŞ AZƏRBAYCAN QADINI - SƏİDƏ İMANZADƏ

"Elm və Təhsil", UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLİ MÜƏLLİM!..

Digər ali məktəblər, Darvaz, Təbriklər
Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

Yubileyiniz mübarək, hörmətli Pirməmməd müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, Təbriklər
ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

ALLAH RƏHMƏT ELƏSİN, MƏHƏBBƏT QARABAĞLI!..

Bolus, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!....
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

ELDƏN GEDƏN ZİYALIMIZ - PROFESSOR MƏDƏD ÇOBANOV

"Elm və Təhsil", Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ

AZƏRBAYCAN MƏKTƏBİNİN VƏ PEDAQOGİKASININ QIZIL XƏZİNƏLİ ALİMİ

ADPU, "Elm və Təhsil"
Akşin Vəzir oğlu VƏLİYEV (1965)

Akşin Vəzir oğlu VƏLİYEV (1965)

"XXI əsrin Ziyalıları", Borçalı, İqtisadiyyat
Rəy yazın: