General-Mayor Əsədulla bəy Yadigarov (1844 - 1903)

General-Mayor Əsədulla bəy Yadigarov (1844 - 1903) General-Mayor Əsədulla bəy Yadigarov (1844 - 1903)
Çar ordusunun hərbçisi - Polkovnik,
Piyada qoşunları üzrə General-Mayor.
"Müqəddəs Stanislav" ordeninin hər üç dərəcəsi (1874, 1883, 1898).
"Müqəddəs Vladimir" ordeninin üçüncü və dördüncü dərəcəsi (1879, 1893).
"Müqəddəs Anna" ordeninin ikinci, üçüncü dərəcəsi (qılınc və bantla birgə 1877, 1889).
Danimarkanın "Danevorq fəxri süvari xaç ordeni" (1897)
Birinci dərəcəli "Buxara qızıl ulduzu" (1898)
İranın ikinci dərəcəli "Şire-Xorşid" ordeni (1889)


Əsədulla bəy Yadigarov 20 dekabr 1844-cü ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Marneuli rayoundakı məşhur generalları ilə məşhur olan Təkəli kəndində anadan olub.
Əsədulla bəy Yadigarov 16 yaşına çatanda yaxın qohumu Mirzə Cəfər Topçubaşov onu təhsil almaq üçün Peterburqa aparıb.
Əsədulla bəy Peterburq yaxınlığındakı Pavlov kadet korpusunda oxumağa başlayıb.
Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun 12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra, 1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın 12-də ona general-mayor rütbəsi verilib.
XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan Yadigar oğulları – general-leytenant İsrafil bəy, saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu, görkəmli şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik idilər. Xüsusilə, Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı göstərirdi. Gürcüstan mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus "Qafqaz Hərbi Dairəsində xidmətdə olan generalların və zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla xidmətinə görə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də ştabs-rotmistr rütbəsinə, iki il sonra "Müqəddəs Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür. 1873-cü il yanvarın 16-da şəxsi raportu ilə mülki xidmətə keçən ştabs-rotmistr Əsədulla bəy Yadigarov dörd il ordudan uzaqlaşmışdır.

1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son dərəcə kəskin vəziyyət yarandı. Çar Rusiyası Qara dəniz boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və üstəlik Balkanlarda öz nüfuzunu gücləndirmək üçün fəal mübarizə aparırdı. Nəhayət, bu qığılcımlardan alov törədi. Aprelin 24-də Rusiya rəsmi olaraq Türkiyəyə müharibə elan etdi. Mayın 23-də yenidən orduya çağırılan podpolkovnik Əsədulla bəy Yadigarov Qafqazın Gəncə, Bakı, Zaqatala və Qazax bölgələrindən cəbhə üçün nizami süvari dəstələri təşkil etməyə ezam olundu. İki aydan çox cəbhə üçün araba, furqon, qoşqu atı toplanmasında çalışdı. Gəncənin və Qarabağın bəy, xan oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi yaradıb özü ilə cəbhəyə apardı. Balkanlardakı hərbi əməliyyatlarda iştirak edən podpolkovnik Əsədulla bəy Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli "Müqəddəs Anna" (qılınc və bantla birgə), dördüncü dərəcəli "Müqəddəs Vladimir" (qılınc və bantla birgə) ordenləri ilə təltif olundu. Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi zabit kimi xidmət edən Əsədulla bəy məsul hərbi vəzifələrdə çalışıb. O, 1881-ci il mayın 30-da Qafqaz Hərbi Teleqraf parkının komandiri, 1883-cü il aprelin 13-də Qafqaz sanitar batalyonunun komandiri təyin olunub. Həmin il mayın 18-də qüsursuz xidmətinə görə Əsədulla bəy Yadigarova polkovnik rütbəsi verilib. 1889-cu il oktyabrın 16-da polkovnik Əsədulla bəyə məsul vəzifə tapşırılıb – Əlahiddə Qafqaz Ordusu komandanının əmrilə yetmiş səkkizinci Navahin alayının komandiri. 1895-ci il oktyabrın 12-də isə polkovnik Əsədulla bəy Yadigarova piyada qoşunları üzrə general-mayor fəxri rütbəsi verilib. Ömrünün otuz iki ilini nizami orduda şərəflə xidmət edən general Əsədulla bəyin təltifat kitabçasında ona kavaler ordenləri ilə təltif göstərilir: "Müqəddəs Stanislav" ordeninin üç dərəcəsi (1874, 1883, 1898-ci illərdə), "Müqəddəs Vladimir" ordeninin üçüncü və dördüncü dərəcəsi (1879 və 1893-cü illərdə), "Müqəddəs Anna" ordeninin ikinci, üçüncü dərəcəsi (qılınc və bantla birgə 1877, 1889-cu illərdə). O həm də 1884-cü ildə isə əlahəzrət imperatorun şəxsi təşəkkürünə layiq görülüb.

Üç hərbi yürüşün – 1869, 1871 və 1877-78-ci illərdə – fəal iştirakçısı olan general-mayor Əsədulla bəy Yadigarov 1897-ci ildə Danimarkanın "Danevorq fəxri süvari xaç ordeni" ilə, 1898-ci ildə birinci dərəcəli "Buxara qızıl ulduzu" və 1889-cu ildə İranın ikinci dərəcəli "Şire-Xorşid" ordeni ilə təltif olunub. İran şahı Nəsrəddin Qacar 1873-cü ildə Avropaya ilk səfəri zamanı Azərbaycandan keçib və onun bir neçə bölgəsini gəzib. Həmin səfər haqqında ayrıca kitab yazan şah yol qeydlərində eloğlumuz Əsədulla bəy Yadigarovu da məhəbbətlə yada salıb: "Gecədən yarım saat keçmiş Dilicana yetişdik. Ətraf bütün qarla örtülü dağlardır. Təpələrin ətəyi isə yaşıllıqdır. Çox yerdə İran dağlarında olan vəhşi qırmızı güllər var. Təzə yarpaq açmışdır. Lakin çox əcaib və qəribə gül məskəni gördüm ki, beləsini heç yerdə görməmişəm. Dilican meşəliklər içərisindədir, çox gözəl yerdədir. Polkovnik Əsədulla bəy Yadigarovun evi Dilicanda bizim mənzilimiz oldu. Əsədulla bəy Dilican alayının rəisidir. Tiflis müsəlmanlarındandır, alay komandiridir. Polkovnik Əsədulla bəy Yadigarovun xoş təsir bağışlayan gözəl imarəti, kiçik-kiçik bəzəkli otaqları vardır".

Gürcüstan Mərkəzi Dövlət Arxivinin hərbi sənədlərində general-mayor Əsədulla bəy Yadigarovun 1903-cü ildə Tiflisdə vəfat etdiyi göstərilir: "Şeyxülislamla Müfti Hüseyn Əfəndi (Mirzə Hüseyn Əfəndi Qayıbzadə – 1830-1917) həzrətləri, quberniyamızın hər iki qazisi və başqa rəsmi və qeyri-rəsmi üləma heç məzhəb fərqi kimsənin xatirinə gəlmədiyi halda hər kəs kəndi üləmalıq və ruhanilik vəzifəsini əmələ gətirirdi. Şahzadə polkovnik Şahrux Mirzə Qacar (1844-1915) dəxi hüzur ilə alayı zinətləndirməkdə idi. Rus, gürcü və... mötəbərlərindən bir çox şəxs hazır idilər. Finans vəzarətinin (maliyyə nazirliyinin) nümayəndəsi, məmləkətimizdə ümumi nafe işlərdə həmişə əvvəlinci sırada olan və müsəlmanlara daima xüsusi məhəbbət və ehtiram ibrazından çəkinməyən Sultan-Krım Gəray həzrətlərilə Tiflis quberniyasının nücabə rəisi knyaz Məlakə və knyaz Orbeliani təşyi-cənazədə var idi. Əhalinin sayı islam olsun (müsəlman), xristian olsun, saya gəlməz idi. Hər kəsdə hüzni-səmimi simalarda xüsusi bir ciddiyyət görünürdü. Əhəmiyyətli və məhbibi-ümumi olan əşxasın dəfni belə olur. Şiə və sünni üləma (alimlər) və ümərasının (əmirlərinin) bilaistisna həpisinin və xüsusilə həzrəti-şeyxülislamın, qazi Hacı Axundun və şahzadə Şahrux Mirzənin qəbristanda təbliğ buyurulan müvəkkid (təkidli) xahişlərinə görə, "Şərqi-rus" miyidlərimizin ehtiramı və İslam millətimizin xəvaric içində bihörmət olmaması naminə hər müsəlmanlardan israrla təvəqqə edirik ki, qəbristanda halva dağıtmaq adətini tərk etsinlər. Çün Əsədulla bəyin dəfnində dəxi olduğu kimi, halva paylamaq, iqtaşaşsız-davasız, təziyə sahiblərini və caamatı qəlbən mükəddər etməmiş heç vaxt əmələ gəlməyir. Halva xərcini ehsan üçün füqəraya paylayın!"

Allah rəhmət eləsin!

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
General Əbdülhəmid bəy Qaytabaşı

General Əbdülhəmid bəy Qaytabaşı

Tiflis, Borçalı, Tarix
Eldar Sultanova  general-mayor rütbəsi verilib

Eldar Sultanova general-mayor rütbəsi verilib

Borçalı, Hüquq, Təbriklər
Ceyhun Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Az ...

Ceyhun Şadlinskiyə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında Az ...

Rəsmi Xəbərlər
Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Ş.İ.Abdullayevə general-leytenant hərbi rütbəsinin verilməsi haqqında Azərb ...

Rəsmi Xəbərlər, Başkeçid, Təbriklər
Gürcüstan-Türkiyə-Azərbaycan Baş qərargahların növbəti üçtərəfli iclası 201 ...

Gürcüstan-Türkiyə-Azərbaycan Baş qərargahların növbəti üçtərəfli iclası 201 ...

Tiflis
General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

Başkeçid, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Oktyabrın 16-da Azərbaycanın Müdafiə Naziri, general-polkovnik  Zakir Həsən ...

Oktyabrın 16-da Azərbaycanın Müdafiə Naziri, general-polkovnik Zakir Həsən ...

Tiflis
Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında

Rəsmi Xəbərlər
Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Polkovnik-leytenant ADİL ƏLİYEV (1944)

Darvaz
Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Sovet İttifaqı Qəhrəmanı - Bəkir Dursun oğlu Mustafayev (11.02.1898-10.12.1 ...

Borçalı, Tarix, UNUTSAQ, UNUDULARIQ!...., Turan, Orta Asiya
Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Polkovnik-leytenant NAZİR ƏLLƏZOV (1971)

Darvaz
DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

DAHA BİR SOYDAŞIMIZ GENERAL-POLKOVNİK RÜTBƏSİNƏ LAYİQ GÖRÜLDÜ

Borçalı, Təbriklər, "Borçalı" Cəmiyyəti
ZUVAND MAĞARALARI

ZUVAND MAĞARALARI

Regionlar, Tarix
Polkovnik VAQİF BAYRAMOV (1959)

Polkovnik VAQİF BAYRAMOV (1959)

Darvaz
Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ...

Azərbaycan prezidenti Nardaranda həlak olmuş polisləri “Azərbaycan Bayrağı” ...

Rəsmi Xəbərlər
Rusiyada soydaşımıza General-leytenant rütbəsi verildi

Rusiyada soydaşımıza General-leytenant rütbəsi verildi

Əsas xəbər, Başkeçid, Təbriklər, Rusiya
Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

Mən fəxr edirəm ki, Mədət Quliyevlə bir məktəbdə təhsil almışam

MEDİA
General-polkovnik Aydın Əliyev (1957)

General-polkovnik Aydın Əliyev (1957)

"XXI əsrin Ziyalıları"
ELŞƏN QURBANOV (1982)

ELŞƏN QURBANOV (1982)

Başkeçid
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: