Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq” Müsahibimiz Gürcüstan hökuməti tərəfindən mənəvi terrora məruz qalan Gürcüstan parlamentinin üzvü, "Milli Hərəkat” Partiyasının azərbaycanlı deputatı
Azər Süleymanovdur.


-Azər müəllim hal-hazırda Gürcüstanda nə baş verir?


-Bildiyiniz kimi, 2012-ci ildə İvanişvili və onun rəhbərlik etdiyi "Gürcü arzusu” Partiyası hakimiyyətə populist vədlərlə gəldilər. Həmin vədlər içərisində elektrik enerjisi və qazın, kommunal xidmətlərin 2 dəfə ucuzlaşdırılması,benzinin qiymətinin və bank faizlərinin aşağı salınması kimi vədlərdə var idi. Hətta 10 mindən artıq insanı həbsdən azad etdilər. Lakin azad olunanların əksəriyyəti ağır cinayət törətmiş şəxslər idi ki, sonralar onlar yenidən cinayətlər törətdilər. Xalqın böyük bir hissəsi inandı ki, uğurlu, milyonçu-filantrop bir baş nazir hakimiyyətə gəlir, o, öz pullarını xərcləyərək xalqın rifahını yaxşılaşdıracaq. Amma nə İvanişvili, nə İrakli Qaribaşvili, nə də Giorgi Kvirikaşvili verdikləri vədləri yerinə yetirmədilər.

Bir faktıda nəzərinizə çatdırım ki, əgər 2012-ci ildə əhalinin banklara 100 milyon dollardan bir qədər artıq borcu var idisə, hal-hazırda əhalinin banklara olan borcu 900 milyon dollardan çoxdur. Əhalinin 70%-dən çoxunun evləri banklarda girovlardadı, kriminal vəziyyət günü-gündən artır. "Gürcü arzusu" Partiyası elə arzu olaraq da qalıb, özünü doğrultmadı və xalq tərəfindən qırmızı kart aldı. Başda azərbaycanlılar olmaqla bütün əhalinin hüquqları pozulmağa başladı. Əgər "Gürcü arzusu" Partiyası bir neçə il də hakimiyyətdə qalsa Gürcüstan yenidən 90-cı illərə qayıdacaq.

-Siz mətbuata açıqlamanızda bildirmisiniz ki, Elçin Allahvediyev "Gürcü arzusu” Partiyasının üzvü ola-ola "Milli Hərəkət” Partiyası adından çıxışlar edir və bunu siz təxribat kimi qiymətləndirmisiz. Bu cür addımlar azərbaycanlıları qarşı-qarşıya qoymaq kimi dəyərləndirilə bilərmi?

-Adı çəkilən Elçin Allahverdiyevin azərbaycanlı olması belə məndə şübhə yaradır. O, şəxs bir müddət narkoman kimi həbsdə yatıb, azadlığa çıxdıqdan sonra "Gürcü arzusu” Partiyasının üzvü olub. Hətta bu dediklərimi onun öz oğlu da təsdiq edir. Bu insan "Milli Hərəkət” Partiyasının üzvü olmaya-olamaya Marneulidəki partiyamızın sədri yanında birbaşa açıq mitinqə çıxaraq azərbaycanlıların özlərinin həm də ailə üzvlərinin ünvanına təhqirlər yağdırıb. Əvvəla qeyd edim ki, bizim partiyanın siyasi xətdində heç bir kəsin, hətta siyasi rəqib və bizə qarşı təxribatçılıq edənlərin belə ailə üzvlərinin təhqir olunması yol verilməzdi. Bu bizim strategiyamız deyil. Sonralar mən bu işə aydınlıq gətirmək üçün E.Allahverdiyevdən etdiyi əməllərə aydınlıq gətirməyini tələb etdikdən sonra adı çəkilən şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək güya mənim onu döydüyümü bildirdi. Mənə qarşı çinayət işi qaldırıldı. Lakin araşdırma zamanı bəlli oldu ki, mən ona heç bir fiziki xətər yetirməmişəm, hətta ondan etdiyi əməllərə aydınlıq gətirməyi tələb etdiyim zaman, bu bir neçə insanın gözü qabağında olub. Həmin adamlar şahid kimi dürüst ifadə verdilər. Sonradan bu insanın etdiklərinin arxasında bəzi qüvvələrin durduğunu anladıq. Bu qüvvələr "Gürcü arzusu” Partiyasının mənafeyinə xidmət edən şəxslərdi.

-Sizin Gürcüstan hüquq-mühafizə orqanlarına 6 saat ifadə verməniz haqqında məlumatlar yayıldı. Və bunu təxribat adlandırırsınız?

-Hər kəs bilir ki, bu qurulmuş ssenari idi və bunun arxasında böyük bir siyasi güc durur. Lakin mən Azər Süleymanov kimi, bir millət vəkili kimi öz hüquqlarım uğrunda sona qədər mübarizə apararaq, bütün Gürcüstana günahsız olduğumu gec-tez sübut edəcəyəm.

-İqtidar nümayəndələrinin Gürcüstanda yaşayan soydaşlarımıza qarşı münasibəti necədi?

-Ümumiyyətlə, İvanişvilin komandası hakimiyyəti ələ keçirəndən sonra bizlərə bərabər hüquqlu vətəndaş kimi yox, ikinci "sort” kimi rəftar edir, bizə etnik azlıq kimi baxırlar. Bilirsiniz ki, Gürcüstanda yaşayan soydaşlarmız aborigendir. Bir faktı qeyd edim ki, 2012-ci ilə qədər 3 minə yaxın soydaşlarımıza xaricdə və Gürcüstan universitetlərində ali təhsil almalarına şərait yaratdıq. Lakin buna baxmayaraq həmin soydaşlarımızın hamısı bu günə kimi işsizdirlər.

-Ermənistanda xalqı ayağa qalxaraq inqilab etdi və qatı müxalifətçi Paşinyan Baş nazir oldu. Bu cür ssenari Gürcüstanda da baş verə bilərmi?

-Son 6 ildə İvanişvili öz əlaltıları ilə birgə dövlət sistemini çökdürdülər, tikilən universitetlər dağıdıldı, insanlar ümidsizliyə sürüklənildi. Ermənistan öz ssenarisini özünə saxlasın. Amma gürcü əhalisi o xalq deyil ki, İvanişvililərin eksperimentlərinə sonsuza kimi dözsün. Gec-tez xalq buna son qoyacaq. Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq.

-Rusiya, ABŞ və digər böyük dövlətlərin Gürcüstanda baş verən hadisələrə müdaxiləsi varmı?

-Əlbəttə böyük dövlətlərin burda maraqları var. Amma bundan daha çox təhlükə hakimiyyətdə olan qeyr-professional insanların təmsil olunmasıdı. Əgər Saakaşvilinin vaxtında xaricdə təhsil almış gənclər vəzifələrə önə çəkilirdisə, indi vəziyyət tamamilə dəyişib. Bu gün öz gücünə Avropa Universitetlərində təhsil almış şəxslər işsiz qaldığı halda, İvanişvilin saxta diplomlu qohumları, dostları, tanışları vəzifələrdədir. Qısası Gürcüstanda nepotizm baş alıb gedir.

-Saakaşvili hakimiyyəti bir qayda olaraq örnək kimi göstərlir. Gələcəkdə Saakaşvili yenidən hakimiyyətə gətirilə bilərmi?

-Sizi əmin edim ki, bu gün əksər insanlar Saakaşvilini istəyir. İvanişvili də gecə belə yuxusunda Saakaşvilini görərək qorxu keçirir. Düşünürəm ki, xalqın böyük çoxluğunun tələbi ilə eks-prezident yenidən hakimiyyətə gələcək, bunu mövcud zaman və şərait tələb edir. Bu qısa bir zamanda baş verəcək.

-Azər bəy, sizə qarşı baş verən haqsızlıqların tezliklə aradan qalxmasını arzu edir, həmçinin müsahibə verdiyinizə görə təşəkkürümüzü bildiririk.

-Mən də sizə öz təşəkkürümü bildirirəm.


Söhbətləşdi:
Arzuman Loğmanoğlu,
"Yeni sözçü"

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Marneuli meri Temur Abazov və başqa 4 nəfər soydaşımız saxlanılıb

Borçalı, Hüquq
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Millət vəkili Azər Süleymanov: “25 il öncə mənim xalqıma qarşı Xocalıda van ...

Qarabağ, Tiflis, Siyasət
Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Borçalı, Siyasət
Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Vahid Milli Hərəkat Partiyası parçalandı, iki yerə bölündü... Amma... Soyda ...

Tiflis, Siyasət
Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Borçalı
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
Röya Ayxan Marneulidə möhtəşəm konsertilə Temur Abazovun böyük təqdimatını  ...

Röya Ayxan Marneulidə möhtəşəm konsertilə Temur Abazovun böyük təqdimatını ...

Borçalı
GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

GAK-ın sədri Hüseynn Yusubovun Gürcüstan Prezidenti Salome Zurabişviliyə MÜ ...

Tiflis, Bolus
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
Gürcüstan parlamentinin üzvü:

Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"

Borçalı
Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Saakaşvilinin partiyası parlamentə GEDƏCƏK!..

Gürcüstan, Tiflis, Siyasət
Rəy yazın: