Mer övladları müharibədə həlak olmuş anaların bayramını təbrik edib Gürcüstan » Borçalı 7 марта 2018 Gürcüstanın Marneuli munisipalitetinin meri Temur Abazov, müavinləri Zaur Tabatadze və Laşa Lobcanidze ilə birlikdə Abxaziya və 2008-ci il avqust müharibəsində həlak olmuş qəhrəmanların analarını, Analar günü münasibəti ilə təbrik edib.Yerli Özünüidarəetmənin rəhbər şəxsləri qəhrəman analarının evində qonaq olaraq, onlara gül dəstəsi ilə birlikdə rəmzi hədiyyələr təqdim ediblər.Qeyd edək ki, Gürcüstanda Analar günü, Gürcüstanın birinci prezidenti Zviad Qamsaxurdiyanın müvafiq qərarına əsasən 1991-ci ildən qeyd olunur. Elə həmin il Gürcüstanın Ali Şurası tərəfindən də təsdiqlənmiş həmin qərara əsasən, artıq 27 ildir ki, bu günü bütün Ümum-Gürcüstan bayram edir. Üç mart rəsmən istirahət günü elan olunub. Turac İBRAHİMOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.