Dönəsən ŞƏHİD nağıla, Bir ovuc VƏTƏN olasan!!! Borçalı, Qaraçöp 20 января 2018 VƏTƏN OLASANHeç baxmıyasan ağıla,Qanın mübarək dağıla,Dönəsən ŞƏHİD nağıla,Bir ovuc VƏTƏN olasan!!!Göy üzünə qərənfil tax,Qan renginde ferqinə bax,Ruhuna sıgal çəkə Haqq,Oxşaya üzüyolasan...Pafoslu hər ifadəyə,Mürəkkəbə ya sadəyə,Vətən sağlığı badəyə,Süzülüb qan tək dolasan!XANAKİF(Akif Xansultanlı)ŞƏHİDİN Bu nə cür isdəkdi, qurumur, Allah, İnsanın gözündə yaşı şəhidin! Sil, göz yaşlarını, ağlama, ana, Cənnətdi torpağı, daşı şəhidin!Şərəfdir şəhidlik islam dinində, Bir bəşər çapında, dünya enində, Allah dərgahında, insan önünde, Ucadır hər zaman başı şəhidin!Dar gündə məhəbbət, isdək əsəbdi, Ürək çağlamasa, dil nəyi təpdi, Qanıyla suladı, əliylə səpdi, Nə gözəl gül açıb qışı şəhidin!Deməyin itkidi, ağrıdı, dərdir, Sevgiyə məruzdu, isdəyə bəndir, Daimlik rəmzidir, əbədiyyətdir, Sormayın neçədir yaşı şəhidin!Yaxşılıq ürəkdən, dildən gələrmiş, Eşqi çox olanda, zildən gələrmiş, Millətdən, vətəndən, eldən gələrmiş, Sevgisi, istədiyi, xoşu şəhidin!Sərxan Zülfüqar,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.